Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-147/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Əmək və X4 Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6, Şəxs QSC-nin vəkili və nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs QSC tərəfindən X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixində hal-hazırkı tarixədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 protokola uyğun çıxış edərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin vəkili və nümayəndəsi Əliyev Nümayəndə protokolun əsassız olduğunu bildirərək, Şəxs şirkəti ilə “Manitech” şirkəti ilə aralarında müqvilə mövcuddur. Həmin müqaviləyə əsasən müvafiq avadanlıqlar alınır və həm də onlara xidmət göstərilir. “Manitech” şirkəti tərəfindən protokolda adı göstərilən şəxsə işğaldan azad olunmuş ərazilərə keçməsi üçün icazə alınması istənilmiş, buna görə də tərəflərindən Daxili İşlər Nazirliyinin portalına müraciət olunmuşdur. Həmin şəxsi ümumiyyətlə Şəxs QSC tanımır, həmçinin “Manitech” şirkəti ilə əlaqə saxlanılaraq öyrənilmişdir ki, onlar da həmin şəxslə bir dəfə əlaqə saxlayıblar daha sonra razılaşmadıqları üçün heç bir işə və əməyə cəlb edilməmişdir. Qeyd olunanların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5562/2024 saylı qərarından görünür ki, Şəxs QSC-nin direktoru X3 Azərbaycan Respublikasının tərəfindən inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan vermiş olduğu şikayət təmin edilmiş və iş materialları araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2570/2024 saylı qərardadından aydın olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati protokol yenidən araşdırma aoparılması üçün orqana geri qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, X1 hansı işə cəlb olunması məsələsi araşdırılmadan, ümumiyyətlə qeyd olunan şəxsin işə cəlb olunubolunmaması, həmin vaxt harda işləməsi müəyyən edilmədən səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxsin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunması araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuş, məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq yenidən eyni məzmunlu protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı məhkəmə iclasında da qeyd olunan məsələlərə aydınlıq gətirə bilməmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 13 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-147/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-147/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver