Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1493/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən 16/1-6384 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən 16/1-6384 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, bildirir ki, DİN-ni Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş «inzibati tənbeh vermə haqqında» KQ 25976320 savh.xx.xx.2025-ci il elektron Qərarınının «Qərara almır» hissəsində göstərilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə sörə, barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bunanla bağlı. Nərimanov Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-635/2025-saylı məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, yenidən araşdırılması üçün BDYP-İdarəsinə tapşırıq verilmişdir. Buna baxmayaraq BDYP-İdarəsi düzgiin araşdırma aparmayaraq yenidən qanunsuz və əsassız qərar qəbul edilmişdir. O-yəni Şamilov İlkin xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxaraq Çin Xalq Respublikasına getmiş və hal- hazırki vaxtadək orada işləyir. Ancaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasında olmadığı müddətlərdə İnzibati tənbeh verilməsi qanunlarına ziddir. Ümumvətandaş pasportunun surətlərindən tam açıq aydın görsənirki həmin tarixlərdə o Azərbaycan Respublikasında olmamışdır. Belə olan halda «İnzibati tənbeh verilmə haqqında» qərar qəbul edilməsi gülüncdür, həntdə qanunsuz və əsasszdır. İnzibati xəta haqqında iş iizrə heç bir araşdırma aparılmamış, yalnız protokolda port kompyuter tərəfindən çəkilmiş, dövlət qeydiyyat nişanı ümumiyyətlə görsənməmiş əsassız olaraq qərara köçürülmüş və nəticə etibatı ilə DİN Baş X5 İdarəsinin port kompyuter tərəfindən qəbul edilmiş «İnzibati tənbeh vermə haqqttula» EQ 25976320 saylı, xx.xx.2025-ci il tarixli elektron Qərar qanunsuz çıxarılmış eləcədə anoloji olaraq xx.xx.2025-c il tarixli 16/1-63484 saylı qərarla kobud qanun pozulmasına yol verilmişdir. DİN-i Baş X5 İdarəsinin rəis müavini Pərvin Səfərəfiyev heç araşdırma aparılmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Buda onun hüquqlarını kobud səkildə pozur. Deməli, acıq aydın ümumvətandaş pasportumdan görsənir ki, o, xx.xx.2024-cü il tarixindən ölkədən çıxmış və hal-haztrda geri dönməmişdir. Lakin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasında olmadığı halda belə bir qanunsuz və əsassız. «İnzibati tənbeh verilməsi» haqqında qərar qəbul edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir və vol verilməzdir. elektron qərarda və qərara əlavə olunmuş foto şəkil və video görüntülərdə etibarnamə verilmiş Hundai İX35 minik markalı ** KA *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumiyyətlə açıq aydın görsənməməsi həmin inzibati xəta haqqında işin ona məxsus edilməsi qanunsuz və əsassızdır. Eləcədə tərtib edilən qanunsuz elektron protokol ümumiyyətlə heç arasdırlmamışdır. Çünki elektron tərtib olunmuş elektron protokolda qeyd olunnan X3 1 ildən artıqdır ki, Azərbaycan Respublikasından kənarda orada yaşayır. DİN-i Baş X5 İdarəsinin port kompyuter tələfindən çəkilmiş foto şəkillər və qəbul edilmiş «İnzibati tənbeh vermə haqqında» KQ 25976320 saylı, xx.xx.2025-ci il tarixli elektron Qərarın tərtib olunması bilə-bilə edilmiş qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməli, eləcə də, xx.xx.2025-ci il tarixli 16/1-63484 saylı qərar ləğv olunmaqla inzibati xəta işinin icraatına xitam verilməlidir. xx.xx.2025-ci il tarixli 3(005)-635/2025saylı məhkəmə qərarı ilə hiiquqi qiymət verilmiş, yenidən araşdırılması üçün BDYP-İdarəsinə tapşırıq verilmişdir. Bu na baxmayaraq BDYP-İdarəsi düzgün araşdırma aparmayaraq yenidən qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati qərardan şikayət vermiş şəxsin və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25976320 nömrəli, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 635/2025 saylı qərarından aydın olur ki, X2 tərtib edilmiş EQ seriyalı 25976320 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün Baş X5 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən yenidən 16/1-6384 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərar qəbul olunmuşdur. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, 122.1. Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X1 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-635/2025 saylı qərarı ilə X2 tərtib edilmiş EQ seriyalı 25976320 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün Baş X5 İdarəsinə göndərilsə də yenidən heç bir araşdırma aparılmadan, şəxs dəvət edilmədən, video görüntü təqdim olunmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən 16/1-6384 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən 16/1-6384 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1493/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1493/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver