Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1480/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Bakı şəhər Nərimanov rayon DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Nərimanov rayon DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə Lerik rayonu, Lənkəran-Lerik yolunun 26-cı km-də idarə etdiyi “Hyundai Tucson” minik markalı, 99RJ703 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 15:10 radələrində Lerik rayon YPX inspektoru polis siravisi X5 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyəti qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokola etirazını bildirərək xx xxxx 2019-cu il tarixində online şikayət ünvanlamışdır. Lakin şikayətə iştirakı olmadan baxılmış və xx xxxx 2019-cu il tarixində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Polis Baş X1 tərəfindən TP3035287 saylı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar dəfələrlə müraciət etməyinə baxmayaraq vaxtında çatdırılmamışdır. Nərimanov rayon DYPŞ-nin dəftərxanasına yaxınlaşaraq qərarın çap edilib verilməsini tələb etdikdən sonra xx xxxxxx 2020-ci il tarixində qərar kağız daşıyıcıda ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayətin dəlillərini müdafiə edərək bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə onun tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmiş, yol patrul xidməti əməkdaşına da öz etirazını bildirmişdir. Lakin onun etirazına məhəl qoymadan yol patrul xidməti əməkdaşı qanunsuz olaraq protokol tərtib etmişdir. Belə ki, hadisə günü o, ailə üzvləri ilə birlikdə rayona gedəndə kənd yoluna daxil olandan sonra avtomobilini saxlamış, arvadı isə avtomobilin dam hissəsində olan pəncərədən boylanaraq təbiət mənzərəsinin şəklini çəkmişdir. DYP əməkdaşı isə bunu ona nöqsan kimi göstərərək onun haqqında əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, onun tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lerik rayon Yol patrul xidməti inspektoru, polis siravisi X5 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx xxxx 2019-cu il tarixdə “Hyundai Tucson” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Lerik yolunun 26-cı km.də idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhər Nərimanov rayon DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx xxxx 2019-cu il tarixdə saat 15:10-da Lənkəran-Lerik yolunun 26-cı km.də “Hyundai Tucson” minik markalı, 99RJ703 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. Nəticədə o, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir; Məhkəmə, iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 xx xxxx 2019-cu il tarixdə saat 15:10-da Lənkəran-Lerik yolunun 26-cı km.də “Hyundai Tucson” minik markalı, 99RJ703 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ailə üzvlərini daşımış, yəni avtomobildə arvadı və avtomobilinin arxa oturacağında isə iki azyaşdı uşağı olmuşdur. Tərtib olunmuş inzibati xəta haqqında protokolda Elşən Nəsirovun İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan hansı inzibati xətanı törətməsi öz əksini tapmamışdır. İnzibati tənbeh vermə haqqında qərarda Elşən Nəsirovun sərnişin daşıma qaydalarını pozması göstərilsə də, bu qaydaların pozulmasının özünü nədə göstərməsi müəyyən olunmur. Halbuki, Elşən Nəsirov həmin günü avtomobilində ailə üzvlərini daşımasını göstərmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 327.2-ci maddəsində sərnişin daşıma qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, xx xxxx 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qərar qəbul edilərkən Elşən Nəsirovun iştirakı təmin olunmamış, bu da inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan inzibati xətanın həqqətən baş verib vermədiyini, Elşən Nəsirovun sərnişin daşıma qaydalarını pozmasının nədən ibarət olmasının qeyri-müəyyən, bir sözlə iş üzrə tam, obyektiv araşdırmanın aparılmamasına səbəb olmuşdur. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Bakı şəhər Nərimanov rayon DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Nərimanov rayon DYPŞ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nərimanov rayon DYPŞ-nin polis baş X1 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər Nərimanov rayon DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1480/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1480/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver