Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1512/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22.05.2021-cu il tarixdə saat 12:17-də Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X5 ərazidə xidmət aparan zaman yolların tıxacdan tənzimlənməsi məqsədi ilə ona işarə edərək istiqamətini dəyişdirməyə göstəriş vermiş və döndükdən sonra idarə etdiyi JEEP GRAND CHEROKEE minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq ona bildirmişdir ki, guya o, “X4” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. O buna etiraz edərək Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X3 bildirmişdir ki, o, “X4” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır, “tıxac səbəbindən həmin ərazidə xidmət apardığınıza görə tərəfinizdən ona qanuni göstəriş verilməklə istiqamətini dəyişmişdir”. Lakin buna baxmayaraq Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X5: “ona yanlışlıqla göstəriş verdiyini və anlaşılmazlıq olduğunu" bildirərək barəsində qərəzli şəkildə İXP ******* saylı 22.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat (3 bal) məbləğində cərimə olunmuşdur. O ona istinad olunan inzibati xətanı törətməmişdir. O, ərazidə xidmət aparan DYP əməkdaşının qanuni göstərişini yerinə yetirərək onun tərəfindən göstəriş verilməklə istiqamətimi dəyişmişdir. O həmin protokolla razı olmadığından qeyd olunan protokol baxılıb araşdırılması üçün yuxarı inzibati orqana göndərilmiş və iştirakı və xəbəri olmadan barəsində TP ******* saylı, 27.05.2021-cu il tarixli inzibati xəta qında iş üzrə qərar qəbul edilmişdir. Bundan başqa qeyd olunan inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar DYPnin eyni əməkdaşı tərəfindən, yəni X5 tərəfindən baxılmaqla araşdırılmış və barəsində qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, Bakı şəhər DYPİ-in əməkdaşı X5 tərəfindən qəbul edilmiş qərar qanunsuz və formal olduğundan ləğv olunmalı və əməldə inzibati tərkib olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən tərtib edilmiş 22.05.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində 27.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən qəbul edilmiş 27.05.2021ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi Müşayiət-Eskort Bölüyü ypx inspektoru X5 tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1512/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1512/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver