Məhkəmə qərarları › İş №3(005)-1497/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1497/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1497/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 iştirakı ilə, AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302 nömrəli, 12 may 2024-cü il tarixli, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət barədə X4 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302 nömrəli, 12 may 2024-cü il tarixli, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında qeyd etdi ki, 14 ildir ki, ünvan 1 ünvanında yaşayır. Bu illər ərzində o, Əliyar Əliyev küçəsindən yaşayış binasına giriş və çıxışı avtomobili ilə həyata keçirmiş və yol xətt nişanları buna icazə vermişdir. Həmin yaşayış kompleksində 5-7 min insan, günlük 1000-2000 avtomobil giriş-çıxış həyata keçirir. 2023-cü il ərzində yol xətt nişanlarının yenilənməsi zamanı texniki olaraq yanlışlığa yol verilərək binaya giriş üçün qırıq xətt deyil, düz xətt çəkilmişdir. Bu yanlışlığın aradan qaldırılması üçün sakinlər tərəfindən əvvəlki BNA-ya, indiki AYNA-ya çoxsaylı müraciətlər edilmiş, AYNA və BNA yanlışlığı qəbul edərək sakinlərin binaya giriş və çıxışını təmin etmək üçün yol xəttlərini yenilənməsini həyata keçirəcəyini yazılı məktubla bildirmişdir. Sakinlər normal giriş-çıxışlarını avtomobilləri ilə həyata keçirmişlər. Lakin 18-20 yanvar 2024-cü il tarixlərdə binanın girişində təhlükəsiz şəhər kamerası quraşdırıldıqdan sonra elektron protokollar tərtib olunaraq 80 manat cərimə, 3 bal yazılmışdır. X5 20 yanvar 2024-cü il tarixdə bir gün ərzində binaya giriş-çıxış edərkən EQ 19055302 və EQ 19050813 saylı inzibati xəta haqqında protokollar ilə cərimə olunmuşdur. Protokolların ləğvinə əsas səbəb kimi AR DİN Baş X9i İdarəsinin yanaşması deyil, yol xətt nişanını orqanı tənzimləyən (əvvəlki BNA, indiki AYNA) qurumun zamanında yol xətləri nişanını yeniləməməsidir. X4 barəsində AR DİN Baş X9i İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarları ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, səksən (80) manat miqdarında cərimə edilmişdir. AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, səksən (80) manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X5 xx.xx.2024-cü il tarixdə saat 13:34-də ünvan 2 ünvanında ”OPEL ASTRA” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaş Səid Qasımova ünvanlanan 18 may 2024-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən “Azinko” yaşayış kompleksinə Agentliyin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar nəticəsində sözügedən ünvanda “1.11” nişanlanma xətlərinin silindiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, adıçəkilən ünvanda sakinlərin həyətyanı sahəyə giriş-çıxışının təmin edilməsi üçün “1.11" nişanlanma xətlərinin yenilənməsi məqsədəmüvafiq hesab edilmişdir. Nişanlanma xətləri prosedura uyğun olaraq yenilənəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-908/2024-cü il saylı, 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, X4 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarları ləğv edilmiş və işə yenidən baxılması AR DİN Baş X9i İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X3 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən “Azinko” yaşayış kompleksinə Agentliyin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar nəticəsində sözügedən ünvanda “1.11” nişanlanma xətlərinin silindiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302 nömrəli, 12 may 2024-cü il tarixli, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında AR DİN Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 19055302 nömrəli, 12 may 2024-cü il tarixli, EQ 19050813 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar