Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1552/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin İŞ-nin baş təhqiqatçısı X5 xx xxxxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Opel Astra” minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 20-30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, adı olmayan ara küçə ilə, H.Əliyev prospekti istiqamətindən X.R.Ulutürk küçəsi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əməl etməmiş, yəni düzgün manevr etməyərək təhlükəli vəziyyət yaradaraq X.R.Ulutürk küçəsinə daxil olan “Peugeot Partner” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda yol vermədən qarşısına çıxaraq avtomobilin sol yan tərəfi “Peugeot Partner” minik markalı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində yol nəqliyyat hadisəsində iştirak edən avtomobillərə maddi ziyan dəymiş, “Peugeot Partner” minik markalı avtomobilin sürücüsü X6 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Peugeot Partner” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ilə, M.Nərimanov küçəsi istiqamətindən Z.Bünyadov prospekti istiqamətinə hərəkət edərkən adını bilmədiyi ara küçədən X.R.Ulutürk küçəsinə daxil olan “Opel Astra” minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol verməli olduğu halda yol vermədən qarşısına çıxması səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi qarşı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı bədənin müxtəlif nahiyələrindən və baş nahiyəsindən xəsarətlər almışdır. Şəxs şikayətçidir və ona maddənin sanksiyasında nəzərdə tutulan ağır tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixdə, saat 17:50-də Bakı şəhəri, BDYP-nin Növbətçi hissəsindən Nərimanov RPİ-nin növbətçi hissəsinə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində toqquşma yol-nəqliyyat hadisəsi baş verməsi və nəticədə bədən xəsarəti alan olması barədə məlumat verilmişdir. Həmin günü saat 20:30-da 1 saylı TTYS-dan Nərimanov RPİ-nin növbətçi hissəsinə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsində baş vermiş toqquşma yol-nəqliyyat hadisəsi nəticəsində X2 bədən xəsarəti alaraq onlara müraciət etməsi barədə məlumat verilmişdir. Qeyd olunan məlumat xarakterli raport həmin günü HK-1/361 sıra sayı altında qeydə alınaraq araşdırma aparılması baş təhqiqatçı Rafiq Ağaliyevə həvalə edilmişdir; 2/7139 nömrəli, xx xxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 5 saylı Asan Xidmət mərkəzi tərəfindən verilmiş AF 038879 nömrəli xx xxxx 2020-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 123186 nömrəli xx xxxxxx 2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r; “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 “Opel Astra” minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair idarə etmək səlahiyyətini xx xxxx 2029-cu il tarixədək Şəxs etibar etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli, 363 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətləri-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin və sağ dirsək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ dirsək nahiyəsinin və sağ bazunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs qeyd etmişdir ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 17:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Opel Astra” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 20-30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, adı olmayan ara küçə ilə, H.Əliyev prospekti istiqamətindən X.R.Ulutürk küçəsi istiqamətinə hərəkət edib, ara küçə ilə X.R.Ulutürk küçəsinin kəsişməsinə çatanda sağ tərəfə dönmə işığını yandırmış və qarşısında yol verin nişanı olduğunu görüb, X.R.Ulutürk küçəsində hərəkətdə olan avtomobillərə yol vermək məqsədi ilə sol tərəfə baxdıqda təxminən 200 metrdən çox məsafədə avtomobilin gəldiyini görmüşdür. Lakin həmin yolda sürət həddinin 60 km saat olduğunu bildiyi üçün məsafəni və sürəti nəzərə alıb sağ istiqamətdə hərəkətə başlayıb təxminən 10-15 metr hərəkət etdikdən sonra geriyə qayıtmalı olduğu üçün sol tərəf dönmə işığını yandırıb sol tərəfə dönməyə başlayıb hərəkətini davam etdirib 3-cü zolaqdan neytral zolağa keçəndə əyləc səsi eşidib arxaya baxmış və 1-2 saniyədən sonra avtomobilinin sol tərəf orta hissəsinə “Peugeot Partner” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil çırpılmışdır. Toqquşmadan dərhal sonra hadisə yerinə toplanmış şəxslər onu və avtomobilində müştəri qismində əyləşən sərnişini (hansı ki, adını bilmir) bayıra çıxarmışlar. Toqquşmadan təxminən 5-6 dəqiqə keçmiş hadisə yerində DYPX-nin əməkdaşları dayanmışlar. Qarşı avtomobilin sürücüsü olan qadın isə avtomobilindən düşüb yol kənarında əyləşmişdir. Toqquşmadan təxminən 30 dəqiqə keçəndən sonra hadisə yerinə TTYS-nin həkimləri gəlib qarşı avtomobilin sürücüsü olan qadının bədənini müayinə edib xəstəxanaya aparmışlar. Hadisə yerinə digər polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Şəxs izahatına onu da əlavə etmişdir ki, qarşı avtomobilin əyləc izinin sonu hərəkət istiqamətlərini ayıran beton səddin yaxınlığında çəkilmiş sarı xətti kəsərək sola istiqamət almış və 9.80 metr əyləc izi asfalt üzərində olmuşdur, lakin ondan sonra toqquşma yerinədək olan məsafədə əyləc izi olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə avtotexniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/853 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə X2 və Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, qərarın surəti X2 barəsində İXM-in 327.1-ci maddəsinin tələbinə əsasən Nərimanov RPİ-nin DYPŞ-nə, Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən məhkəmə qaydasında inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayonu məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsiin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına aid edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1552/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1552/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver