Məhkəmə qərarları › İş №3(005)-1486/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1486/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1486/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7, Şikayət vermiş şəxs X5 vəkili “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı ilə bağlı X5 vəkili Nümayəndə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli qərarına əsasən, hüquqlarını müdafiə etdiyi Nərimanov rayon MKTB-nin rəisi X9 1200 manat cərimə edilmişdir. X9 heç bir qanun pozuntusu törətməmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Xidmət Sahəsinin 2 saylı Briqadasının küçə süpürgəçisi vəzifəsində işləmiş X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Həmin dövrdə Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında vəsait olmadığından Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə əmək haqqlarının ödənilməsi üçün sifariş verilmişdir. Sonuncu haqq hesab X3 Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən vəsait köçürüldükdən sonra, xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Pul vəsaitləri, işçilərin aylıq əmək haqqları və sair xərclər Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə tərəfindən ödənilir. Bu səbəbdən vəsait Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində köçdüyündən X2 da son haqq hesabı xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Odur ki, şikayət təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şikayət vermiş şəxs X5 vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 şikayətin əsassız olmasını bildirərək özlərinin də qeyd etdiyi və sənədlərlə təsdiq olunduğu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq hesab ödənilməmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, lakin ona haqq-hesab ödənişi xx.xx.2025-ci il tarixində ödənilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirir və belə qənaətə gəlir ki, X4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq onunla son haqq-hesabın həmin Məcəllənin 83.4-cü tələbi pozularaq, yəni gecikdirilərək ödənilməsi öz təsdiqini tapmışdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X1 vəkili Nümayəndə şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X5 vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” MN seriyalı, ******* nömrəli, 30 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar