Məhkəmə qərarları › İş №3(005)-1513/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1513/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1513/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldaroğlununsədrliyi, X1katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Ağsu rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X3 TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X3 TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanşikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi yolunda idarə etdiyi **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 09: 40 radələrində, qanunu pozub səbəbsiz saxlayaraq Bakı şəhər DYPİ YPX inspektoru polis serjant ƏLİZADƏ TÜRAL İLHAM oğlu tərəfindən barəsində İXP ******* saylı protokol tərtib edilərək yerində TP3841932 saylı qərar qəbul etmişdir. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, həmin protokolun tərtib olunmasına etiraz etsə də, inspektor protokolla bərabər qərar tərtib etmişdir. Qeyd edir ki, o, maddi ehtiyacına görə taksi fəaliyyəti ilə məşğuldur. Son zamanlarda taksi lisenziyaların verilməsində süni çətinliklər yaradılıb. Həmin məmurlar, işlərinin keyfiyyətindən asılı olmayaraq stabil əmək haqqı alıb ailələrini dolandırırlar. O isə hər gün işləyib zəhməti ilə çörək pulu qazanıb ailə üzvlərini dolandırmalıdır. Bunlarla bərabər ipoteka krediti də var. Bundan başqa o, şəxsi ehtiyacları ilə əlaqədar avtomobilindən istifadə edirəm. Polis qayda qanunları pozub qayda pozuntusu olmadan avtomobilini saxlayıb. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərarda qanunsuz qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhər DYPİ tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla bərabər qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 112ci maddəsinə əsasən fövqalədə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq və 28ci maddənin İİİ-cü bəndini rəhbər tutaraq sərbəst şəxsi avtomobilimə minib həmin əraziyə getmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X6 TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisində “MERCEDES BENZ 180” markalı **-UR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarında Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılması qərara alınmışdır. Hazırda “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxxxx 2020-ci il tarixli 310 nömrəli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılmışdır. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qeyd edilən normanın tələbindən göründüyü kimi həmin dövrdə yuxarıda qeyd olunan bir sıra hallar istisna olunmaqla insanların fərdi evlərdən və mənzillərdən çıxışı qeyri-mümkün (qadağan edilmişdir) hesab edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, COVİD 19 ilə bağlı hazırkı vəziyyətlə əlaqədar hər bir şəxs kimi ərizəçi də tibbiprofilaktik qaydalara əməl etməli, evdən yalnız ciddi ehtiyac yarandığı hallarda (təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda və məişət tullantılarının atılması hallarında) çıxmalı olduğu halda bunu etməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi hərəkət rejimi şərtlərinin qoyulması və ləğv edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə "orqanlarının səlahiyyətinə aid edilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən bütün vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Şikayətçi X4 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X4 xx.xx.2020-ci il tarixdə xüsusi rejim şəraitində evindən kənara çıxmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilmiş təxirəsalınmaz halların hansına aid olması, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifəsini icra etməklə əlaqədar olması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X3 TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar