Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1554/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X1 Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27664924 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27664924 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1093/2025 saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmişxx.xx.2025-ci il tarixli, EQ 27664924 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 aprel 2025-ci il tarixdə saat 17:50-də X6 küçəsi kəsişməsində ona məxsus “KİA FORTE” minik markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən TŞ8-249 nömrəli kameraya düşdüyü əsas gətirilərək DİN-in BDYPİ X2 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə EQ27664924 saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X9” Azərbaycan Respublikasının Qanununun tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, protokolun tərtib olunması ilə razı deyil, protokolda aşağıdakı yazı əlavə edilmişdir: “327-1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə göstərilmişdir”. Protokoldan narazıdır. Çünki heç bir qanuni istinad olmadan, həmin yolda tıxac olduğundan, o, qırıq xətdə digər avtomobillərin keçməsini gözləyərək, onlardan hərəkəti davam etdirməyi üçün şərait yaradılmasını istəmiş, lakin onun idarə etdiyi avtomobilin sağ tərəfində YPX avtomobili dayandığı üçün o, yolun sol tərəfini tutduğumdan, son zərurət halında arxadan gələn avtobusların yolunu kəsməməkdən ötrü 10 metr qarşıya keçərək, digər qırıq xətdən yoluna davam etmiş və nəticədə barəsində “X9” AR Qanununun 327.1-1-ci maddəsinin tələblərini pozmaqla bağlı protokol tərtib edilmişdir. Odur ki, Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27664924 saylı elektron protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X3 qərarın qanunauyğun olduğunu bildirərək, qayda pozuntusunun əks olunduğu video görüntünü məhkəməyə təqdim etmiş və bildirmişdir ki, diskdə əks olunan görüntüdən də aydındır ki, X7 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərkət zolağı olan yolda hərəkət etmişdir. Göstərilənlərin nəzərə alınmasını müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27664924 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş DVD diskdən aydın olur ki, X7 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərkət zolağı olan istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “X9” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən vidogörüntüdən də aydın olur ki, X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27664924 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1554/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1554/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver