Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1521/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X3 iştirakları ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyat nişanı **-GL-*** olan BMW X5 markalı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, X14 küçəsindən X13ospektinin köməkçi zolağına (müvafiq protokolda X13. 33 qeyd olunub) tam tıxac vəziyyətində keçid edərkən, soldan Ziya Bünyadov küçəsi ilə sağ zolaqla hərəkət edən DYPİ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X10 tərəfindən saxlanılaraq ona qərəzli şəkildə İXP ******* protokolu (yolayrıcına keçmə qaydalarının pozulması) tərtib edilmişdir. Saxlanılarkən onun bütün qaydalara və ehtiyyat tədbirlərinə əməl etdiyini inspektora bildirmiş və mübahisəli hal yarandığından sübut və əsaslandırma üçün video görüntünün təqdim edilməsini YPX inspektorundan xahiş etmişdir. Lakin o, bunu etməkdən imtina etmiş və qərəzli şəkildə protokol yazmışdır. Təəssüflər olsun ki, qeyd olunmuş protokolla bağlı rəsmi bildiriş və qərar onun ünvanına hələ də çatdırılmayıb. xx.xx.2024 və xx.xx.2024-cii il tarixlərində mobil telefona müvafiq SMS-lər (“Maddə:372.2, 80 AZN 3 bal cərimə edilmişdir”) daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə gələn ikinci mesajdan sonra SMS Radar tətbiqində protokolun artıq qərarlı olmasının şahidi olmuşdur. Növbəti gün xx.xx.2024-cü il tarixdə Baş X12nin rəsmi internet səhifəsinə daxil olaraq, müraciətini/şikayətini göndərmişdir. Müraciət olunan vəzifəli şəxs: Pərvin Səfərəliyev. Bir müddət sonra internet səhifəsində qeyd olunmuş əlaqə nömrəsinə zəng edərək videogörüntüyə baxmaq imkanı və müraciətilə bağlı vəziyyəti öyrənmək istəmişdir. Ona ***-******* telefon nömrəsinə zəng edərək əlavə məlumat ala biləcəyini bildirmişlər. Təəsüflər olsun ki, dəfələrlə zəng etməyinə baxmayaraq, verilən nömrədə dəstəyi qaldıran olmamışdır. Bir həftə sonra, xx.xx.2024-cü il tarixdə eyni ünvana işin araşdırılması və ədalətli qərarın verilməsi ilə bağlı təkrar müraciət göndərmişdir. Müraciətinin cavabsız qaldığını görüb, xx.xx.2024-cü il tarixdə Baş X12 İdarəsinin rəisi Ramiz Zeynalova poçtla yazılı müraciət göndərmişdir. Müraciətdə sözügedən protokola təkrar baxılması və müvafiq protokola dair qərarın surətinin onun ev ünvanına göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Bir həftə sonra BDYP-nin əməkdaşı tərəfindən ona zəng edilmiş və baş vermiş insidentlə bağlı əlavə məlumat istənilmişdir. xx.xx.2024-cü il tarixdə BDYP tərəfindən məktubun araşdırılması haqqında göstərişin surəti ona göndərilmişdir. Daha sonra bir neçə dəfə BDYP-ə zəng etməklə müraciətinə baxılması və ona tətbiq olunmuş protokola dair qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə nəhayət ki, ona email vasitəsilə BDYP-nin cavab məktubu və prokola dair qərarın surəti göndərilmişdir. Məktubda araşdırma zamanı inzibati xətanın aşkar olunması və YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətə yol verilməməsi qeyd olunmuşdur. Ona mübahisə və şübhə doğuran bu insidentlə bağlı nə ilk dəfə saxlanılanda, nə də DYPİ-dən cavab məktubu göndəriləndə səhv və ya düz olduğunu sübuta yetirmək üçün müvafiq video görüntüyə baxmaq imkanı verilməmişdir. Şikayətinə BDYP tərəfindən cavab gözlədiyi halda ona qarşı tətbiq olunmuş 80 AZN cərmənin üzərinə xx.xx.2024-cü il tarixdən etibarən dəbbə pulunun hesablanmasına başlanmışdır. SMS Radar tətbiqində bu gün müvafiq protokol üzrə 80 AZN cərimə və əlavə 6.4 AZN dəbbə pulunun qeyd olunduğunu görmüşdür. Mübahisəli hal ilə bağlı şikayəti olduğu, ona hələki cavabın verilmədiyi təqdirdə dəbbə pulunun yüklənməsini anlaya bilmir. Xüsusilə qeyd edir ki, o, müvafiq protokolun qərarlı sayılması ilə bağlı mesajı qəbul etdiyi ilk gündən (xx.xx.2024-cü il) BDYP-nə müraciətlər göndərmişdir və cavabı ancaq xx.xx.2024-cü il tarixdə email ilə almışdır. Qeydiyyatda olduğu ünvana hələ də poçtla müvafiq sənədlər daxil olmayıb. Tam inanır ki, tıxac vəziyyətində yol kəsişmələrində avtomobillərin hərəkətini sürətləndirmək və sürücülərə kömək etmək əvəzinə YPX əməkdaşının belə qərəzli yanaşması düzgün deyil. O, düşünür ki, X13ospektinin A.M.Cümə küçəsi ilə kəsişən hissəsində X13ospektinin köməkçi yolu ilə hərəkət edən nəqliyyat vasitələri ancaq sol zolaq üzrə hərəkəti düz istiqamətdə davam etdirməlidir və sağ zolaq isə ancaq sağa dönən nəqliyyat vasitələri üçün icazəli olmalıdır. Bu günkü reallığa görə həmin yolda (körpü ilə paralel) nəqliyyat vasitələrinin sağ zolaq ilə düz hərəkət edə bilməsinə məhdudiyyətin olmaması A.M.Cümə küçəsində güclü tıxacın formalaşmasına səbəb olur və X13ospektinin köməkçi yoluna (körpü ilə paralel alt hissəsi) daxil olmağı xeyli çətinləşdirir. Bəzi YPX inspektorları isə belə vəziyyətdən istifadə edərək sürücüləri düz və ya səhv şəkildə cərimələməyə çalışırlar. Bununla da, işdən yorğun çıxan insanların (sükan arxasında əyləşən) vaxt itkisinə, stres yaşamasına və ədalətsiz davranışlara səbəb olurlar. Bakı şəhəri DYPİ YPX-nin inspektoru X5 inzibati xəta haqqında işə baxarkən ona video görüntünü təqdim etməmiş, bildiriş məktubunun çatıb çatmadığını müəyyən etməyərək iştirakı olmadan qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında (327.2 maddəsi, 80 AZN cərimə) qərar qəbul etmişdir. X8 Məcəlləsinin müvafiq maddələrin normalarına riayət etməmiş, həmçinin inzibati xəta haqqında işə baxılarkən təmin olunmalı olan hüquqlarını pozmuşdur. Göründüyü kimi, DYPİ YPX inspektoru X5 həm inzibati xəta haqqında işə baxılarkən, həm də inzibati tənbeh vermə haqqında qərarı göndərilməsində səhvlərə yol verməklə qanunsuz və əsassız qərar qəbul etmişdir və qərar ləğv edilməlidir. Ədalətin bərqərar olması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Bakı şəhəri DYPİ Yol Patrul Xidməti inspektoru X2, barəsində qəbul etdiyi xx.xx.2024 tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Bu halı təsdiq edəcək videogörüntülər də mövcuddur. Bu səbəbdən də şikayət vermiş şəxs barəsində xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Hesab edir ki, şikayət tamamilə əsasızdır. Bu səbəbdən də şikayətin rədd edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD-R formatlı diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:31-də Nərimanov rayonu, X13ospektində X7 idarə etdiyi “BMW X5” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozaraq soldan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1521/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1521/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver