Məhkəmə qərarları › İş №3(005)-1474/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1474/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1474/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şuşa Rayon Məhkəməsinin 2-55/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şuşa Rayon Məhkəməsinin 2-55/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədinə əsasən iddiaçı X1 "xxxx" MTK kooperativinə, "xxxx" MMC-nə və Bakı şəhəri, Narimanov rayonu, Salamzadə küçəsi, 66 saylı binada 2 otaqlı kooperativ mənzil üçün ödədiyi 15000 rubl və 300 manatın məzənnəsi ilə cəmi 40.312.300 (qırx milyon üç yüz on iki min üç uz) manat (8227 ABŞ dolları) hesab edilməsi, həmin məbləği hesablamaqla həmin ünvanda X2 2 otaqlı mənzillə təmin olunması vəzifəsi "xxxx" Mənzil Tikinti Kooperativinə, "xxxx" Məhdud ləsuliyyətli Cəmiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə tapşırılması qət edilmişdir. Protokola əlavə edilmiş və məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, icra sənədi üzrə borclunun məlumatlandırılması, icraata başlama haqqında qərarın rəsmi qaydada təqdim edilməsi barədə sənədlər əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş icra orqanına geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar