Məhkəmə qərarları › İş №3(005)-1471/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1471/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1471/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5, Şikayət verən X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X6 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi İXP № ******* saylı xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokolu üzrə barəsində MN № ******* saylı xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək "xxxx" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən yəni onu, 900 AZN məbləğində cərimə edilmişdir. Həmin qərara əsasən, X7 artıq iş saatlarına cəlb olunmuş, normal əmək və istirahət rejimi pozulmuş, əmək məzuniyyəti ilə bağlı ödəniş gec ödənilmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İXP № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu üzrə qəbul edilmiş MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı əsassız və qanunsuz sayaraq ləğv edilməlidir. Belə ki, 06 may 2024-cü il tarixdə ünvan 1 ünvanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı daxil olmuşdur.Qərar belə əsaslandırılmışdır ki, vətəndaş X3 2023-cü ilin noyabr və 2024cü ilin yanvar, fevral aylarında artıq iş saatlarına cəlb olunmuş, həmçinin artıq iş saatına görə əlavələr vaxtında hesablanıb ödənilməmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli əmək məzuniyyəti ilə bağlı ödənişin Azərbaycan Respublikası Əmək Məcəlləsi 140-cı maddəsinin 5-ci bəndinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində gecikdirilərək ödənilmişdir. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddəsi ilə 900 (doqquz yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakılara əsasən qeyd etmək istəyir ki, tərəfindən yuxarıda göstərilən maddələrin pozuntusuna yol verilməmişdir. Belə ki, X7 2023-cü il noyabr və 2024-cü ilin yanvar və fevral aylarında əlavə iş saatlarına cəlb edilməmişdir. Qeyri-iş günlərindən bir gün əvvəl qısaldılmış iş günü zamanı həmin şəxs iş yerini digər işçilər kimi 1 saat əvvəl tərk etmişdir. Lakin texniki səhvlik baş vermiş və həmin şəxsin işdən çıxış saatı kimi 12:00 yox, 13:00 göstərilmişdir. Başqa sözlə, həmin günün qısaldılmış iş vaxtı olması texniki səhvlik nəticəsində nəzərə alınmamış, işçi iş yerini 1 saat əvvəl tərk etməsinə baxmayaraq tabeldə belə qeyd edilməmişdir. Ona görə də, həmin şəxsin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları pozulmamış və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əməyin mühafizəsi qaydalarının pozulması hallarına yol verilməmiş, normal əmək və istirahət rejiminə tam şəkildə riayət edilmişdir. X1 xx.xx.2023-cü il tarixli əmək məzuniyyəti ilə bağlı ödənişinin Azərbaycan Respublikası Əmək Məcəlləsi 140-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozularaq xx.xx.2023-cü il tarixində gecikdirilərək ödənildiyi halı qeyd edilmişdir. Lakin qeyd etmək lazımdır ki, göstərilən hal "xxxx" MMC tərəfindən bilərəkdən yox, mühasibatlıqda texniki səbəblərdən yaranmış gecikmələr əsasında baş vermişdir. Göstərilənlərə əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məzuniyyət xərclərinin vaxtında ödənilməməsinə görə nəzərdə tutulmuş inzibati xətaya yol verilməmişdir. Çünki qeyd etdikləri kimi mühasibatlıqda baş vermiş riyazi hesablamalar nəticəsində şəxsin məzuniyyət haqqı gec ödənilmişdir. Bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X8 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, X7 2023-cü il noyabr və 2024-cü ilin yanvar və fevral aylarında əlavə iş saatlarına cəlb edilməmişdir, qeyri-iş günlərindən bir gün əvvəl qısaldılmış iş günü zamanı həmin şəxs iş yerini digər işçilər kimi 1 saat əvvəl tərk etmişdir. Lakin texniki səhvlik baş vermiş və həmin şəxsin işdən çıxış saatı kimi 12:00 yox, 13:00 göstərilmişdir. Məzuniyyət ödənişinin ödənməsi ilə bağlı isə bildirmişdir ki, mühasibatlıqda baş vermiş riyazi hesablamalar nəticəsində şəxsin məzuniyyət haqqı məzuniyyətdən 3 gün əvvəl yox, 1 gün əvvəl ödənilmişdir. Qeyd olunan halların üzrlü hesab edilməsini və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X8 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Əksinə qeyd olunan pozuntuların mövcud olduğunu təsdiq etmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulması - normal əmək və istirahət rejiminə riayət edilməməsinə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın texniki səbəblərdən və yanlışlıqla törədildiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və ya şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar