Məhkəmə qərarları › İş №3(005)-1493/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1493/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1493/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin rəis müavini X1, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1693/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6518 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin rəis müavini X2 izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına xx.xx.2020-ci il tarixdə 31ABU386/31ABV731 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6518 və **********6567 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Həmin mallar bir nəqliyyat vasitəsi ilə ölkəyə daxil olsa da, mallar ayrı-ayrı gömrük bəyannamələri ilə bəyan edilmişdir. **********6567 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilmədiyindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Yekunda hazırki iş üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına İtaliya və Almaniyadan 31ABU386/31ABV731 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş dərman vasitələri xx.xx.2020-ci il tarixdə, saat 11:50-də “Qırmızı körpü” gömrük sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Mallar iki fərqli ölkədən daxil olduğu üçün həmin mallara görə iki invoys tərtib edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qeyd olunan avtomaşın ölkə ərazisinə daxil olduqdan sonra dərman vasitələrinə görə **********9769 və **********9746 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edib gömrük orqanına elektron qaydada verilmişdir. Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində qısa idxal bəyannaməsi gec verildiyi üçün İXM-in 485.2-ci maddəsi ilə 00100-1687/20 və 00100-1693/20 nömrəli protokollar tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsində protokollar 3(005)-1492/2020 və 3(005)-1493/2020 nömrəli işlər üzrə icraata qəbul edilmişdir. Qeyd edir ki, 3(005)-1492/2020 nömrəli iş üzrə hakim Hafiz Kamranovun sədirliyi ilə xx xxxxxx 2020-ci il tarixdə işə baxılmışdır, lakin üzrlü səbəbdən həmin işdə iştirak edə bilməmişlər. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrə nişanlı avtomaşının içərisində iki invoys sənədi ilə mallar daxil olub, inzibati xəta da avtomaşın sərhəddən keçərkən baş verib. Hesab edir ki, Bakı Baş Gömrük idarəsinin Təhqiqat şöbəsində iki inzibati xəta haqqında protokol deyil, bir protokol tərtib edilməli idi. Çünki, inzibati xəta faktı xx.xx.2020-ci il tarixdə saat 11:50-də eyni vaxtda bir hərəkətlə törədilmişdir. İXM-in 34.2 və 34.3 maddələrini nəzərə alaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş 00100-1687/20 və 00100-1693/20 nömrəli protokollar üzrə Nərimanov Rayon Məhkəməsində işə baxılarkən yekunda bir fakt üzrə tənbehin tətbiq edilməsini və hazırki işin icraataına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1693/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6518 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1687/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********6567 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)- 1492/2020 nömrəli qərarından görünür ki, 00100-1687/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrə nişanlı avtomaşının içərisində iki invoys sənədi ilə mallar daxil olmuş, inzibati xəta hadisəsi də nəqliyyat vasitəsi sərhəddən keçərkən baş vermişdir. Həmin hal üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən 2 inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində inzibati xəta hadisəsi üzrə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in: 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına 31ABU386/31ABV731 nömrə nişanlı avtomaşınla daxil olmuş mallara dair adı çəkilən MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməməsinə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin barəsində inzibati tənbeh tətbiq edilmiş və həmin qərar hazırda qüvvədədir. İXM-in: 53 və 53.0.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən törədilmiş inzibati xəta hadisəsi faktına görə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində tərtib olunmuş 00100-1693/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində 00100-1693/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar