Məhkəmə qərarları › İş №3(005)-149/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-149/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-149/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Barəsində inzibati xəta haqında protokol tərtib olunn Şəxs MMC-nin nümayəndəsi –X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 492.1 və 491.3-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02852/22 nömrəli, 27 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Bas Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 34/024/010050 saylı xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Türkiyə Cümhuriyyətindən AZ1030, Bakı səhəri Nizami rayonu Əlişir Nəvai ev 6b ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına 28K0715/28ABV699 qeydiyyat nişanlı yük avtomobili ilə daxil olmuş BBGİ-də **********5729 saylı GB ilə gələn “təbii mineral sular” yükü yaşıl dəhliz iştirakçısı olduğundan sərhəd gömrük orqanından bir başa qeydiyyatda olduğu anbara daxil olmuş gömrük məmuruna məlumat verilmədən gömrük təminatının açılaraq mallar boşaldılmış və sistem üzərindən malın boşaldılmasının təsdiq edildiyi, yük nəqliyyat vasitəsi sərhəd gömrük orqanında olarkən sistem üzərində yük nəqliyyat vasitəsində 523 kq çəki artıq olduğu, **********5729 saylı gömrük bəyannaməsi ilə gələn yüklərə Şəxs MMC-yə məxsus Bakı səhəri M.Nərimanov 2054 ünvanında yerləşən anbarda baxışın keçirildi yüklərin istifadə olunmamış vəziyyətdə olduğu və bəyannamə ilə uyğunluq təşkil edildiyi qeyd olunmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, izahatında Şəxs MMC-də gömrük rəsmiləşdirməsi üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmin MMC-nin ünvanına daxil olan malların gömrük rəsmiləşdirilməsi işlərini onun həyata keçirdiyini, xx.xx.2022-ci il tarixdə nümayəndəsi olduğu MMC-nin ünvanına Türkiyə Respublikasından 28K0715/28ABV699 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş “su” yükü xx.xx.2022-ci il tarixdə **********5729 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilmək üçün bəvan edildiyini, gömrük əməkdaşının icazəsi olmadan Şəxs MMC-və məxsus Bakı səhəri Müzəffər Nərimanov 2054 ünvanında yerləşən anbarda gömrük təminatının qırıldığını və yükün boşaldıldığını, gömrük qaydalarının pozulmasını etiraf etdiyini və qanunvericilikdə nəzərədə tutulmuş məsuliyyəti daşımağa hazır olduğunu, bu cür halla birinci dəfədir ki rastlaşdığını, sonrakı günlərdə bu cür halın yaranmaması üçün əlindən gələni edəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in nümayəndəsi Şəxs MMC-nin nümayəndəsi X3 Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmadıgından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 34/024/010050 saylı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Türkiyə Cümhuriyyətindən AZ1030, Bakı şəhəri Nizami rayonu Əlişir Nəvai ev6b ünvanında qeydiyyatda olan Fərəh-M MMC ünvanına 28K0715/28ABV699 qeydiyyat nişanlı yük avtomobili ilə daxil olmuş BBGİ-də **********5729 saylı GB ilə gələn “təbii mineral sular” yükü yaşıl dəhliz iştirakçısı olduğundan sərhəd gömrük orqanından bir başa qeydiyyatda olduğu anbara daxil olmuş gömrük məmuruna məlumat verilmədən gömrük təminatı açılaraq mal boşaldılmış və sistem üzərindən malın boşaldılması təsdiq edilmişdir. Yük nəqliyyat vasitəsi sərhəd gömrük orqanında olarkən sistem üzərində yük nəqliyyat vasitəsində 523 kg çəki artıq olduğu qeyd edilmişdir. **********5729 saylı Gb ilə gələn yüklərə Fərəh-M MMC-yə məxsus Bakı şəhəri M.Nərimanov 2054 ünvanında yerləşən anbarda baxış keçirildi yüklər istifadə olunmamış vəziyyətdə olub və bəyannamə ilə uyğunluq təşkil edir. İş üzrə xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, AZ1030, BAKİ ŞƏHƏRİ, NİZAMİ RAYONU,ƏLİŞİR NƏVAİ EV6B ünvanında qeydiyyatda olan "xxxx" MMC-nın ünvanına 28K0715/28ABV699 nömrəli nəqliyyat vasitəsində daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********35729 saylı GB ilə bəyan edilmiş təbii mineral sular" yükü yaşıl dəhliz iştirakçısı olduğundan sərhəd gömrük orqanından bir başa qeydiyyatda olduğu anbara daxil olmuş gömrük məmuruna məlumat verilmədən gömrük təminatı açılaraq mal boşaldılmış və sistem üzərindən malın boşaldılması təsdiq ədilmişdir.Yük nəqliyyat vasitəsi sərhəd gömrük orqanında olarkən sistem üzərində yük nəqliyyat vasitəsində 523 kg çəki artıq olduğu qeyd edilmişdir. Yoxlama zamanı, 28K0715/28ABV699 nömrə nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş **********5729 saylı gb ilə bəyan edilən “təbii mineral sular”yükünə yerində baxış keçirildi, yüklər bəyannamə ilə uyğunluq təşkil edir. İş üzrə xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, aşağıda imza edənlər, BBGİ “İpək Yolu” gömrük postunun böyük inspektor Cəfərov Mətin, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi Hacıyev Sərxan və anbardar Abbasov Əlimərdan bu aktı tərtib edirik ondan ötrü ki, Türkiyə Cümhuriyyətində 28K0715/28ABV699 qeydiyyat nişanlı yük avtomobili ilə daxil olmuş BBGİ-də **********5729 saylı GB ilə gələn “təbii mineral sular” yükü yaşıl dəhliz iştirakçısı olduğundan sərhəd gömrük orqanından bir başa qeydiyyatda olduğu anbara daxil olmuş gömrük məmuruna məlumat verilmədən gömrük təminatı açılaraq mal boşaldılmış və sistem üzərindən malın boşaldılması təsdiq edilmişdir. Yük nəqliyyat vasitəsi sərhəd gömrük orqanında olarkən sistem üzərində yük nəqliyyat vasitəsində 523 kg çəki artıq olduğu qeyd edilmişdir. **********5729 saylı Gb ilə gələn yüklərə Fərəh-M MMC-yə məxsus Bakı şəhəri M.Nərimanov 2054 ünvanında yerləşən anbarda baxış keçirildi yüklər istifadə olunmamış vəziyyətdə olub və bəyannamə ilə uyğunluq təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, o, inzibati xəta hadisəsini etiraf etmişdir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki,Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMCn həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Türkiyə Cümhuriyyətindən AZ1030, Bakı şəhəri Nizami rayonu Əlişir Nəvai ev6b ünvanında qeydiyyatda olan Fərəh-M MMC ünvanına 28K0715/28ABV699 qeydiyyat nişanlı yük avtomobili ilə daxil olmuş BBGİ-də **********5729 saylı GB ilə gələn “təbii mineral sular” yükü yaşıl dəhliz iştirakçısı olduğundan sərhəd gömrük orqanından bir başa qeydiyyatda olduğu anbara daxil olmuş gömrük məmuruna məlumat verilmədən gömrük təminatı açılaraq mal boşaldılmış və sistem üzərindən malın boşaldılması təsdiq edilmişdir.Yük nəqliyyat vasitəsi sərhəd gömrük orqanında olarkən sistem üzərində yük nəqliyyat vasitəsində 523 kg çəki artıq olduğu qeyd edilmişdir. **********5729 saylı Gb ilə gələn yüklərə Fərəh-M MMC-yə məxsus Bakı şəhəri M.Nərimanov 2054 ünvanında yerləşən anbarda baxış keçirildi yüklər istifadə olunmamış vəziyyətdə olub və bəyannamə ilə uyğunluq təşkil edir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs MMC İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar