Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1476/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 10 may 2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mirsaleh Cavadovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2011-ci il buraxılışlı, “Chevrolet Cruze” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Z.Bünyadov prospekti ilə 1-ci zolaqla 43 km saat sürətlə üzü metrostansiyası istiqamətində hərəkətdə olan zaman ondan qarşıda onunda eyni zolaqda hərəkət edən avtomobil dayandığı üçün o ara məsafəsini düzgün saxlmadığı üçün həmin “Toyota Prius” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. “Toyota Prius” markalı avtomobildə arxa oturacaqda oturan qadın sərnişin özünü narahat hiss etdiyi üçün hadisə yerinə TTYS gəlmişdir. Orada xanımı müayinə etdikdən sonra həmin qadını TTYS həkimləri xəstəxanaya aparmaq istəsələr də xanım ciddi bir narahatçılıq olmadığından xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə zamanı o avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 N-397/102-3403/ nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:35-də, Bakı şəhər DYPİ-nin N/H-si məlumat verərək bildirmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, xəsarət alan olmuşdur. HK 2 N- 7384/102-3414/ nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:55-də, KTM-dən həkim Əliquluyev məlumat verərək bildirmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, 1969-cu il təvəllüdlü X4 döş qəfəsinin küt travması xəsarəti almışdır. Araşdırma zamanı izahatı alınmış X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində o özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Nexia” markalı 1997-ci il buraxılışlı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində üzü Koroğlu metrostansiyası istiqamətində sol 1-ci zolaqla 50 km saat sürətlə hərəkətdə olan zaman yolda hərəkət sıxlığı olduğu üçün o sürət həddini azaltmış və avtomobili tam olaraq dayandırmışdır. Bu zaman onunla eyni zolaqda ondan arxada hərəkətdə olan “Toyota Pirus” markalı avtomobil onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Zərbə nəticəsində o da onunla eyni zolaqda qarşıda dayanmış olan “Toyota Pirus” markalı avtomlbilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Ondan arxada olan “Toyota Pirus” markalı avtomobilə “Chevrolet Cruze” markalı avtomobilin çırpılması nəticəsində “Toyota Pirus” markalı avtomobildə sərnişin xəsarət aldığı üçün hadisə yerinə TTYS gəlmişdi. Hadisənin baş verməsinin səbəbi “Chevrolet Cruze” markalı avtomobilin ara məsafəsini düzgün secməməsi olub. Hadisə zamanı onun sürəti təxminən 30 km/saat olmuşdur və qarşıda hərəkət sıxlığı olduğu üçün o sürətini azaldaraq dayandırmışdır. O hadisə zamanı avtomobili tam olaraq dayandırmışdır. Hadisə zamanı xəsarət almamış və MTE-dən keçməkdən imtina etmişdir. Hadisə baş verdikdən sonra o əyləcdən istifadə edib avtomobili dayandırmaq istəsə də, zərbənin təsirindən avtomobili dayandıra bilməyıib qarşıdakı avtomobilə çırpılmışdır. Araşdırma zamanı izahatı alınmış X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17.30 radələrində o etibranamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı “Toyota Pirus” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti ilə üzü Koroğlu metrostansiyası istiqamətində sol 1-ci zolaqla 30 km saat sürətlə hərəkətdə olan zaman Z.Bünyadov prospektində onunla eyni zolaqda qarşısında hərəkətdə olan avtomobil dayandığı ücün o da avtomobili saxlamışdır. Bu zaman ondan arxada hərəkətdə olan “Daewoo Nexia” markalı avtomobil ara məsafəsini düzgün saxlamadığı üçün onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə “Chevrolet Cruze” markalı avtomobilin sürətlə hərəkət etməsi və ara məsafəsini düzgün seçmədiyindən zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Chevrolet markalı avtomobilin “Toyota Pirus” markalı avtomobilə çırpılması nəticəsində “Chevrolet Cruze” markalı avtomobildə olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə TTYS gəlmişdir. Hadisə zamanı o 30 km saat sürəltə hərəkət ekmşdr, lakin qarşısında hərəkət sıxlığı olduğundan o avtomobili dayandımışdır.Hadisə zaman xəsarət almamışdır. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17.30 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı “Toyota Pirus ” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu Z.Bünyadov prospekti ilə 1-ci hərəkət zolağı ilə 50 km saat sürətlə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan zaman onunla eyni zolaqda qarşısında hərəkət edən avtomobil qəfildən dayandığı üçün o da avtomobili dayandırmışdır. Bu zaman qəfildən ondan arxada onunla eyni zolaqda hərəkət edən “Chevrolet Cruze” markalı avtomobil onun avtomobilin arxa hissəsinə çırpılmış və o zərbənin təsirindən qarşısında dayanmış “Daevvo Nexia” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobildə arxa oturacaqda oturan anası X3 xəsarət almışdır. Anası xəsarət aldlğı üçün hadisə yerinə TTYS gəlmişdir. Buna baxmayaraq anası xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə zamanı o bədən xəsarəti almamışdır. O hadisə zamanı əyləcdən istifadə etsə də qarşısındakı avtomobil ilə ara məsafəsi 2 metr olmuşdur. Buna baxmayarq o əyləcdən istifadə etsə də arxada olan Chverolet markalı avtomobilin zərbəsindən avtomobili dayandıra bilməmişdir. Araşdırma zamanı izahatı alınmış X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, oğlu Eminin idarə etdiyi avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospekt ilə üzü Koroğlu istiqamətinə hərəkət etmişlər. Anidən onların avtomobilin arxa hissəsinə digər avtomobilin çırpılmasını hiss etmişlər. Zərbə nəticəsində o arxa oturacaqda xəsarət almışdır. Hadisə yerinə xəsarət aldığı üçün TTYS çağırılmışdı, lakin o xəstəxanaya getməkdən imtina etmişdir. Hadisə zamanı xəsarət almışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 386 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarət-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1476/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1476/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver