Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1504/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Hacıqabul rayonunda anadan olan, ailəli, ali təhsilli, "xxxx" ASC-nin sədri işləyən, Hacıqabul rayonu Nəvai kəndində qeydiyyatda olan,Bakı şəhəri Nərimanov rayonu Qədirbəyova küç.ev 5 ünvanında yaşayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X8 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, 3(005)-2888/2020 nömrəli, 3(005)-593/2018 nömrəli, 3(005)-3389/2020 nömrəli, 3(005)-3656/2020 nömrəli, 3(005)-902/2021 nömrəli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)-2043/2021 nömrəli, 2(113)-2621/2021 nömrəli, 2-2(113)- 564/2020 nömrəli, 2-2(113)-1096/2021 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, 3(005)- 2888/2020 nömrəli, 3(005)-593/2018 nömrəli, 3(005)-3389/2020 nömrəli, 3(005)-3656/2020 nömrəli, 3(005)-902/2021 nömrəli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)- 2043/2021 nömrəli, 2(113)-2621/2021 nömrəli, 2-2(113)-564/2020 nömrəli, 2-2(113)-1096/2021 nömrəli icra sənədləri üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs öhdəliyi təmin etməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, 3(005)-2888/2020 nömrəli, 3(005)-593/2018 nömrəli, 3(005)-3389/2020 nömrəli, 3(005)-3656/2020 nömrəli, 3(005)- 902/2021 nömrəli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)-2043/2021 nömrəli, 2(113)-2621/2021 nömrəli, 2-2(113)-564/2020 nömrəli, 2-2(113)-1096/2021 nömrəli icra sənədlərinə əsasən Şəxs öhdəliklərini icra etmir və icra etməkdən yayınır. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən iddiaçı X1 xeyrinə X2 ödənilməmiş əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi, son haqq-hesab hesablanıb tutulması, həmin məbləğə gecikdirilmiş aylar üzrə hər gününə bir faizdən az olmamaq şərti ilə əlavə edilməsi və iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2888/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3389/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-902/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3656/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Neftyoltikintitəmir” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)-2043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 16,115.33 ( on altı min yüz on beş manat, otuz üç qəpik) manat əsas borc, 150 (yüz əlli ) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X10” MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)-2621/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 10802,19 manat (on min səkkiz yüz iki manat on doqquz qəpik) əsas borc, 1638,24 manat (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) cərimə, hüquqi yardıma görə ödənilmiş 450 (dörd yüz əlli) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 12920,43 manat (on iki min doqquz yüz iyirmi manat qırx doqquz qəpik) məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 2(113)-1096/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1458 nömrəli müqavilə üzrə 12602.65 (on iki min altı yüz iki manat altmış beş qəpik) manat, 1459 nömrəli müqavilə üzrə 11722.46 (on bir min yeddi yüz iyirmi iki manat qırx altı qəpik) manat pul məbləği iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 14 dekabr 2020-ci il tarixli, 01 iyul 2021-ci il tarixli, 10 avqust 2021-ci il tarixli, 16 iyul 2020-ci il, 02 iyun 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1504/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1504/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver