Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1489/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC tərəfindən 1.318.875.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də 62.070.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 18 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən ümumilikdə 2.273.594 ABŞ dolları “X1”-nin hesabına köçürülmüşdür. Həmin məbləğin müqabilində “X1” 98 ədəd avtomobil göndərməli olsa da 96 ədəd avtomobil ölkəyə idxal olunmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixli PE2309C36AG-A-1 nömrəli müqavilə üzrə Şəxs MMC tərəfindən ümumilikdə 117.864.00 ABŞ dolları “X1”-nin hesabına köçürülmüşdür. Həmin məbləğin müqabilində “X1” 7 ədəd avtomobil göndərməli idi, lakin 2 ədəd avtomobili təhvil vermiş və ölkəyə idxal edilmiş, ümumi dəyəri 69.472.00 ABŞ dolları olan 5 ədəd avtomobil istehsal olunmadığından təhvil verilə bilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli PE2311C36AG-A-1 nömrəli müqavilə üzrə “X1” 50 ədəd avtomobil göndərməli, Şəxs MMC isə həmin avtomobillərin dəyəri olan 1.733.928.00 ABŞ dolları məbləğini ödəməli idi. Birinci və ikinci müqavilə üzrə 125.098.00 ABŞ dolları dəyərində 7 ədəd avtomobil təhvil verilmədiyinə görə üçüncü müqavilə üzrə 132.625.81 ABŞ dolları miqdarında az, yəni 1.601.302.19 ABŞ dolları miqdarında vəsait “X1”-nin hesabına köçürülmüş, qeyd olunan miqdar isə bir-biri ilə əvəzləşdirilmiş, 3-cü müqavilə üzrə 50 ədəd avtomobil ölkəyə idxal edilmişdir. Qeyd olunanların nəzərə alınaraq 6 may 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarına əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Göründüyü kimi qaydalara əsasən MMC tərəfindən əvəzləşdirmə qəbul edilməzdir. Yalnız malların ölkəyə idxal edilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması kimi iki qayda müəyyən olunmuşdur. Qeyd olunan müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətdə banka verilməli və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalı idi. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 1.318.875.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də 62.070.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsaslı olduğuna görə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 6-2-30/2-11267/2025 nömrəli məktubu və ona qoşma olan cədvəldən görünür ki, Şəxs MMC-nin hesabından xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqavilə üzrə 17 mart 2023-cü il tarixdə qabaqcadan ödəniş edilmiş 1.318.875.00 ABŞ dolları vəsaitin 62.070.00 ABŞ dolları məbləğində hissəsi bəyan edilməmişdir. Şəxs MMC-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışdan görünür ki, Şəxs MMC və “X1” arasında bağlanmış PE2302C36AG-A-2 nömrəli müqavilə üzrə 1 ədəd avtomobil (Santa Fe-34800USD) istehsal olunmamışdır. Qarşılıqlı anlaşmaya əsasən PE2311C36AG-A-1 nömrəli müqavilə üzrə sifarişinin ödənilməsində həmin məbləğ nəzərə alınmaqla ödəniş edilmişdir. Şəxs MMC (bundan sonra Auto Azərbaycan) ilə “X1” (bundan sonra Hyundai) arasında bağlanmış xx.xx.2025-ci il tarixli əvəzləşdirmə müqaviləsindən görünür ki, - tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqaviləyə (“Müqavilə 1”) əsasən Hyundai 98 ədəd avtomobil təqdim etməli, Auto Azərbaycan isə həmin avtomobillərin dəyəri olan 2.273.594.00 ABŞ dolları məbləğində pulu ödəməli idi. Hyundai 98 ədəd avtomobildən 96 ədədini təhvil vermiş, 1 ədədi istehsal olunmadığından, digəri isə başqa ölkəyə ixrac olunduğundan təhvil verilə bilməmişdir. - tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PE2309C36AG-A-1 nömrəli müqaviləyə (“Müqavilə 2”) əsasən Hyundai 7 ədəd avtomobil təqdim etməli, Auto Azərbaycan isə həmin avtomobillərin dəyəri olan 117.864.00 ABŞ dolları məbləğində pulu ödəməli idi. Hyundai 7 ədəd avtomobildən 2 ədədini təhvil vermiş, 5 ədəd istehsal olunmadığından təhvil verilə bilməmişdir. - tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli PE2311C36AG-A-1 nömrəli müqaviləyə (“Müqavilə 3”) əsasən Hyundai 50 ədəd avtomobil təqdim etməli, Auto Azərbaycan isə həmin avtomobillərin dəyəri olan 1.733.928.00 ABŞ dolları məbləğində pulu ödəməli idi. - hazırkı Müqavilə 3 üzrə Auto Azərbaycan tərəfindən müqavilə dəyərindən 132.625.81 ABŞ dolları az olan məbləğ, yəni ümumi 1.601.302.19 ABŞ dolları məbləğinə bərabər ödəniş edilmişdir. - tərəflər Müqavilə 1 və Müqavilə 2 üzrə Hyundai tərəfindən təhvil verilməmiş avtomobillərin ümumi dəyəri olan 125,098.00 ABŞ dolları məbləği ilə Müqavilə 3 üzrə Auto Azərbaycan tərəfindən az ödənilmiş 132,625.81 ABŞ dolları məbləğin əvəzləşdirilməsi barədə razılığa gəlmişlər. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 6-2-52/2-1698/2025 nömrəli məktubundan görünür ki, Şəxs AZ54İBAZ******************** hesabından “X1” şirkətinə PE2302C36AG-A- 2 nömrəli müqavilə üzrə xx.xx.2023-cü ildə 454.719.00 ABŞ dolları, xx.xx.2023-cü ildə 500.000.00 ABŞ dolları, xx.xx.2023-cü ildə 1.318.875.00 ABŞ dolları, PE2309C36AG-A-1 nömrəli müqavilə üzrə xx.xx.2023-cü ildə 117.864.00 ABŞ dolları, PE2311C36AG-A-1 nömrəli müqavilə üzrə xx.xx.2023-cü ildə 346.786.00 ABŞ dolları, xx.xx.2023-cü ildə 229.452.00 ABŞ dolları, xx.xx.2023-cü ildə 1.025.064.19 ABŞ dolları müqabilində köçürmələr icra olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqavilə, yəni “Müqavilə 1” üzrə gömrük bəyannamələrinin surətindən görünür: 1) 12.06.2023-cü il tarixli **********2346 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318870 ban nömrəli, 2) 12.06.2023-cü il tarixli **********2362 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318853 ban nömrəli, 3) 12.06.2023-cü il tarixli **********2631 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.545 ABŞ dolları dəyərində KMHS381KDPU475942 ban nömrəli, 4) 12.06.2023-cü il tarixli **********2694 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318836 ban nömrəli, 5) 12.06.2023-cü il tarixli **********2712 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318828 ban nömrəli, 6) 12.06.2023-cü il tarixli **********2834 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318903 ban nömrəli, 7) 12.06.2023-cü il tarixli **********2854 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476008 ban nömrəli, 8) 12.06.2023-cü il tarixli **********2858 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318886 ban nömrəli, 9) 12.06.2023-cü il tarixli **********2875 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476134 ban nömrəli, 10)12.06.2023-cü il tarixli **********2942 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318769 ban nömrəli, 11) 12.06.2023-cü il tarixli **********2979 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318802 ban nömrəli, 12)12.06.2023-cü il tarixli **********2996 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318752 ban nömrəli, 13)12.06.2023-cü il tarixli **********3000 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318794 ban nömrəli, 14)12.06.2023-cü il tarixli **********3038 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476360 ban nömrəli, 15)12.06.2023-cü il tarixli **********3056 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476384 ban nömrəli, 16)12.06.2023-cü il tarixli **********3084 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476137 ban nömrəli, 17)12.06.2023-cü il tarixli **********3091 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476169 ban nömrəli, 18)13.06.2023-cü il tarixli **********4318 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318640 ban nömrəli, 19)13.06.2023-cü il tarixli **********4332 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318635 ban nömrəli, 20)13.06.2023-cü il tarixli **********4352 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318626 ban nömrəli, 21)13.06.2023-cü il tarixli **********4490 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318621 ban nömrəli, 22)13.06.2023-cü il tarixli **********4665 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318744 ban nömrəli, 23)13.06.2023-cü il tarixli **********4672 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318594 ban nömrəli, 24)13.06.2023-cü il tarixli **********4676 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318718 ban nömrəli, 25)13.06.2023-cü il tarixli **********4682 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318710 ban nömrəli, 26)13.06.2023-cü il tarixli **********4685 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318603 ban nömrəli, 27)13.06.2023-cü il tarixli **********4690 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318607 ban nömrəli, 28)13.06.2023-cü il tarixli **********4700 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318617 ban nömrəli, 29)13.06.2023-cü il tarixli **********4773 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318589 ban nömrəli, 30)13.06.2023-cü il tarixli **********4797 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.247 ABŞ dolları dəyərində KMHL3416BPA318584 ban nömrəli, 31)13.06.2023-cü il tarixli **********4812 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.247 ABŞ dolları dəyərində KMHL3416BPA318581 ban nömrəli, 32)13.06.2023-cü il tarixli **********4820 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.247 ABŞ dolları dəyərində KMHL3416BPA318578 ban nömrəli, 33)13.06.2023-cü il tarixli **********4827 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318675 ban nömrəli, 34)13.06.2023-cü il tarixli **********4839 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318667 ban nömrəli, 35)13.06.2023-cü il tarixli **********4849 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476639 ban nömrəli, 36)13.06.2023-cü il tarixli **********4855 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318654 ban nömrəli, 37)13.06.2023-cü il tarixli **********4863 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318649 ban nömrəli, 38)13.06.2023-cü il tarixli **********4912 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476621 ban nömrəli, 39)13.06.2023-cü il tarixli **********4916 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318561 ban nömrəli, 40)13.06.2023-cü il tarixli **********4928 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476631 ban nömrəli, 41)13.06.2023-cü il tarixli **********4936 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318570 ban nömrəli, 42)13.06.2023-cü il tarixli **********4941 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476636 ban nömrəli, 43)13.06.2023-cü il tarixli **********4973 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318573 ban nömrəli, 44)13.06.2023-cü il tarixli **********4984 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318556 ban nömrəli, 45)13.06.2023-cü il tarixli **********4985 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.979 ABŞ dolları dəyərində KMHL3416BPA318577 ban nömrəli, 46)13.06.2023-cü il tarixli **********5002 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.247 ABŞ dolları dəyərində KMHL3416BPA318551 ban nömrəli, 47)13.06.2023-cü il tarixli **********5014 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318408 ban nömrəli, 48)13.06.2023-cü il tarixli **********5025 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318393 ban nömrəli, 49)13.06.2023-cü il tarixli **********5042 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318290 ban nömrəli, 50)13.06.2023-cü il tarixli **********5061 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318263 ban nömrəli, 51)13.06.2023-cü il tarixli **********5078 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318237 ban nömrəli, 52)14.06.2023-cü il tarixli **********6109 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476431 ban nömrəli, 53)14.06.2023-cü il tarixli **********6126 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476466 ban nömrəli, 54)14.06.2023-cü il tarixli **********6135 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476611 ban nömrəli, 55)14.06.2023-cü il tarixli **********6205 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318317 ban nömrəli, 56)14.06.2023-cü il tarixli **********6218 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318344 ban nömrəli, 57)14.06.2023-cü il tarixli **********6239 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318371 ban nömrəli, 58)14.06.2023-cü il tarixli **********6245 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 22.909 ABŞ dolları dəyərində KMHL3416BPA318385 ban nömrəli, 59)16.06.2023-cü il tarixli **********8135 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476387 ban nömrəli, 60)16.06.2023-cü il tarixli **********8155 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476395 ban nömrəli, 61)16.06.2023-cü il tarixli **********8164 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 31.531 ABŞ dolları dəyərində KMHS381KDPU476404 ban nömrəli, 62)03.07.2023-cü il tarixli **********0150 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321993 ban nömrəli, 63)03.07.2023-cü il tarixli **********0193 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321973 ban nömrəli, 64)03.07.2023-cü il tarixli **********0211 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321989 ban nömrəli, 65)03.07.2023-cü il tarixli **********0237 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320076 ban nömrəli, 66)03.07.2023-cü il tarixli **********0246 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA322002 ban nömrəli, 67)03.07.2023-cü il tarixli **********0289 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321990 ban nömrəli, 68)03.07.2023-cü il tarixli **********0318 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321985 ban nömrəli, 69)03.07.2023-cü il tarixli **********0631 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321972 ban nömrəli, 70)03.07.2023-cü il tarixli **********0681 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320119 ban nömrəli, 71)03.07.2023-cü il tarixli **********0708 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321976 ban nömrəli, 72)03.07.2023-cü il tarixli **********1350 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321979 ban nömrəli, 73)05.07.2023-cü il tarixli **********4426 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321981 ban nömrəli, 74)05.07.2023-cü il tarixli **********4447 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321998 ban nömrəli, 75)05.07.2023-cü il tarixli **********4469 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321982 ban nömrəli, 76)05.07.2023-cü il tarixli **********4471 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321997 ban nömrəli, 77)05.07.2023-cü il tarixli **********4531 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.247 ABŞ dolları dəyərində KMHL3416BPA320304 ban nömrəli, 78)05.07.2023-cü il tarixli **********4573 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321986 ban nömrəli, 79)05.07.2023-cü il tarixli **********4582 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321992 ban nömrəli, 80)05.07.2023-cü il tarixli **********4588 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321975 ban nömrəli, 81)05.07.2023-cü il tarixli **********4634 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320126 ban nömrəli, 82)05.07.2023-cü il tarixli **********4648 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321994 ban nömrəli, 83)05.07.2023-cü il tarixli **********5127 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320121 ban nömrəli, 84)05.07.2023-cü il tarixli **********5132 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321977 ban nömrəli, 85)06.07.2023-cü il tarixli **********5862 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321995 ban nömrəli, 86)12.07.2023-cü il tarixli **********4966 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321984 ban nömrəli, 87)13.07.2023-cü il tarixli **********5460 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321988 ban nömrəli, 88)01.08.2023-cü il tarixli **********3357 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320078 ban nömrəli, 89)15.08.2023-cü il tarixli **********4196 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA320124 ban nömrəli, 90)15.08.2023-cü il tarixli **********4317 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.177 ABŞ dolları dəyərində KMHL3416BPA320226 ban nömrəli, 91)15.08.2023-cü il tarixli **********4803 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.177 ABŞ dolları dəyərində KMHL3416BPA320211 ban nömrəli, 92)15.08.2023-cü il tarixli **********4868 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.177 ABŞ dolları dəyərində KMHL3416BPA320220 ban nömrəli, 93)xx.xx.2023-cü il tarixli **********5655 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA322001 ban nömrəli, 94)xx.xx.2023-cü il tarixli **********5673 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA321999 ban nömrəli, 95)xx.xx.2023-cü il tarixli **********5698 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21.177 ABŞ dolları dəyərində KMHL3416BPA320205 ban nömrəli, 96)xx.xx.2023-cü il tarixli **********5718 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 19.092 ABŞ dolları dəyərində KMHL3416BPA322003 ban nömrəli olmaqla ümumilikdə 2.218.064 ABŞ dolları dəyərində, X1 şirkəti tərəfindən xx.xx.2025-ci il tarixli təsdiqedici məktubda göstərilən ban nömrəli 96 ədəd avtomobil ölkəyə idxal edilmişdir. İş materiallarında olan PE2309C36AG-A-1 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə, yəni “Müqavilə 2” üzrə gömrük bəyannamələrinin surətindən görünür: 1) xx.xx.2024-cü il tarixli **********5507 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 24.196 ABŞ dolları dəyərində KMHYC811BRU151682 ban nömrəli, 2) xx.xx.2024-cü il tarixli **********5539 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 24.196 ABŞ dolları dəyərində KMHYC811BRU151932 ban nömrəli olmaqla ümumilikdə 48.392 ABŞ dolları dəyərində, X1 şirkəti tərəfindən xx.xx.2025-ci il tarixli təsdiqedici məktubda göstərilən ban nömrəli 2 ədəd avtomobil ölkəyə idxal edilmişdir. İş materiallarında olan PE2311C36AG-A-1 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə, yəni “Müqavilə 3” üzrə gömrük bəyannamələrinin surətindən görünür: 1) 26.02.2024-cü il tarixli **********4605 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34113RA064161 ban nömrəli, 2) 26.02.2024-cü il tarixli **********4782 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34116RA064154 ban nömrəli, 3) 26.02.2024-cü il tarixli **********4991 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34115RA063965 ban nömrəli, 4) 27.02.2024-cü il tarixli **********7046 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085382 ban nömrəli, 5) 27.02.2024-cü il tarixli **********7069 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085376 ban nömrəli, 6) 27.02.2024-cü il tarixli **********7096 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085370 ban nömrəli, 7) 27.02.2024-cü il tarixli **********7128 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085365 ban nömrəli, 8) 27.02.2024-cü il tarixli **********7166 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085479 ban nömrəli, (qeyd: həmin bəyannamədə müqavilə nömrəsi PE2310C36AG-A-1, tarixi isə xx.xx.2023 kimi qeyd olunsa da müəyyən olunur ki, siyahının 41-ci sırasında göstərilən müvafiq ban nömrəli avtomobil PE2311C36AG-A-1 nömrəli xx.xx.2023cü il tarixli müqavilə əsasında göndərilmişdir. Texniki səhvin düzəldilməsi üçün Şəxs MMC tərəfindən Aksizli mallar üzrə Baş Gömrük idarəsinə xx.xx.2025-ci il tarixli 3- 1489 nömrəli məktubla müraciət edilmişdir. Məhkəmə avtomobilin ban nömrələrinə əsasən fərdi müəyyən olunan əşya olmasını əsas götürərək nəticəyə gəlir ki, **********7166 sorğu nömrəli gömrük bəyannaməsi PE2311C36AG-A-1 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə aiddir.) 9) 27.02.2024-cü il tarixli **********7312 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34118RA063894 ban nömrəli, 10)27.02.2024-cü il tarixli **********7326 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34111RA064157 ban nömrəli, 11) 27.02.2024-cü il tarixli **********7345 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34112RA064264 ban nömrəli, 12)28.02.2024-cü il tarixli **********8972 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34110RA063890 ban nömrəli, 13)28.02.2024-cü il tarixli **********8988 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34115RA064033 ban nömrəli, 14)28.02.2024-cü il tarixli **********9002 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34117RA064082 ban nömrəli, 15)28.02.2024-cü il tarixli **********9221 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34116RA064235 ban nömrəli, 16)28.02.2024-cü il tarixli **********9226 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34116RA064591 ban nömrəli, 17)28.02.2024-cü il tarixli **********9230 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 40.537 ABŞ dolları dəyərində KMHN34117RA064602 ban nömrəli, 18)28.02.2024-cü il tarixli **********9373 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 36.277 ABŞ dolları dəyərində KMHN34118RA064544 ban nömrəli, 19)28.02.2024-cü il tarixli **********9393 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 36.277 ABŞ dolları dəyərində KMHN34119RA064567 ban nömrəli, 20)28.02.2024-cü il tarixli **********9450 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085502 ban nömrəli, 21)28.02.2024-cü il tarixli **********9484 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085514 ban nömrəli, 22)29.02.2024-cü il tarixli **********0762 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 36.277 ABŞ dolları dəyərində KMHN34115RA064579 ban nömrəli, 23)29.02.2024-cü il tarixli **********0763 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085491 ban nömrəli, 24)29.02.2024-cü il tarixli **********0766 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085497 ban nömrəli, 25)29.02.2024-cü il tarixli **********0858 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165494 ban nömrəli, 26)29.02.2024-cü il tarixli **********0885 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165487 ban nömrəli, 27)29.02.2024-cü il tarixli **********0889 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165792 ban nömrəli, 28)29.02.2024-cü il tarixli **********0908 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165481 ban nömrəli, 29)29.02.2024-cü il tarixli **********0910 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165798 ban nömrəli, 30)29.02.2024-cü il tarixli **********0915 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU164736 ban nömrəli, 31)29.02.2024-cü il tarixli **********0926 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166056 ban nömrəli, 32)29.02.2024-cü il tarixli **********0927 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU164548 ban nömrəli, 33)29.02.2024-cü il tarixli **********0941 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU164555 ban nömrəli, 34)29.02.2024-cü il tarixli **********0942 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166061 ban nömrəli, 35)29.02.2024-cü il tarixli **********0952 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU164742 ban nömrəli, 36)29.02.2024-cü il tarixli **********0970 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165789 ban nömrəli, 37)29.02.2024-cü il tarixli **********0972 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165069 ban nömrəli, 38)29.02.2024-cü il tarixli **********0991 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165075 ban nömrəli, 39)29.02.2024-cü il tarixli **********1011 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165217 ban nömrəli, 40)29.02.2024-cü il tarixli **********1026 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU165223 ban nömrəli, 41)29.02.2024-cü il tarixli **********1062 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166349 ban nömrəli, 42)29.02.2024-cü il tarixli **********1073 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166346 ban nömrəli, 43)29.02.2024-cü il tarixli **********1283 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166309 ban nömrəli, 44)29.02.2024-cü il tarixli **********1300 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU166066 ban nömrəli, 45)03.04.2024-cü il tarixli **********8992 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 28.664 ABŞ dolları dəyərində KMHL341JBRA085080 ban nömrəli, 46)29.04.2024-cü il tarixli **********5449 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU177021 ban nömrəli, 47)29.04.2024-cü il tarixli **********5467 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU177009 ban nömrəli, 48)29.04.2024-cü il tarixli **********5530 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU175665 ban nömrəli, 49)29.04.2024-cü il tarixli **********5539 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU175521 ban nömrəli, 50)xx.xx.2024-cü il tarixli **********6085 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34.078 ABŞ dolları dəyərində KMHYF811DRU177264 ban nömrəli olmaqla ümumilikdə 1.733.865 ABŞ dolları dəyərində, X1 şirkəti tərəfindən xx.xx.2025-ci il tarixli təsdiqedici məktubda göstərilən ban nömrəli 50 ədəd avtomobil ölkəyə idxal edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxsndə əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati inzibati xəta haqqında protokola əsasən MMC tərəfindən 1.318.875.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də 62.070.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə aparılan inzibati araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs MMC 1.318.875.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqavilə üzrə xx.xx.2023-cü ildə “X1” şirkətinin hesabına köçürmüşdür. Eyni zamanda sözügedən müqavilə üzrə xx.xx.2023-cü ildə 454.719.00 ABŞ dolları və xx.xx.2023-cü ildə 500.000.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin köçürülməsi də nəzərə alındıqda 98 ədəd avtomobilin dəyəri olan 2.273.594.00 ABŞ dolları xx.xx.2023-cü il tarixdə tam olaraq qarşı tərəfə köçürülmüş, təqdim olunan gömrük bəyannamələrindən göründüyü kimi xx.xx.2023-cü il tarixədək köçürülən məbləğdən 55.530 ABŞ dolları az, 2.218.064 ABŞ dolları dəyərində, 96 ədəd avtomobil ölkəyə idxal edilmişdir. Digər 2 ədəd avtomobilin idxal edilməməsinin səbəbi isə şirkət tərəfindən bir ədəd avtomobilin istehsal edilməməsi, digər avtomobilin isə başqa ölkəyə ixrac edilməsi olmuşdur. Məhkəmənin mövqeyinin hüquqi baxımdan əsaslandırılması üçün əhəmiyyət kəsb etməsə də qeyd edilməlidir ki, inzibati xətanın obyekti olaraq inzibati xəta haqqında protokolda əks olunan 62.070 ABŞ dolları məbləğində valyuta vəsaitinin göstərilməsinə baxmayaraq, xarici ölkəyə köçürülən vəsaitin ümumi məbləği ilə idxal edilmiş malın ümumi dəyəri arasında fərq 55.530 ABŞ dolları olduğuna görə inzibati xətanın obyektinin həmin məbləğdə valyuta vəsaiti olduğu müəyyən edilir. Məhkəmə, təqdim olunan xx.xx.2025-ci il tarixli əvəzləşdirilmə müqaviləsi və "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 6-2-52/2-1698/2025 nömrəli məktubunu qarşılıqlı surətdə təhlil və tədqiq edərək müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixli PE2302C36AG-A-2 nömrəli müqaviləyə (“Müqavilə 1”) əsasən 98 ədəd avtomobilin dəyəri olan 2.273.594.00 ABŞ dolları vəsait xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli PE2309C36AG-A-1 nömrəli müqaviləyə (“Müqavilə 2”) əsasən 7 ədəd avtomobilin dəyəri olan 117.864.00 ABŞ dolları vəsait xx.xx.2023-cü il tarixdə tam olaraq xarici ölkəyə “X1” şirkətinin hesabına köçürülmüş, “Müqavilə 1” üzrə xx.xx.2023-cü il tarixədək 2.218.064 ABŞ dolları dəyərində 96 ədəd, “Müqavilə 2” üzrə isə 48.392 ABŞ dolları dəyərində 2 ədəd avtomobil ölkəyə idxal edilmişdir. Göründüyü kimi qeyd olunan iki müqavilə üzrə cəmi köçürülən 2.391.458 ABŞ dolları vəsaitdən 125.002 ABŞ dolları az, yəni 2.266.456 ABŞ dolları dəyərində 98 ədəd avtomobilin ölkəyə idxal olunmuş, 7 ədəd avtomobilin idxal edilməsini təmin etmək mümkün olmamışdır. Bu səbəbdən tərəflərin razılaşmalarına uyğun olaraq xx.xx.2023-cü il tarixli PE2311C36AG-A-1 nömrəli müqaviləyə (“Müqavilə 3”) əsasən 50 ədəd avtomobilin dəyəri olan 1.733.928.00 ABŞ dolları məbləğində pulun əvəzində xx.xx.2023-cü il tarixədək müqavilə dəyərindən 132.625.81 ABŞ dolları az olan məbləğ, yəni ümumi 1.601.302.19 ABŞ dolları vəsait xarici ölkəyə köçürülmüş və xx.xx.2024-cü il tarixədək 1.733.865 ABŞ dolları dəyərində 50 ədəd avtomobil ölkəyə idxal edilmişdir. “Müqavilə 1” üzrə xx.xx.2023-cü il tarixədək üç dəfəyə 2.273.594.00 ABŞ dolları, “Müqavilə 2” üzrə xx.xx.2023-cü il tarixdə 117.864.00 ABŞ dolları və “Müqavilə 3” üzrə xx.xx.2023-cü il tarixədək üç dəfəyə 1.601.302.19 ABŞ dolları olmaqla ümumilikdə 3.992.760.19 ABŞ dolları vəsait üç müqavilə üzrə Şəxs MMC tərəfindən “X1” şirkətinin hesabına köçürülmüş, birinci müqaviləyə aid 96 ədəd gömrük bəyannaməsinə əsasən xx.xx.2023-cü il tarixədək 2.218.064 ABŞ dolları, ikinci müqaviləyə aid 2 ədəd gömrük bəyannaməsinə əsasən xx.xx.2024-cü il tarixədək 48.392 ABŞ dolları və üçüncü müqaviləyə aid 50 ədəd gömrük bəyannaməsinə əsasən xx.xx.2024-cü il tarixədək 1.733.865 ABŞ dolları olmaqla ümumilikdə 4.000.321 ABŞ dolları dəyərində 148 ədəd avtomobilin ölkəyə idxalı təmin olunmuşdur. Hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə avans olaraq köçürdüyü valyuta vəsaiti dəyərində malların bir qisminin ölkəyə 2 il ərzində idxal olunmaması və ya müvafiq vəsaitin geri qaytarılmaması səbəbindən tərtib edilmişdir. Görünən isə odur ki, həmin köçürmədən sonrakı 2 il ərzində, xx.xx.2025-ci il tarixədək əvəzləşdirmə müqaviləsinə əsasən yuxarıda göstərilən hər üç müqavilə üzrə mallar ölkəyə ümumi köçürmə məbləğinə uyğun olaraq idxal olmuşdur. Məhkəmə rezidentlər tərəfindən sui-istifadə hallarının və malların idxal olunması və ya vəsaitin geri qaytarılması üçün qaydalara uyğun olaraq müəyyən olunmuş müddətin məqsədli şəkildə uzadılmasının qarşısının alınmasını nəzərə alaraq hesab edir ki, əvəzləşdirmə müqaviləsi yalnız tərəflər arasında əvəzləşdirməyə səbəb olan köçürməyə dair avans yolu ilə valyuta vəsaitinin köçürüldüyü tarixdən etibarən 2 illik müddət ərzində mallar idxal edilərsə, işlər görülərsə və ya xidmətlər göstərilərsə qəbul edilə bilər. Hazırkı üç müqaviləyə nəzər yetirdikdə görünür ki, avans yolu ilə valyuta vəsaiti ilk dəfə xx.xx.2023-cü ildə, ikinci dəfə isə xx.xx.2023-cü ildə “Müqavilə 1” (PE2302C36AG-A- 2) üzrə köçürülmüş və müvafiq dəyərdə mallar ölkəyə idxal olunmuş, bu köçürmələrə dair hissədə tərəflər arasında mübahisə olmamışdır. Əvəzləşdirmə müqaviləsinin bağlanmasına əsas “Müqavilə 1” (PE2302C36AG-A-2) üzrə xx.xx.2023-cü il tarixli və “Müqavilə 2” (PE2309C36AG-A-1) üzrə xx.xx.2023-cü il tarixli köçürmələrin müqabilində malların tam dəyərdə ölkəyə idxal edilməməsi olmuşdur. Məhkəmə bu halda malların ölkəyə idxalı və ya valyuta vəsaitinin geri qaytarılması üçün qanunla nəzərdə tutulan müddətin axımının başlanmasının “Müqavilə 3” (PE2311C36AG-A-1) üzrə valyuta vəsaitinin köçürüldüyü xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdən deyil, məhz əvvəlki iki müqavilə üzrə əvəzləşdirməyə səbəb olan köçürmələrin edildiyi, yəni müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdən nəzərə alınmasını qanunauyğun hesab etməklə qanunvericiliyin məqsədlərinə nail olmağın mümkünlüyü qənaətinə gəlir. Hazırda baxılan iş üzrə 2 illik müddətin xx.xx.2025-ci il tarixdə tamam olduğu və əvəzləşdirilən üç müqavilə üzrə ümumən köçürülmüş valyuta vəsaitinin müqabilində onun dəyərində, hətta dəyərindən artıq miqdarda malların 2 il bitmədən, xx.xx.2024-cü il tarixədək ölkəyə idxal olunduğu, bununla da ölkənin tədiyyə balansının pozulmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu qaydada, yəni əvəzləşdirməyə səbəb olmuş köçürmənin edildiyi tarixdən etibarən 2 il ərzində növbəti müqavilə üzrə malların dəyərinin əvəzləşdirilməklə az miqdarda valyuta vəsaitinin köçürülməsini, eləcə də ümumi köçürülmüş valyuta vəsaiti dəyərində malların ölkəyə idxal edilməsini faktiki olaraq əvvəlki köçürməyə aid pul vəsaitinin geri qaytarılması kimi qiymətləndirilməlidir. Məhz Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının müəyyən edilməsinin məqsədi ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xətalar haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-1489/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1489/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver