Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1521/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli 29 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, tərtib edilmiş əmək müqaviləsi birtərəfli qaydada imzalandığından əqd hüquqi qüvvə daşımır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsinin tərkibini yaradan konkret əməlinin nədən ibarət olması ümumiyyətlə göstərilməmiş, yəni inzibati xətanın mahiyyəti açıqlanmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda tərtib edilmiş əmək müqaviləsi birtərəfli qaydada imzalandığından əqd hüquqi qüvvə daşımadığı qeyd edilmişdir. Halbuki, İXM-192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Bundan başqa inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. İXM-in: 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 29 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1521/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1521/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver