Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1551/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X2 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X4 Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR X1 Bakı Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə X5 AR İXM-in 220.1 və 444.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və barəsində 900 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Səlahiyyətli orqan hesab etmişdir ki, X3 direktoru olduğu "xxxx" MMC-yə məxsus Sushi Master ictimai iaşə müəssisəsində mətbəxdə trapın olmaması, SQ-nın yuma sahəsinə açılması, havalandırma sisteminin olmaması, quru xammalların və sousların 18 dərəcədə və 20 dərəcədə, sousun istifadə edildikdən sonra 5 dərəcədə deyil, 26-27 dərəcədə saxlanması ilə inzibati xətalar törədilmişdir. X1 Bakı Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edirlər. Belə ki, inzibati orqan İXM-in müvafiq maddələrinin mətninə formal olaraq yanaşmış və nəticədə düzgün nəticəyə gəlməmişdir. Hesab edirlər ki, qərarda qeyd olunan hallar düzgün təsvir edilməmiş və real vəziyyət heç bir halda İXM-in müvafiq maddələrinin pozulması ilə nəticələnməmişdir. Həmçinin, hesab edirlər ki, ümumiyyətlə İXM-in 444.1-ci maddəsi ictimai iaşə müəssələrinə tətbiq edilə bilməz. Belə ki, maddənin mətninə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Maddənin mətnindən aydın olur ki, burada söhbət saxlanılan malın satışı ilə məşğul olan müəssisələrdən, yəni - marketlərdən gedir. Sushi Master restoranı isə mal satışı ilə məşğul olan müəssisə deyil. Bununla da inzibati xəta tərkibinin olmasını istisna edən hallar və sübutlar tam və obyektiv olaraq araşdırılmamışdır. Bu da öz növbəsində AR İXMin tələblərinə ziddir. Qeyd edilən hallara və normalara əsasən hesab edirlər ki, X3 hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Sushi Master” ictimai iaşə müəssisəsində mətbəxdə trapın olmaması, SQ-nın yuma sahəsinə açılması, havalandırma sisteminin olmaması, quru xammalların və sousların 18 dərəcədə və 20 dərəcədə, sousun istifadə edildikdən sonra ağzı açıldıqda 5 dərəcədə deyil, 26-27 dərəcədə saxlanması ilə bağlı tələblərə əməl edilməmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 220.1 və 444.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 900 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə "xxxx" MMC-yə məxsus “Sushi Master” ictimai iaşə müəssisəsində inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 220.1 və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1551/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1551/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver