Məhkəmə qərarları › İş №3(005)-1511/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1511/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1511/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialının nümayəndəsi X2 izahatında bildirdi ki, sorğuda qeyd olunan “KİA OPTİMA” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil Sosial Sığorta və X7 Filialının balansında deyil. Həmin avtomobil Dövlət X4 Yasamal rayon şöbəsinin balansında olmuşdur ki, həmin şöbə də ləğv edilərək bir neçə rayonu əhatə edən ərazi üzrə idarə yaradılmışdır. Buna görə də hesab edirlər ki, Sosial Sığorta və X7 Filialı tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan poçt xəbərnaməsində məktubun Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialının nümayəndəsi tərəfindən deyil, həmin Fondun Yasamal rayon şöbəsi tərəfindən qəbul edilməsi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialı barəsində İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X6 Publik Hüquqi şəxsin Sosial Sığorta və X7 Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar