Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-15/2021 13.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mülkiyyətində olan “VAZ21214” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Həmçinin Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmişdir., bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddələrinin mənasından görünür ki, qanunvericilik mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsini birmənalı şəkildə avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin deyil, onun sahibinin üzəri qoymuşdur. Bu da anlaşılan və məntiqlidir. Belə ki, mülki məsuliyyətin icbari qaydada sığortası üçün şəxslərə dəyə biləcək zərərlərin kompensasiya edilməsi məqsədini daşıyır. Təbii ki, avtonəqliyyat vasitəsini kim idarə edirsə, zərəri də o vura bilər və bu mənada məhz onun mülki məsuliyyətinin icbari qayda sığortalanması lazımdır. Elə buna da görə də, qanunvericilik məhz ondan bu pozitiv hərəkətin edilməsini tələb etməklə onu məsuliyyətləndirir. Şəxs MMC bir qayda olaraq mülki dövriyyədə lizinq münasibətlərinin iştirakçısı kimi lizinq verən qismində fəaliyyət göstərir. Şirkətin mülkiyyətində olan nəqliyyat vasitələri adətən şirkət (işçiləri) tərəfindən deyil, lizinq müqaviləsi əsasında lizinq alanlar tərəfindən istifadə edilirlər. Həmçinin polis idarəsi tərəfindən daxil olmuş bütün sorğulara vaxtında cavab verilir. Lakin belə bir sorğu daxil olmamışdır. Bu səbəblə də göstərilənləri nəzərə alıb, çıxışında qeyd olunanlara dair sənədləri təqdim edib Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddələrinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından da görünür ki, qanunverici mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsini avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin deyil, onun sahibinin üzərinə qoymuşdur. İş materiallarında olan 14/816 saylı xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinin 3 nömrəli əlavəsindən görünür ki, lizinq verən, yəni “Şəxs» MMC tərəfindən VAZ21214” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxxxxx 2014-cü il tarixdə lizinq alanın, yəni X2 müvəqqəti sahibliyinə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin tarixdən başlayaraq avtomobili sığorta etdirmək üzrə öhdəliklər və vəzifələr alıcıya (X1) aid edilmişdir. Belə olduğu təqdirdə lizinq verən, yəni “Şəxs» MMC mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi daşıya bilməz. “İcbari sığortalar haqqında” Qanunun 53-cü maddəsinə görə, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokolu, barəsində inzibati icraat aparılan hüquqi şəxsin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Şəxs MMC-nin ünvanına balansında olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməsi barədə poçt göndərişi MMC-nin ünvanına rəsmi qaydada xx.xx.2020-ci il tarixdə qəbul edildiyi qeyd edilsə də, hüquqi şəxs tərəfindən belə bir sorğu onlara daxil olmamış, yəni həmin sorğunun hüquqi şəxs tərəfindən rəsmi qaydada alınmasına dair məlumat mövcud olmamışdır. Göründüyü kimi hüquqi şəxs tərəfindən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilmədikdə inzibati məsuliyyəti yaranmış olur. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 469.3cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-15/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-15/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver