Məhkəmə qərarları › İş №3(005)-1491/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1491/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1491/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov X6 Rüfət Zahid oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda qeyd olunur ki, borclu “xxxxxxxxxxx” MMCnin rəhbəri Şəxs icra sənədləri üzrə tələbkara aylıq müavinətləri 2019-cu ilin oktyabr ayından sonra ödəməmiş, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-1571/2015 nömrəli icra vərəqəsindən görünür ki, X1 1800 manat, Məmmədağa Hüseyn oğluna 1600 manat, X3 2000 manat, X2 1250 manat və Şahbazova Atlas Zöhrab qızına 1250 manat olmaqla ümumilikdə 7900 manat birdəfəlik müavinət cavabdeh “xxxxxxxxxxx” MMC-dən tutulmalıdır. X1, Məmmədağa Hüseyn oğluna, X3, X2 və Şahbazova Atlas Zöhrab qızına 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi “xxxxxxxxxxx” MMCyə həvalə edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müavinətlərin verilməsi “xxxxxxxxxxx” MMC-yə həvalə olunsa da, inzibati xəta haqqında protokol həmin MMC-nin rəhbəri, yəni vəzifəli şəxs barəsində tərtib olunmuşdur. Bu halda protokol tərtib etmiş şəxs tərəfindən İXM-in 17, 18.1, 18.3 və 18.8-ci maddəsində göstərilən tələblər nəzərdən keçirilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda İXM-in 100.1.4-cü maddəsinin tələbləri gözlənilməmiş, yəni inzibati xətanın törədildiyi yer, vaxt göstərilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar