Məhkəmə qərarları › İş №3(005)-1505/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1505/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1505/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 mənzil 21 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:05-də “MERCEDES E 280” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində hərəkətdə olarkən sürücünün aşkar şəkildə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, axşamdan iki qədəh spirtli içki qəbul etmişdir. Polis əməkdaşları onu yolda saxlayarkən sürücülük vəsiqəsini tələb etmişlər. O da vəsiqənin polis idarəsində olduğunu bildirmişdir. Bir qədər sonra polis əməkdaşları tərəfindən isə protokol xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuşdur. Qeyd olunmalıdır ki, spirtli içki artıq öz təsirini itirməsinə baxmayaraq əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Bundan sonra o özü narkoloji dispanserə gedib həkim müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, onda sərxoşluq vəziyyəti olmamışdır. Son olaraq məhkəmədən barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə büruzə verdiyindən “ACE-Z” markalı İN-641944 nömrəli sərxoşluq vəziyyətini təyin edən texniki vasitədən istifadə edilmiş, müayinə nəticəsində Şəxs həkim müayinəsinə ehtiyac olmadığını, gecə saatlarında spirtli içki qəbul etdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib, alkotestor aparatının göstəricisi ilə razı olduğunu, spirtli içki qəbul etdiyini səmimi etiraf etdiyini qeyd etmişdir. AD seriyalı 173223 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına xx.xx.2014cü il tarixdə “A BE CE D” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə xx.xx.2024-cü ildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokollarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:05-də “MERCEDES E 280” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli hesab etməyərək, avtomobili sərxoş vəziyyətdə idarə etmədiyi ilə bağlı izahatına hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan izahatlar, o cümlədən protokolların məzmunu, habelə məhkəmə baxışının verilmiş izahatı qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs tərəfindən yol verilən inizbati xəta xx xxxxxx 2020-ci il tarixdə saat 09:05 radələrində baş vermişdir. Polis əməkdaşları tərəfindən o, alkotestor aparatının yoxlamasından keçmiş və onda sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Bu səbəblə vətəndaş daha sonra tibbi müayinə olunması məqsədi ilə həkim müayinəsinə dəvət edilmiş, lakin o, aparatın göstəricisi ilə razı olduğunu bildirmiş və həkim müayinəsindən keçməyə lüzum olmadığını protokola qeyd edərək öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə araşdırması zamanı izahatında hadisə baş verdiyi tarixdə özü şəxsən həkim müayinəsindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə getdiyini və əldə olunmuş protokola əsasən sərxoş olmadığını bildirmiş və bu barədə məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2020-ci il tarixli, 2/5318 saylı aktda göstərilmişdir ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir; Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda Şəxs mübahisələndirdiyi inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə saat 09:05 radələrində baş verməsinə baxmayaraq Şəxs özünün tibbi müayinədən keçmə tarixi isə xx.xx.2020-ci il tarixə saat 12:00-a təsadüf edir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Ona görə məhkəmə Şəxs irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilə-rkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təq-si-ri-nin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasının aşağı həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar