Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1512/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X7 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1 və 578.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində İXM-in 192.1 və 578.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X9 (FİN:13EJ0VY) MMC-nin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan fiziki şəxs - əcnəbi həkim X14 (pasport nömrəsi S01782030) xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə Şəxs MMC-nin tərkibində fəaliyyət göstərmiş, ünvan 1 ünvanında yerləşən “Medistyle” hospitalının inzibati binasında X3 cərrahiyyə əməliyyatının həyata keçirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X13 izahatında göstərdi ki, Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs MMC-nin vəzifəli şəxslərinin əməllərində inzibati xətanın əlamətlərinin olması ilə əlaqədar toplanmış materiallara Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X9 MMC-nin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan fiziki şəxs - əcnəbi həkim X14 xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə Şəxs MMC-nin tərkibində fəaliyyət göstərmiş, ünvan 1 ünvanında yerləşən “Medistyle” hospitalının inzibati binasında X3 cərrahiyyə əməliyyatının həyata keçirilməsinə cəlb etmişdir. Şəxs MMC tərəfindən İXM-in 192.1 və 578.1 -ci maddələri ilə müəyyən edilmiş inzibati xətalar törədildiyinə görə onun barəsində baş prokurorun müavini Elmar Camalov tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını, 83XİD-20 saylı materialı araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 192.1 və 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış 83XİD-20 saylı material məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Nərimanaov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Elgiz Qənizadənin Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Nərimanov rayon prokurorluğunda X5 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən “Medistyle” hospitalında düzgün əməliyyat aparılmaması nəticəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktı ilə əlaqədar toplanmış material üzrə xx xxxx 2018-ci il tarixdə sabiq Nərimanov rayonu prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, “Medistyle” klinikasının rəhbərliyi Türkiyə Respublikasının vətəndaşı, həkim uroloq-androloq kimi fəaliyyət göstərən X1 Azərbaycan Respublikasına dəvət edib onun qeyd olunan klinikada cərrahiyyə əməliyyatlarını həyata keçirməsindən ötrü müvafiq şərait yaratmaqla əmək qanunvericiliyinin tələblərini və əcnəbilərin işə götürülməsi qaydalarını pozmuşdur. Göstərilənlərlə əlaqədar “Medistyle” klinikasının rəhbərliyinin İXM-in müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması xahiş olunur; “Cinayət işi başlanması haqqında” xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, Nərimanov rayonu prokuroru Vüqar Əliyev tərəfindən CM-in 314.1-ci maddəsi ilə cinayət işi başlanmışdır; Araşdırma zamanı “Medistyle” Hospitalda həkim uroloq vəzifəsində işləmiş X6 izahatında göstərmişdir ki, xəstə X3 “Medistyle” hospitalda iki dəfə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə Penil protezin implantasiyası cərrahi əməliyyatı həyata keçirilmişdir. Həmin əməliyyatlar Türkiyə Respublikasının vətəndaşı Prof.Dr.Bülent Alıcı tərəfindən həyata keçirilmiş, xəstəlik tarixi Bülent Alıcı tərəfindən öz xətti ilə türk dilində doldurulmuş və imzası ilə təsdiq edilmişdir. O, X3 Türkiyə Respublikası vətəndaşı olan həkim Bülent Alıcı tərəfindən “Medistyle” hospitalında əməliyyat olunmaq istəməsi ilə bağlı hospitalın baş həkimi İmran Ağayevə məlumat vermiş, X17 Respublikası vətəndaşı olan həkim Bülent Alıcının “Medistyle” hospitalda əməliyyat aparması üçün heç bir problem olmadığını, bütün hüquqi məsələləri özünün həll edəcəyini bildirmişdir. Razılıq alındıqdan sonra xx.xx.2018-ci il tarixdə Prof. Dr. Bülent Alıcı Bakı şəhərinə gəlmiş, baş həkim İmran Ağayev onunla görüşmüş, əməliyyat Prof.X26 tərəfindən həyata keçirilmişdir. Pənah Hüseynovun narahatlıqları olduğu üçün təkrarən xx.xx.2018-ci il tarixdə sonuncu Prof.Dr.Bülent Alıcı tərəfindən “Medistyle” hospitalda əməliyyat edilmişdir. Hər iki əməliyyat Medistyle hospitalın baş həkimi İmran Ağayevin icazəsi və məlumatı ilə həmin hospitalda, hospitalın avadanlığından və tibb heyətindən istifadə etməklə həyata keçirilmişdir. X16 Alıcı ilə görüşüb danışdıqda onunla əmək müqaviləsi bağladığını düşünmüşdür; “Əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş”dən görünür ki, X6 ilə Şəxs MMCnin işəgötürən səlahiyyətlərini yerinə yetirən şəxs - X9 arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır; Araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, “Medistyle” hospital 2004-cü ildən 2019-cu ilin yanvar ayına qədər Şəxs MMC-yə məxsus olmuş, işəgötürən qismində MMC-nin direktoru X11 çıxış etmişdir. X21 adlı Türkiyə Respublikası vətəndaşı olan həkim-cərrahın Şəxs MMC ilə hər hansı əmək müqaviləsi olmamışdır. X21 adlı şəxsə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə müvafiq şəhadətnamə verilməsi və Şəxs MMC-də tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Dövlət Miqrasiya Xidmətinə hər hansı bir müraciət edilməsi və iş icazəsi alınması ilə bağlı Şəxs MMC-nin arxivində heç bir sənəd yoxdur; X3 xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli 00779393 nömrəli xəstəlik tarixinin surətindən görünür ki, xəstəlik tarixinin “əməliyyatı apardı” bölməsində “Prof. Dr. Bülent Alıcı”, “Q.Mamedov” adları qeyd edilmiş, həmçinin əməliyyatın gedişatı barədə qeydlər türk dilində aparılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, X18 Nazirliyinə müraciət etməmiş və ona tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə müvafiq şəhadətnamə verilməmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Alıcı Bülentin əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə hər hansı bir müraciəti daxil olmamışdır; Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilat və X2 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X22, ümumilikdə 14 dəfə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə ölkəyə daxil olmuş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ölkəyə daxil olmaqla xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə daxil olmaqla həmin tarixdə çıxmışdır; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov tərəfindən ünvan 2 hüquqi ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində İXM-in 192.1 və 578.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən əmək münasibətlərinə daxil olduğu şəxs əcnəbidir, buna görə də həmin əcnəbi, həmçinin müvafiq qaydada iş icazəsi alınmaqla əmək fəaliyyətinə cəlb edilə bilərdi. Lakin, Şəxs MMC tərəfindən qanunvericiliyin bu tələbi də pozularaq, Türkiyə Respublikasının vətəndaşı Bülent Alıcıya iş icazəsi alınmadan sonuncu əmək fəaliyyətinə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar; 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar; 51.3-cü maddəsinə əsasən iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs MMC tərəfindən əcnəbi olan işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən və müvafiq iş icazəsi alınmadan əmək fəaliyyətinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1 və 578.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1 və 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 192.1 və 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1512/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1512/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver