Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1512/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X4 və X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-N 391 nömrəli raportdan görünür ki, 17 aprel 2023-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər xidmətinin operatoru Atayeva tərəfindən Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir ki, bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində “NİSSAN X TRAİL” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin, “KİA RİO” minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı və “NOVO” markalı mopedin toqquşması nəticəsində bədən xəsarəti alan var. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “KİA RİO” minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Koala” parkına müştəri apararkən saatda 20-30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə, Bakıxanov küçəsi istqamətindən Ak.H.Əliyev küçəsi istiqamətinə, 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 3-cü zolağı ilə hərəkət edirmiş. C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl rəngli işığı yanlı olduğuna görə dayanmadan hərəkətini düzünə davam etdirdiyi zaman müştəri sol tərəfə dönməli olduğunu bildirmişdir. Bu zaman avtomobili 3- cü zolaqdan sol tərəfə döndərmiş və 2-ci zolağa çatanda 2-ci zolaqda hərəkətdə olan markasına baxmadığı moped avtomobilinin arxa buferinə dəyib yerə aşmışdır. Toqquşmadan sonra avtomobilini hadisə yerində dayandırıb yenə enmiş və görmüşdür ki, yerə aşmış mopedin yanında “NİSSAN X TRAİL” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobildə dayanıb. Maraqlandıqda bilmişdir ki, moped yerə aşan zaman “NİSSAN X TRAİL” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinə toxunub. Hadisə zamanı mopedin sürücüsü və onun arxa oturacağında əyləşmiş cavan oğlan bədən xəsarətləri alıblar. Toqquşmadan dərhal sonra onlara yaxınlaşan Bakı şəhər DYPİ-nin YPX-i inspektorları mopedin sürücüsünü və sərnişinin bədən xəsarətləri aldıqlarını görüb hadisə yerinə TTYS-nm həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə TTYS-nm həkim briqadası gəlib mopedin sürücüsünü və sərnişinini xəstəxanaya aparmışlar. Daha sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gəlib araşdırmaya başlamışdır. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “NOVO” markalı mopedlə saatda 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə, Bakıxanov küçəsi istqamətindən Ak.H.Əliyev küçəsi istiqamətinə, 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı'ilə hərəkət edirmiş. C.Hacıbəyli küçəsi İlə Vaqif prospektinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl rəngli işığı yanlı olduğuna görə dayanmadan hərəkətini düzünə davam etdirib kəsişməyə çatanda ondan qarşıda sağ zolaqda hərəkətdə olan “KİA RİO” minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən 3-cü zolaqdan sol tərəfə dönmüşdür. Bu səbəbdən mopedinin ön hissəsi “KİA RİO” minik markalı avtomobilin sağ tərəf arxa buferinə dəymiş və mopedlə bərabər yerə yıxılmış və bədən xəsarəti almışdır. Eyni zamanda hadisə zamanı mopedinin arxa oturacağında əyləmiş qohumu X3 da yerə yıxılaraq bədən xəsarəti almışdır. Mopedi yerə aşandan sonra ondan arxada hərəkətdə olan “NİSSAN X TRAİL” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil mopedinin qarşısında dayanmışdır. Hadisədən dərhal sonra onlara yaxınlaşan Bakı şəhər DYPİ-nin YPX-i inspektorları onun və Ə.Şirinovun bədən xəsarətləri aldıqlarını görüb hadisə yerinə TTYS-nm həkim briqadası dəvət etmişlər. Qısa müddət keçmiş hadisə yerinə TTYS-nın həkim briqadası gəlib onları X8 xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər onların bədənlərini müayinə edib ayağında kəsilmiş yaralar olduğunu bildirib tibbi yardımlar göstərib evə göndərmişlər. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, 427 nömrəli rəyindən görünür ki, vət. X2 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ baldırın geniş sahəli əzilmiş yarası və yara ətrafı yumşaq toxumalarının qansızması, sağ aşıq - baldır oynağının şişkinli qançırı, sol diz oynağının, sol baldırın sıyrılmış yaraları, sol əlin 1-ci barmağının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, 423 nömrəli rəyindən görünür ki, vət. X1 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ aşıq - baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması, təpə nahiyəsinin şişkinli hematoması, sağ əlin arxa və ovuc səthlərinin, sağ əlin 2-ci barmağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1512/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1512/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver