Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1526/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 tərtib edərək məhkəməyə göndərmiş oluduğu xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Nərimanov Rayon İcra Şöbəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/22 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5013/21 saylı, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/21, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu tərəfindən icra məmurlarının qanuni tələbləri yerinə yetirilməmişdir. Bununla da "xxxx" MMC-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nın rəhbəri Şəxs, protokol tərtib etmiş qurumun nümayəndəsinə və tələbkara məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların (məzuniyyət və s) hesablanaraq iddiaçı X2 ödənilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-nın 22 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ləğv olunmuş və iddiaçı X7 əvvəlki vəzifəsinə bərpa edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilmişdir. Cavabdeh "xxxx" MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilməmiş 50 manat dövlət rüsumu iddiaçı X3 xeyrinə ödənilmişdir. Cavabdeh "xxxx" MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumu tutulmuş və Dövlət büdcəsində ödənilməsi qeyd edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı X5 cavabdeh "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair xx.xx.2021-ci il tarixli əmr ləğv edilmiş, İddiaçı X9 "xxxx" MMC-də əvvəlki işinə bərpa edilməsi, Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqısı və məzuniyyət haqqısı hesablanaq ödənilməsi, Mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh "xxxx" MMC-dən iddiaçı X5 xeyrinə tutulması Həmin hissədə iddia qismən təmin edilməsi, İddiaçı X6 cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək əmək haqqı və məzuniyyət haqqı hesablanaraq ödənilməsi qeyd edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx" MMC-nın rəhbəri Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. X1 əldə edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-nin Hüquqşunas kimi fəaliyyət göstərir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nın rəhbəri kimi Şəxs həmin müəssisənin rəhbəri olması və ya həmin müəsisə ilə bağlı hər hansı bir əlaqəsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs "xxxx" MMCnin direktoru olması protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmır və buna görə də Şəxs qeyd edilmiş icra vərəqələrinin icrası ilə bağlı heç bir məsuliyyəti daşımır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs borclu "xxxx" MMC-nın rəhbəri olması öz təsdiqini tapmır və qeyd edilən icra vərəqələri üzrə borcü ödəmək onun öhdəlində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu "xxxx" MMC-nın rəhbəri Şəxs olmaması səbəbilə onun barəsində başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri kimi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Shamsaddin» MMC-nin rəhbəri kimi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1526/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1526/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver