Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1541/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X17, Zərərçəkmiş şəxs (Tələbkar) X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X21 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-4935/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-1664/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-3140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs tərəfindən icra edilməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/2018-008 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq borclu X1 hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalı və əlavə olaraq 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödəniməlidir. İcra sənədi xx.xx.2018-ci tarixdə şöbənin icratına daxil olmuş həmin tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1664/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X9 ödənilməlidir. Borclu Şəxs 76,04 (yetmiş altı manat dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi xx.xx.2024cü tarixdə şöbənin icratına daxil olmuş həmin tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X9 ödənilməlidir. İlkin mediasiya sessiyasında iştirakı üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı X8 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü tarixdə şöbənin icratına daxil olmuş həmin tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti tələkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərilmişdir. Borclu barəsində xx.xx.2019-cu il tarixdə MN ******* saylı, xx.xx.2022-ci il tarixdə MN ******* saylı, xx.xx.2023-cü il tarixdə MN1059240 saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokollar təmin edilmişdir. Borclu Şəxs məxsus "Nissan Teana minik" markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-284/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X10 xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclunun hazırda aliment borcunun təxminən 7000 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X21 protokola uyğun izahat verərək, müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmır, borcunun bir qismini qaytarmış, hal-hazırda 5000 manat məbləğində borcu vardır. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirmişdir ki, Şəxs tərəfindən ödənilməmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4935/2018-008 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq borclu X1 hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, borclu Şəxs xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X9 ödənilməlidir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/2018-008 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3140/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1664/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir Məhkəmədə tədqiq edilmiş müxtəlif tarixli və məbləğli ödəniş qəbzlərindən görünür ki, Şəxs icra sənədi üzrə yaranmış öhdəlikləri üzrə müvafiq ödənişlər ödəmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir və borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1541/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1541/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver