Məhkəmə qərarları › İş №3(005)-148/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-148/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-148/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli, 00100- 02809/22 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi üzrə tərtib olunmuş 28 dekabr 2022-ci il tarixli, 00100-02809/22 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs (VÖEN **********) **********1027 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 1032,29 AZN idxal gömrük rüsumu, 1424.57 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2456.86 AZN gömrük ödənişi və 589.65 AZN dəbbə pulu gömrük borcu və **********1025 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 948.41 AZN idxal gömrük rüsumu, 1308.81 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2257.22 AZN gömrük ödənişi və 541.73 AZN dəbbə pulu gömrük borcu, hər iki bəyannamə üzrə ümumilikdə 4714.08 manat gömrük ödənişi və 1131.38 manat dəbbə pulu gömrük borcu ödənməmişdir. Şəxs gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 4714.08 manat məbləğində yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş 28 dekabr 2022-ci il tarixli, 00100-02809/22 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs (VÖEN **********) **********1027 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 1032,29 AZN idxal gömrük rüsumu, 1424.57 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2456.86 AZN gömrük ödənişi və 589.65 AZN dəbbə pulu gömrük borcu və **********1025 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 948.41 AZN idxal gömrük rüsumu, 1308.81 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2257.22 AZN gömrük ödənişi və 541.73 AZN dəbbə pulu gömrük borcu, hər iki bəyannamə üzrə ümumilikdə 4714.08 manat gömrük ödənişi və 1131.38 manat dəbbə pulu gömrük borcu ödənməmişdir. Şəxs gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 4714.08 manat məbləğində yayınmışdır. 34/012/027606 saylı xx.xx.2022-ci il tarixli raportda qeyd edilən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin adına İspaniyadan GA055LG/WW913W nömrəli avtomaşınla daxil olmuş 22 yerdən ibarət, brutto çəkisi 24640 kq olan “keramikadan döşənmə üçün plitələr” yükü **********2356 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli və həmin avtonəqliyyatda 24 yerdən ibarət, brutto çəkisi 25000 kq yük **********8593 sorğu nömrəli, xx.xx.2021-ci ıl tarixli, GA054LG/BT304B nömrəli avtomaşınla daxil olmuş 24 yerdən ibarət, brutto çəkisi 24820 kq olan yük **********0564 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, GA058LG/BT308B nömrəli avtomaşınla daxil olmuş 24 yerdən ibarət, brutto çəkisi 24980 kq yük **********8009 sorğu nömrəli xx.xx.20221-ci il tarixli, GA057LG/BT307B nömrəli avtomaşınla daxil olmuş 22 yerdən ibarət, brutto çəkisi 22639.01 kq olan yük **********5130 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, GA055LG/WW913W nömrəli avtomaşınla daxil olmuş 25 yerdən ibarət, brutto çəkisi 25420 kq olan yük **********8328 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, GA060LG/BT310B nömrəli avtomaşınla daxil olmuş 25 yerdən ibarət, 24801 kq olan yük **********1000 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, GA054LG/BT304B nömrəli avtomaşınla daxil olmuş 24 yerdən ibarət, brutto çəkisi 24560 kq olan yük **********8907 sorğu nömrəli xx.xx.2022-ci il və GA059LG/WW913W nömrəli avtomaşınla daxil olmuş 24 yerdən ibarət, brutto çəkisi 25520 kq olan yük 012210Q0001462 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, GA050LG/BB399Q nömrəli avtomaşınla daxil olmuş 26 yerdən ibarət, 25700 kq olan yük **********1027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, GA058LG/BT308N nömrəli avtomaşınla daxil olmuş 26 yerdən ibarət, brutto çəkisi 25760 kq olan yük **********1025 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, GA054LG/BT304B nömrəli avtomaşınla daxil olmuş 20 yerdən ibarət, brutto çəkisi 20915 kq olan yük **********2431 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, GA057LG/BT307B nömrəli nömrəli avtomaşınla daxil olmuş 26 yerdən ibarət, brutto çəkisi 24160 kq olan yük **********4756 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və GA049LG/DD690Q nömrəli avtomaşınla daxil olmuş 26 yerdən ibarət, brutto çəkisi 25860 kq olan yük **********4758 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. 34/012/029503 saylı xx.xx.2022-ci il tarixli cavab raportunda **********2356 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 9932,24 avro deyil. 14667,39 avro və çatdırılma şərti EXW VİLLAFAMES olduğu halda 1201.23 AZN idxal gömrük rüsumu, 1657.70 AZN əlavə dəyər vergisi, 1043.51 AZN dəbbə pulu, **********8593 sorğu nömrəli. xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 11976.96 avro deyil, 19435.54 avro və çatdırılma sərti EXW VİLLAFAMES olduğu halda 1560.78 AZN idxal gömrük rüsumu, 2153.88 AZN əlavə dəyər vergisi, 1355.85 AZN dəbbə pulu, **********0564 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 11059.20 avro deyil, 12386.30 avro və çatdırılma sərti EXW VİLLAFAMES olduğu halda 587.06 AZN idxal gömrük rüsumu, 810.15 AZN əlavə dəyər vergisi, 510 AZN dəbbə pulu, **********8009 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 11570.32 avro deyil, 18121.84 avro və çatdırılma sərti EXW VİLLAFAMES olduğu halda 1755.54 AZN idxal gömrük rüsumu, 2422.65 AZN əlavə dəyər vergisi, 1525.04 AZN dəbbə pulu, **********5130 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 8393.60 avro deyil, 7424.95 avro və çatdırılma sərti EXW VİLLAFAMES olduğu halda əlavə ödəniləcək gömrük ödənişləri yaranmır, **********8328 sorğu nömrəli 11,05.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 8858.68 avro deyil, 14488.26 avro və çatdırılma şərti EXW VİLLAFAMES olduğu halda 918.83 AZN idxal gömrük rüsumu, 1267.98 AZN əlavə dəyər vergisi, 798.19 AZN dəbbə pulu, **********1000 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 8631.68 avro deyil, 15984.54 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1224.51 idxal gömrük rüsumu, 1689.82 AZN əlavə dəyər vergisi, 1063.73 dəbbə pulu, **********8907 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 11462.26 avro deyil, 17943.13 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 892.83 AZN idxal gömrük rüsumu, 1232.11 AZN əlavə dəyər vergisi, 701.23 AZN dəbbə pulu, **********1462 sorğu nömrəli 05.01,2022-ci il GB ilə bəyan edilmiş yükün invoys dəyəri 11937.60 avro deyil, 21627.42 avro çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 2842,19 AZN idxal gömrük rüsumu. 3922.23 AZN əlavə dəyər vergisi, 2469.01 AZN dəbbə pulu, **********1027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 15515.14 avro deyil 16015.14 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1032.29 AZN idxal gömrük rüsumu, 1424.57 AZN əlavə dəyər vergisi, 589.65 AZN dəbbə pulu, **********1025 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 15994.37 avro deyil, 16194.37 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 948.41 AZN idxal gömrük rüsumu, 1308.81 AZN əlavə dəyər vergisi, 541.73 AZN dəbbə pulu, **********2431 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyəri 12553.45 avro deyil, 12653.45 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda əlavə ödəniləcək gömrük ödənişləri yaranmır, **********4756 və **********4758 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invoys dəyərinin cəmi 26058.24 AZN və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1551.07 AZN idxal gömrük rüsumu, 2421.19 AZN əlavə dəyər vergisi, 1072.51 AZN dəbbə pulu olmaqla əlavə ödəniləcək gömrük ödənişləri yarandığı bildirilmişdir. 34/012/029503 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********1027 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş FVR2200040 saylı xx.xx.2022-ci il tarixli invoys sənədində qeyd olunan yükün invoys dəyəri 15515.14 avro deyil, 16015.14 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1032.29 AZN idxal gömrük rüsumu, 1424.57 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2456.86 AZN gömrük ödənişi və 589.65 AZN dəbbə pulu gömrük borcu. **********1025 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş FVR2200045 saylı xx.xx.2022-ci il tarixli invoys sənədində geyd olunan yükün invoys dəyəri 15994.37 avro deyil, 16194.37 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 948.41 AZN idxal gömrük rüsumu. 1308.81 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2257.22 AZN gömrük ödənişi və 541.73 AZN dəbbə pulu gömrük borcu olmaqla ümumilikdə xx.xx.2022-ci il tarixli **********1027 sorğu nömrəli və **********1025 sorğu nömrəli gömrük bəyannamələri üzrə 4714.08 AZN gömrük ödənişi və 1131.38 AZN dəbbə pulu gömrük borcu təşkil edir. Şəxs MMC tərəfindən **********1027 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 1032.29 AZN idxal gömrük rüsumu, 1424.57 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2456.86 AZN gömrük ödənişi və 589.65 AZN dəbbə pulu gömrük borcu və **********1025 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 948.41 AZN idxal gömrük rüsumu, 1308.81 AZN əlavə dəyər vergisi olmaqla ümumilikdə 2257.22 AZN gömrük ödənişi və 541.73 AZN dəbbə pulu gömrük borcu, hər iki bəyannamə üzrə ümumilikdə 4714,08 manat gömrük ödənişi və 1131.38 manat dəbbə pulu gömrük borcu ödənməmişdir. Şəxs MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 4714.08 (dörd min yeddi yüz on dörd manat səkkiz qəpik) manat məbləğində yayınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 4714.08 manat məbləğinin 70 faizi miqdarında, yəni – 3299.85 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar