Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1534/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X14, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 mənzil 37 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon X20 Şöbəsinin müstəntiqi X5 xx xxxx 2020-ci il tarixli qərarı ilə X14 və Şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, X3 İXM-in 510-cu maddəsi ilə, X7 və Şəxs İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra edilməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X8 tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə mübahisə zəminində X17 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X8 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə X14 Nərimanov RPİ-nin 17-ci PŞ yə müraciəti əsasında qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə müstəntiq X5 icraatına daxil olmuşdur. Şikayət əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, X26 onunla qonşuluqda yaşayır, səbəbsiz yerə qonşularla mübahisələr edir. Oğulları İlqar və Vüqar plastik materialların alış-satışı ilə məşğuldurlar. Son zamanlar karantin rejimi ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində həmin işlə məşğul olurlar. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandıran zaman Oruc gəlib bu barədə irad bildirib onu təhqir etmiş, təhqirlərə cavab verdikdə isə Oruc əsəbləşərək əli ilə saçından tutaraq yolmağa başlamış və təhqirlərinə davam etmişdir. Bu zaman Orucun əlindən qurtulmaq üçün əli ilə Orucu itələmişdir. Bundan sonra oğlu İlqar onlara yaxınlaşaraq Orucu tutub itələmiş və anasını nə üçün söydüyünü soruşmuşdur. Bundan sonra Orucun anası və qardaşı gələrək onları ayırmışdır. Həmin an heç bir xəsarət almamışdır. Orucu vurmamış və döyməmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X26 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 21:30 radələrində yaşadığı Nərimanov rayonu, Keşlə yük stansiyası ev 37 ünvanında olarkən qonşunun elektrik naqilləri yandırması zamanı yaranan qoxu və tüstüdən narahat olmuş və buna görə onlara irad bildirmişdir. Qonşusu Dilarə və onun oğulları Vüqar və İlqarla aralarında bu əsasda münaqişə baş vermiş, bir-birlərini təhqir etmişlər. Bundan sonra Hüseynov İlqar onun boğazından tutaraq orada olan dəmirə sıxıb ayaqlarına vurmuş, qardaşı Vüqar isə 1-2 dəfə yumruqla onun baş nahiyəsinə vurmuşdur. Zərbələr nəticəsində X26 yerə yıxılmış, bundan sonra Vüqar və İlqarın anası Dilarə onun üzərinə hücum edərək onun sol üz və boyun nahiyəsini dirnaqları ilə cıraraq ona xəsarət yetirmişdir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1 Dilarə Heydər qızının əməlində inzibati xəta tərkibi olmadığı üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd ediləndərə əsasən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon X20 Şöbəsində X14 müraciəti əsasında toplanmış RM-627 nömrəli rədd materialından müəyyən olunur ki: xx.xx.2020-ci il tarixdə X14 Nərimanov RPİ-nin 17-ci PŞ-yə müraciəti əsasında qəbul edilmiş materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə müstəntiq X5 icraatına daxil olmuşdur; xx.xx.2020-ci il tarixdə X26 DİN-nin “102” Xidmətinə müraciət edərək Nərimanov rayonu Ə.Qayıbov küçəsində Dilarə adlı qadının naqilləri yandırması səbəbindən irad bildirdiyini, daha sonra Fərid, Vüqar, İlqar adlı şəxslər tərəfindən döyülməsini bildirmişdir; Araşdırma zamanı izahatı alınmış X21 bildirmişdir k xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində qardaşı Oruc və qonşular Dilarə, İlqar və Vüqarla olan davadalaşda orada olmayıb, hadisə yerinə gəldikdə dava-dalaş bitmişdir, yalnız onların qardaşı Orucu təhqir etmələrini görmüşdür. Bundan əlavə sonradan Dilarənin qardaşı Orucu vurmasını, onun köynəyini cırmasını, üzünə əl atıb dırnağı ilə üzünə xəsarət yetirməsini görmüşdür; Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, qardaşı Vüqarla birlikdə plastik materialların alış-satışı ilə məşğuldur. Son zamanlar karantin rejimi ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində bu işlə məşğuldurlar. X26 qonşusudur və Oruc səbəbsiz yerə məhəllədə belə münaqişələr yaradır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandırarkən Oruc gəlib onlara irad bildirmiş, qardaşı Vüqar ilə Orucun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Oruc onların üzərinə gələrkən Orucu itələmiş, hadisə yerinə Orucun anası gəlmiş və anasından Orucu aparmasını xahiş etmişdir. Bu zaman Oruc anası Dilarə ilə mübahisə etmiş və birbirlərini itələmişdir. Anası Dilarənin “əlini çək” deməsini eşitmiş, onlara yaxınlaşarkən anası və Orucun bir-birini yenidən itələməsini görmüş və özü Orucu tutaraq itələmişdir. O, Orucu vurmamış, ona heç bir xəsarət yetirməmişdir, sadəcə onu itələmişdir; Araşdırma zamanı izahatı alınmış X9 bildirmişdir ki, qardaşı İlqarla birlikdə plastik materialların alış-satışı ilə məşğuldur, son zamanlar karantin ilə əlaqədar olaraq işsiz olduqları üçün öz məhəllələrində bu işlə məşğuldurlar. X26 qonşusudur və Oruc səbəbsiz yerə məhəllədə belə münaqişələr yaradır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evin qarşısında zibilləri yandırarkən Oruc gəlib onlara irad bildirmiş, onunla Orucun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Oruc onların üzərinə gələrkən qardaşı İlqar Orucu itələmiş, hadisə yerinə Orucun anası gəlmiş və anasından Orucu aparmasını xahiş etmişdir. Bu zaman Oruc anası Dilarə ilə mübahisə etmiş və birbirilərini itələmişdir. Anası Dilarənin “əlini çək” deməsini eşitmişlər. İlqar həmin yerə yaxınlaşarkən anası və Orucun bir-birini yenidən itələməsini görmüş və İlqar Orucu tutaraq itələmişdir. Həmin an heç bir xəsarət almamış, Orucu vurmamışdır, çünki həmin vaxt mübahisənin böyüməməsi üçün kənarda dayanmış, heç bir müdaxiləsi olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 399 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, X14 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı, sol yanağın və boyunun sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir; Araşdırma zamanı izahatı alınmış X10 bildirmişdir ki, hal- hazırda Nərimanov rayonu, Keşlə yük stansiyası 31D ünvanında ailəsi ilə birlikdə yaşayır. X26 və Şəxs onun qonşularıdır, onlarla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olarkən həyətdən səs-küy eşitmiş və küçəyə çıxdıqda qonşu Oruc və Dilarənin oğlu İlqar və Vüqarla mübahisə etdiyini görmüş, mübahisəyə səbəb isə İlqar və Vüqarın həyətdə tonqal qalaması olmuşdur. Hadisə zamanı İlqar və Vüqar tonqalı söndürməyə çalışmış, Oruc isə onlarla mübahisə edirdi. Həmin vaxt Dilarə Oruca yaxınlaşmış, ondan uzaqlaşmasını istəmiş, bu zaman aralarında qarşılıqlı mübahisə baş vermiş, Oruc Dilarənin saçından tutmuş, Dilarə isə əli ilə ondan xilas olmağa çalışmışdır. Bu zaman İlqar onlara yaxınlaşaraq Orucu itələmişdir. Mübahisə yekunlaşmış və hər kəs evinə getmişdir. Ümumilikdə isə Vüqar Oruca yaxın getməmiş, onu vurmamışdır; Araşdırma zamanı izahatı alınmış X15 bildirmişdir ki, 1 ildən çox müddətdə Dilarə adlı qadının evində kirayə yaşamış, hal-hazırda orada yaşamır. Dilarə və X17 tanıyır, hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində evdə olarkən küçədən səs-küy eşitmiş və içəriyə çıxdıqda Orucun İlqar və Vüqarla mübahisə etdiyini görmüşdür. Mübahisəyə səbəb isə İlqar və Vüqarın həyətdə tonqal qalaması olmuşdur. Hadisə zamanı İlqar və Vüqar tonqalı söndürməyə çalışmış, Oruc isə onlarla mübahisə edirdi. Hadisə zamanı Şəxs də onlara yaxınlaşmasını gördükdə özü onlara yaxınlaşmış və mübahisəni sonlandırmalarını xahiş etmişdir. Çünki səs-küy olmuş və düşünmüşdür ki, mübahisə böyüdükdə hansısa tərəf küçə sözlərindən istifadə edə bilər. Onlara irad bildirən zaman Oruc kimi tanıdığı şəxs “sən kənarda dur bizim məsələmizdir” demişdir. Orada dava-dalaş görməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 15/399 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, X14 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı, sol yanağın və boyunun sıyrıqları küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə - baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının qançırı bir zərbə təsirindən əmələ gəldiyi üçün üçün sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər- sol yanağın və boyunun sıyrıqları isə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir; Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, X14 və Şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərarın məzmunundan göründüyü kimi, X16 və X4 əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin X3 X17 təhqir etməsi səbəbindən İXM-in 510-cu maddəsi ilə, X11 və X4 isə X17 döyərək sonuncuya sol yanağın və boyunun sıyrıqları həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildiyindən hər ikisinin əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan həmin maddələrlə məsuliyyətə cəlb edilməsi nəticəsinə gəlinmişdir. Material üzrə iki dəfə keçirilmiş məhkəmə-tibbi ekspertiza rəylərindən aydın olur ki, X19 yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Həmin xəsarətə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulur. Belə ki, həmin maddənin tələbinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi məsələsinə və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərara hüquqi qiymət vermədən qeyd edir ki, istintaq orqanı baş vermiş hadisə nəticəsində X19 yüngül bədən xəsarəti yetirilməsinə görə X4 və Şəxs əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlmiş, yəni dolayısı yolla hesab etmişdir ki, həmin xəsarətlər sonuncular tərəfindən yetirilməmişdir. Eyni zamanda belə bir nəticəyə gəlməklə yanaşı, istintaq orqanı məhz baş vermiş həmin hadisə nəticəsində zərərçəkmiş şəxsə yetirilən digər dərəcəsi təyin olunmayan xəsarətlərə görə isə Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, X19 yetirilmiş yüngül bədən xəsarətinə görə Şəxs əməlində cinayət tərkibi olmadığı barədə qüvvədə olan istintaq orqanının qərarı mövcuddur, yəni istintaq orqanı Şəxs təqsirli olmadığı, yəni xəsarətin onun tərəfindən yetirilməməsi nəticəsinə gəlmişdir, bu halda isə baş vermiş hadisədə ümumiyyətlə inzibati xəta hadisəsinin mövcudluğu istisna olunur. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X18 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1534/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1534/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver