Məhkəmə qərarları › İş №3(005)-1533/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1533/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1533/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X4, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 mənzil 37 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon X24 Şöbəsinin müstəntiqi X8 xx xxxx 2020-ci il tarixli qərarı ilə X16 və X6 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs İXM-in 510-cu maddəsi ilə, X14 və X5 İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra edilməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X11 tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Keşlə yük həyəti küçəsində qonşusu X29 ilə aralarında yaranmış mübahisə zəminində ona qarşı xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X11 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə X16 Nərimanov RPİ-nin 17-ci PŞ-yə müraciəti əsasında qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə müstəntiq X8 icraatına daxil olmuşdur. Şikayət əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, qardaşı Vüqarla birlikdə plastik materialların alış-satışı ilə məşğuldur. Son zamanlar karantin ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində bu işlə məşğuldurlar. X29 qonşusudur və Oruc səbəbsiz yerə məhəllədə belə münaqişələr yaradır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandırarkən Oruc gəlib onlara irad bildirmiş, onunla Orucun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Oruc onların üzərinə gələrkən qardaşı İlqar Orucu itələmiş, hadisə yerinə Orucun anası gəlmiş və anasından Orucu aparmasını xahiş etmişdir. Bu zaman Oruc anası Dilarə ilə mübahisə etmiş və bir-birlərini itələmişdir. Anası Dilarənin “əlini çək” deməsini eşitmişlər. İlqar həmin yerə yaxınlaşarkən anası və Orucun bir-birini yenidən itələməsini görmüş və İlqar Orucu tutaraq itələmişdir. Həmin an heç bir xəsarət almamış, Orucu vurmamışdır, çünki həmin vaxt mübahisənin böyüməməsi üçün kənarda dayanmış, heç bir müdaxiləsi olmamışdır. Onun tərəfindən ictimai qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verilməmişdir. Buna görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X29 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı Nərimanov rayonu, Keşlə yük stansiyası ev 37 ünvanında olarkən qonşunun elektrik naqilləri yandırması zamanı yaranan qoxu və tüstüdən narahat olmuş və buna görə onlara irad bildirmişdir. Qonşusu Dilarə və onun oğulları Vüqar və İlqarla aralarında bu əsasda münaqişə baş vermiş, bir-birlərini təhqir etmişlər. Bundan sonra Hüseynov İlqar onun boğazından tutaraq orada olan dəmirə sıxıb ayaqlarına vurmuş, qardaşı Vüqar isə 1-2 dəfə yumruqla baş nahiyyəsinə vurmuşdur. Zərbələr nəticəsində X29 yerə yıxılmış, bundan sonra Vüqar və İlqarın anası Dilarə onun üzərinə hücum edərək onun sol üz və boyun nahiyyəsini dirnaqları ilə cıraraq xəsarət yetirmişdir. Daha sonra Vüqar onu nalayiq sözlə təhqir etmişdir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 Vüqar Fəxrəddin oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd ediləndərə əsasən Şəxs barəsində başlanmış İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Bakı şəhəri Nərimanov rayon X24 Şöbəsində X16 müraciəti əsasında toplanmış RM- 627 nömrəli rədd materialından müəyyən olunur ki: xx.xx.2020-ci il tarixdə X16 Nərimanov RPİ-nin 17-ci PŞ-yə müraciəti əsasında qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə müstəntiq X8 icraatına daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə X29 DİN-nin “102” Xidmətinə müraciət edərək Nərimanov rayonu Ə.Qayıbov küçəsində Dilarə adlı qadının naqilləri yandırması səbəbindən irad bildirdiyini, Fərid, Vüqar, İlqar adlı şəxslər tərəfindən döyülməsini bildirmişdir; Araşdırma zamanı izahatı alınmış X25 bildirmişdir k xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində qardaşı Oruc və qonşular Dilarə, İlqar və Vüqarla olan davadalaşda orada olmayıb, hadisə yerinə gəldikdə dava-dalaş bitmişdir, yalnız onların qardaşı Orucu təhqir etmələrini görmüşdür. Bundan əlavə sonradan Dilarənin qardaşı Orucu vurmasını, onun köynəyini cırmasını, üzünə əl atıb dırnağı ilə üzünə xəsarət yetirməsini görmüşdür; Araşdırma zamanı izahatı alınmış X14 bildirmişdir ki, X29 onunla qonşuluqda yaşayır, səbəbsiz yerə qonşularla mübahisələr edir. Oğulları İlqar və Vüqar plastik materialların alış-satışı ilə məşğuldurlar. Son zamanlar karantin rejimi ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində həmin işlə məşğul olurlar. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandıran zaman Oruc gəlib bu barədə irad bildirib onu təhqir etmiş, təhqirlərə cavab verdikdə isə Oruc əsəbləşərək əli ilə saçından tutaraq yolmağa başlamış və təhqirlərinə davam etmişdir. Bu zaman Orucun əlindən qurtulmaq üçün əli ilə Orucu itələmişdir. Bundan sonra oğlu İlqar onlara yaxınlaşaraq Orucu tutub itələmiş və anasını nə üçün söydüyünü soruşmuşdur. Bundan sonra Orucun anası və qardaşı gələrək onları ayırmışdır. Həmin an heç bir xəsarət almamışdır. Orucu vurmamış və döyməmişdir; Araşdırma zamanı izahatı alınmış X12 bildirmişdir ki, qardaşı Vüqarla birlikdə plastik materialların alış-satışı ilə məşğuldur, son zamanlar karantin rejimi ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində bu işlə məşğuldurlar, X29 qonşusudur və Oruc səbəbsiz yerə məhəllədə belə münaqişələr yaradır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandırarkən Oruc gəlib onlara irad bildirmiş, qardaşı Vüqar ilə Orucun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Oruc onların üzərinə gələrkən Orucu itələmiş, hadisə yerinə Orucun anası gəlmiş və anasından Orucu aparmasını xahiş etmişdir. Bu zaman Oruc anası Dilarə ilə mübahisə etmiş və birbirilərini itələmişdir. Anası Dilarənin “əlini çək” deməsini eşitmiş, onlara yaxınlaşarkən anası və Orucun bir-birini yenidən itələməsini görmüş və özü Orucu tutaraq itələmişdir. O, Orucu vurmamış, ona heç bir xəsarət yetirməmişdir, sadəcə itələmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X31təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 399 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, X16 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı, sol yanağın və boyunun sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir; Araşdırma zamanı izahatı alınmış X13 bildirmişdir ki, hal- hazırda Nərimanov rayonu, Keşlə yük stansiyası 31D ünvanında ailəsi ilə birlikdə yaşayır. X29 və X14 onun qonşularıdır, onlarla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olarkən həyətdən səs-küy eşitmiş və küçəyə çıxdıqda qonşu Oruc və Dilarənin oğlu İlqar və Vüqarla mübahisə etdiyini görmüş, mübahisəyə səbəb isə İlqar və Vüqarın həyətdə tonqal qalaması olmuşdur. Hadisə zamanı İlqar və Vüqar tonqalı söndürməyə çalışmış, Oruc isə onlarla mübahisə edirdi. Həmin vaxt Dilarə Oruca yaxınlaşmış, ondan uzaqlaşmasını istəmiş, bu zaman aralarında qarşılıqlı mübahisə baş vermiş, Oruc Dilarənin saçından tutmuş, Dilarə isə əli ilə ondan xilas olmağa çalışmışdır. Bu zaman İlqar onlara yaxınlaşaraq Orucu itələmişdir. Mübahisə yekunlaşmış və hər kəs evinə getmişdir. Ümumilikdə isə Vüqar Oruca yaxın getməmiş, onu vurmamışdır; Araşdırma zamanı izahatı alınmış X17 bildirmişdir ki, 1 ildən çox müddətdə Dilarə adlı qadının evində kirayə yaşamış, hal-hazırda orada yaşamır. Dilarə və X21 tanıyır, hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində evdə olarkən küçədən səs-küy eşitmiş və içəriyə çıxdıqda Orucun İlqar və Vüqarla mübahisə etdiyini görmüşdür. Mübahisəyə səbəb isə İlqar və Vüqarın həyətdə tonqal qalaması olmuşdur. Hadisə zamanı İlqar və Vüqar tonqalı söndürməyə çalışmış, Oruc isə onlarla mübahisə edirdi. Hadisə zamanı Hüseynova Dilarənin də onlara yaxınlaşmasını gördükdə özü onlara yaxınlaşmış və mübahisəni sonlandırmalarını xahiş etmişdir. Çünki səs-küy olmuş və düşünmüşdür ki, mübahisə böyüdükdə hansısa tərəf küçə sözlərindən istifadə edə bilər. Onlara irad bildirən zaman Oruc kimi tanıdığı şəxs “sən kənarda dur bizim məsələmizdir” demişdir. Orada dava-dalaş görməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X31təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 15/399 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, X16 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı, sol yanağın və boyunun sıyrıqları küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı bir zərbə təsirindən əmələ gəldiyi üçün üçün sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər- sol yanağın və boyunun sıyrıqları isə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir; “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitan X18 icraatında olan HK-1/1329 saylı toplanmış material ilə əlaqədar X29 tərəfindən təqdim edilmiş diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otağında personal kompyuter vasitəsi ilə baxış keçirmişdir. Baxış zamanı X16 mobil telefon vasitəsi ilə qeydə aldığı kadrdan görünür ki, videogörüntü gecə saatlarında havanın qaranlıq vaxtında qeydə alınmış, videogörüntünü qeydə alan X22r, videogörüntüdə olan şəxslər isə X12 və qardaşı Şəxsdur. Videogörüntü 1 dəqiqə 36 saniyədir. Videogörüntüdə Şəmmədov Namik oğlu çəkiliş edərək yanğın olan hissəyə yaxınlaşır. Həmin yanğın olan hissədə X12 və Şəxs var və onlar özləri X23 yaxınlaşırlar. Aralarında baş vermiş dialoq aşağıdakı kimidir: -kənar şəxs- Gəlirik -X29- qonşu axşamınız xeyir, dayan bir dəqiqə soruşaq,soruşaq, burda axşamınız xeyir -Şəxs-axşamınız xeyir -X29- niyə yandırırsız, dedik axı yandırmayın -Şəxs- sən tərəfə vurur bu? X29- necə? -Şəxs- sən tərəfə vurur bu? -X29- əlbətdə ki, narahat edirsiz. -Şəxs- sən tərəfə vurmur bu. -X29- qardaş sənə mən yandırma dedim, xahiş elədim? -Şəxs- Sən kimsən? Birincisi sən tərəfə vurmur, görünürsən ki vurmur, bu tüstü o tərəfə vurur. -X12- bircə saniyə bircə saniyə X29- bu yanğındı, Sən burda kabel yandırırsan. -X12- bir dəqiqə dayan söz deyirəm, mənə bax. -X29- qulaq as sən uje hörmətsizlik eliyisən. -X12-qoy çəksin (Şəxs baxaraq deyir) -X29- dəfələrlə mən sizdən xahiş eləmişəm, yalvarmışam da ki, bu kabeli yandırmayın qardaş, burda millət yaşayır,( X2 yandırır, qardaşı Vüqar mobil telefona baxır) 20 ildir mən burda yaşayıram, sizdə mənim qonşumsuz, siz yenə ona baxmayaraq yenə yandırırsız, burda qara tüstünü boğursuz bizi,( Şəxs telefonla çəkiliş edir) niyə yandırırsan qardaşım, məqsədin nədi ki, sənin məqsədin nədiki, sənin məqsədin nədidə sənin yoxe məqsədin nədi ki, sənin lotusan yandırırsan? (X1 Oruc Namik oğluna yaxınlaşır) -X12- Oruc, oruc -X29- yoxe qulaq as. -X12- Gör nə deyirəm.(Şəmmədov O.N-nın qolundan tutur) -X29- yoxe əlini çək. -Şəxs- onu söndür kişi kimi söhbət edək. -X29- mən sənlə kişi kimi söhbət eləmişəm, sən ona layq olmadın. -Şəxs- sən kişi kimi deyilsən, sən nakişisən fso, söndür onu, eşidirsən? Söhbət eliyərik.( hadisə yerindən uzaqlaşır) -X29- niyə yandırırsız? Görürsən təhqir eliyir? (X7 bildirir) -X12- onu yığışdır. -X29- yox yox. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X8 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, X16 və X6 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs xx xxxx 2020-ci il tarixdə Keşlə yük həyəti küçəsində qonşusu X29 ilə aralarında yaranmış mübahisə zamanı ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Keşlə yük həyəti küçəsində ictimai qaydanı pozan hərəkətlər etməsinə dair hər hansı bir sübut məhkəmə iclasında təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən ictimai qaydanın pozulması göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin Şəxs zərərçəkmişi təhqir etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmadı. Belə ki, hadisə yerinin görüntülərini əks etdirən diskə baxış zamanı da Şəxs hər hansı nalayiq ifadə işlətməsi müəyyən olunmadı. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərarın məzmununa görə araşdırma zamanı X16 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində əsaslı şübhələr olsa da, təqsirliliyini sübuta yetirmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində X21 təhqir etməsi səbəbindən İXM-in 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi nəticəsinə gəlinmişdir. Göstərilən qərarda Şəxs X21 təhqir etməsi səbəbindən inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilsə də, məhkəmə iclasında qeyd edilən hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi onun üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında o, İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə günü Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X20 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar