Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1535/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 492.1-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş 00200-02557/24 nömrəli, 15 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Tovuz Gömrük İdarəsi “Sadıxlı” Gömrük Postunun X1, Şəxs MMC-in nümayəndəsi X5 (AA2507925) və sürücü X2 (AA1870417) iştirakı ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Şəxs MMC-in ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı, sürücü X2 idarə etdiyi yük nəqiliyyat vasitəsinin yük yerinə baxış keçirilmişdir. Baxış zamanı yük yerinin plombsuz olduğu aşkar edilmiş, nəqliyyat vasitəsində olan yüklər sayılmış, eyniləşdirilmiş və məlum olmuşdur ki, yük yerində olan mallarla **********5942 sorğu nöməli bəyannamə və ona əlavə edilmiş “packing list” sənədində göstərilən yüklər eynilik təşkil edir. Qeyd olunan faktla bağlı Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində xx.xx.2024-cü il tarixdə, 00200-02557/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə müraciət olunmuş və MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı, X5 izahatında nümayəndəsi olduğu şirkətin ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yük yerində olan plombu qırdığını etiraf etmişdir. Beləliklə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı, X5 çalışdığı şirkətin ünvanına yük gətirən nəqliyyat vasitəsinin yük yerindəki plombu qırmaqla İnzibati Xətallar Məcəlləsinin 492.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz gömrük postundan daxil olmuş 3-33-2000/012/001226 saylı xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, raportda qeyd edilən Tovuz Gömrük İdarəsi “Sadıxlı” Gömrük Postunun X1, Şəxs MMC-in nümayəndəsi X5 (AA2507925) və sürücü X2 (AA1870417) iştirakı ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Şəxs MMC-in ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı, sürücü X2 idarə etdiyi yük nəqiliyyat vasitəsinin yük yerinə baxış keçirilmişdir. Baxış zamanı yük yerinin plombsuz olduğu aşkar edilmiş, nəqliyyat vasitəsində olan yüklər sayılmış, eyniləşdirilmiş və məlum olmuşdur ki, yük yerində olan mallarla **********5942 sorğu nöməli bəyannamə və ona əlavə edilmiş “packing list” sənədində göstərilən yüklər eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Tovuz Gömrük İdarəsi “Sadıxlı” Gömrük Postunun X1, Şəxs MMC-in nümayəndəsi X5 (AA2507925) və sürücü X2 (AA1870417) iştirakı ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Şəxs MMC-in ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı, sürücü X2 idarə etdiyi yük nəqiliyyat vasitəsinin yük yerinə baxış keçirilmişdir. Baxış zamanı yük yerinin plombsuz olduğu aşkar edilmiş, nəqliyyat vasitəsində olan yüklər sayılmış, eyniləşdirilmiş və məlum olmuşdur ki, yük yerində olan mallarla **********5942 sorğu nöməli bəyannamə və ona əlavə edilmiş “packing list” sənədində göstərilən yüklər eynilik təşkil edir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə müraciət olunmuş və MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı, X5 izahatında nümayəndəsi olduğu şirkətin ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı yük nəqiliyyat vasitəsinin yük yerində olan plombu qırdığını etiraf etmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən şirkətin ünvanına yük gətirən MAN markalı, 60CB299/60ZA299 dövlət nömrə nişanlı yük nəqiliyyat vasitəsinin yük yerində olan plombu qırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Şəxs MMC həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs MMC İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1535/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1535/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver