Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1529/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Zərərçəkmiş şəxs X1in iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 07 may 2022-ci il tarixdə, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı N.Rza-zadənin 533 nömrəli rədd materialının qərarına əsasən moped sürücüsü Şəxs YHQ-nı pozaraq sürücü N.Musayevanın idarə etdiyi “Opel” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq maddi zərər yetirib. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Şəxs “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çıxış edən X2 izahatında göstərmişdir ki, “Opel” markalı, **-NC-*** dövlət nömrə nişanlı aavtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20:05-də qeyd olunan avtomobil ilə H.Əliyev prospekti ilə üzü H.Əliyev mərkəzinə doğru orta yol ilə yolun sağdan ikinci zolağı ilə saatda 70 km sürətlə hərəkət edərkən qəflətən yolunun qabağına moped çıxmış və o, qaçıra bilmədiyi üçün moped onun avtomobilinə ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarının tədqiq edilməsi zamanı tərtib edilmiş materialların natamam olması və işə baxılarkən tamamlamaq mümkün olmaması müəyyən edildiyindən inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məqsədəmüvafiqdir. Belə ki, iş üzrə toplanmış materiallar natamam olduğundan əmələ yekun hüquqi qiymət verilməsinə imkan vermir. Məhkəmə qeyd edir ki, təhqiqatçı tərəfindən yol-nəqliyyat hadisəsinin görüntülərinin əldə edilməsi ilə bağlı müvafiq sorğu verilsə də, həmin sorğuya cavab alınmadan, müvafiq görüntülər əldə edilmədən inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, xüsusilə qeyd edir ki, əmlaka vurulmuş zərərin məbləği hazırki iş üzrə mühüm tövsifedici əhəmiyyət kəsb edir. Belə ki, əmələ düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə əmlaka vurulmuş zərərin miqdarı təhqiqat orqanı tərəfindən müəyyən edilməlidir. Çünki, hazırki halda inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas, zərərçəkmiş şəxsə maddi zərər vurulması faktıdır. Belə olan halda, yuxarıda göstərilən xüsusatlar üzrə tam və hərtərəfli araşdırma aparılmasından ötrü zəruri tədbirlər görülməlidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalı və iş üzrə yenidən araşdırma aparılmalıdır. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109.1, 109.1.6 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın və iş üzrə yenidən araşdırma aparılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1529/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1529/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver