Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1546/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5748/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs QSC-nin barəsində İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə dəftərxanası vasitəsi ilə icra məmuru X2 tərəfindən təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin rəisi Zaur Abdullayev tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli, 7262-250005/22-15-12 nömrəli məktubu təqdim etmiş və məktubda qeyd olunmuşdur ki, sözügedən inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edildikdən sonra Şəxs QSC-nin rəhbəri X3 tərəfindən tələbkar X1 işə bərpa olunması barədə əmr Şöbəyə təqdim olunmuşdur. Bununla da inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola baxılmasına zərurət qalmamışdır. Protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli, 7262-250005/22-15-12 nömrəli məktubundan görünür ki, Şəxs MMC barəsində MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1546/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1546/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver