Məhkəmə qərarları › İş №3(005)-1472/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1472/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1472/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi X13 katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsinin nümayəndəsi X2 Şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi İXP № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu üzrə barəsində MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək "xxxx" MMC-ni İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X5, yəni onu 1000 AZN məbləğində cərimə etmişdir.Həmin qərara əsasən, "xxxx" MMC-nin sabiq işçisi X4 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verən gün DƏMX-ə məlumat verilməmişdir, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi İXP № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu üzrə qəbul edilmiş MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı əsassız və qanunsuz sayaraq ləğv edilməsini xahiş etmişdir. 06 may 2024-cü il tarixdə ünvan 1 ünvanına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı daxil olmuşdur. Qərar belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin sabiq işçisi olan X8 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət almış və bu barədə X10 Xidmətinə məlumat verilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1000 manat məbləğində cərimə olunmuşdur. X8 "xxxx" MMC, 2 saylı poçt filialı 115 saylı poçt şöbəsinin poçtalyonu vəzifəsində çalışmışdır. 04 sentyabr 2023-cü il tarixində avtomobil arxaya doğru hərəkət etdiyi zaman həmin şəxsi görməməsi nəticəsində vurmuşdur. Həmin gün X8 asudə vaxtında xəsarət almış və aldığı xəsarət barədə "xxxx" MMC-yə bu barədə məlumat verməmişdir. Həmin şəxs tərəfindən 21 sentyabr 2023-cü ildə yazılmış ərizədə 04 sentyabr 2023cü il tarixində həmin şəxsin asudə vaxtında avtomobilin arxaya doğru hərəkət edərkən onu görməməsi nəticəsində toqquşma baş vermiş və o, ciddi bir fəsat və ya xəsarət almamışdır. O, ərizəsində baş vermiş hadisə ilə bağlı "xxxx" MMC-nin hər hansı təqsirinin olmadığını və Cəmiyyətə qarşı maddi və ya digər tələblərinin olmadığını qeyd etmişdir. Göründüyü kimi həmin şəxs tərəfindən onun xəsarət alması ilə bağlı heç bir məlumat daxil olmamış və ərizəsində "xxxx" MMC-nin heç bir təqsirinin olmadığı qeyd edilmişdir. Əlavə olaraq məlumat üçün bildirmək istəyirik ki, "xxxx" MMC-nin Poçt Filial və şöbələrində baş vermiş bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər hadisələr barəsində işəgötürənə məlumatın verilməsi haqqında № 0219/7701 saylı xx.xx.2022-ci il tarixdə əmr imzalanmışdır. Əmrə əsasən baş vermiş bədbəxt hadisələr, qəza və bu qəbildən olan digər hadisələr barəsində məlumatın İşəgötürənə vaxtında verilməməsinə görə qanunvericiliyin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanına müraciətin vaxtında edilməsi mümkün olmadıqda məsuliyyət "xxxx" MMC-nin Poçt Filiallarının rəhbərlərinə aid edilir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsinin nümayəndəsi X12 qeyd olunan şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən X7 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqiliyyat Nazirliyinin xx.xx.2023-cü il tarixliŞ 1R-134 nömrəli əmrdən görünür ki, X6 Azərpoçt MMC-də xx.xx.2023-cü il tarixdən 03 ay müddətinə həmin müəssisənin idarə heyətinin sədri vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti olaraq həvalə etmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” Qərardan aydın olur ki, xx.xx.2023-cü il tarixdə “İstanbul” Hospitalında həkimin Daxili İşlər Nazirliyinə məlumat verməsi nətizəsində araşdırma aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərdən aydın olur ki, X7 bədbəxt hadisənin olduğu vaxt müəssisə ilə heç bir əlaqəsi olmamış, onun öhdəlikləri yalnız xx.xx.2023-cü il tarixdən yaranmışdır. Yəni "xxxx"un əməkdaşı ilə bağlı bəxdbəxt hadisə olan zaman X10 Xidmətinə məlmat vermək onun vəzifəsi deyildir. Bundan başqa, tərtib edilmiş qərarda xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə barədə "xxxx" MMC-in rəhbərliyi tərəfindən X10 Xidmətinə məlumat verilmədiyindən inzibati xəta törədildiyi göstərilmişdir. Lakin, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan da aydın olur ki, hadisə müəssisə daxilində baş vermədiyindən və işçi bu barədə qurumun rəhbərliyinə məlumat vermədiyindən, hadisə barədə yalnız zərərçəkənin tibb müəsisəsinin gətməsi zamanı, yəni xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşlar. Həmin gün də, yəni xx.xx.2023-cü il tarixdə X10 Xidmətinə məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, təqsirsiz bilinməli və X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməklə inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar