Məhkəmə qərarları › İş №3(005)-1480/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1480/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1480/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-253/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə borc tələbi Şəxs tərəfindən icra edilməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı icra məmuruna, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaq qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-253/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ü. Bünyadazadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 256 kv.m sahədən ibarət olan qeyri yaşayış sahələrinin "xxxx" MMC tərəfindən boşaldılaraq X2 verilməsi, cavabdeh "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ü. Bünyadazadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 256 kv.m sahədən ibarət olan qeyri yaşayış sahələrini faktiki boşaldılıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kvadrat metrinə görə 8 (səkkiz) manat məbləğində aylıq icarə haqqının iddiaçı X2 ödənilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 manat, iddiaçının təşəbbüsü ilə aparılmış qiymətləndirməyə görə 100 manat pulun "xxxx" MMC –dən iddiaçı X1 xeyrinə ödənilməsi, iddianın qalan hissəddə təmin edilməməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 253/2023 saylı, xx.xx.2023-cü il tarixli cra vərəqəsinin "xxxx" MMC-nin tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi......, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə, İXM-in 76-cı maddəsinə uyğun olaraq iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokol, icra sənədinin surəti və digər sənədləri ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxsr oğlunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam və hərtərəfli sübuta yetirilmişdir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini icra etməmiş, habelə məhkəmə qətnaməsində borcun hissə-hissə ödənişi nəzərdə tutulmamışdər. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar