Məhkəmə qərarları › İş №3(005)-1511/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1511/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1511/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, X1 DİN Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 21179918 nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X3 DİN Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 21179918 nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı-Qazax yolunun 167.8-ci km ünvanı, yəni Kürdəmir rayonu ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin, iş materiallarında inzibati xəta haqqında qərardan verilmiş şikayətə şikayət vermiş şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 DİN Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 21179918 nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM: X1 DİN Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 21179918 nömrəli, 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Hakim Gültəkin Əsədova Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 3 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 20 may 2024-cü il № 3(005)-1511/2024 X2 Ünvan: Bakı şəhəri, Ağa Neymətulla küçəsi 1987 mənzil 139 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 3(005)- 1511/2024 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qərardadın surəti - 01 vərəq. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar