Məhkəmə qərarları › İş №3(005)-1556/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1556/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1556/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 114000.00 ABŞ dolları məbləğində olan vəsaiti 23 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 114000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin törəmə müəssisəsi olan Şəxs MMC ilə TOO “EBpo Topr 1” (Ka3axcTaH) şirkəti arasında xx.xx.2020-ci il tarixli, ET1/111- 2020 saylı “Müqavilə” bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Şəxs MMC-nin “Alıcı”. TOO “EBpo Topr 1” şirkətinin isə “Satıcı” olması müəyyən olunur. Göstərilən müqaviləyə əsasən, “Satıcı” TOO “EBpo Topr 1” “Alıcı” Şəxs MMC-yə “qarabaşaq” mallarını satmaq barədə öhdəlik götürmüş və bunun müqabilində “Alıcı” Şəxs MMC isə müqavilə dəyərinin 30 faizi həcmində “Satıcf’nm bank hesabına avans ödənilməsi, yəni 114.000,00 (yüz on dörd min) ABŞ dollarını ödəməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. Nəticədə “Alıcı” Şəxs MMC “Satıcı” TOO “EBpo Topr 1” şirkətinə müqavilə şərtlərinə əsasən göstərilən avans məbləği ödəmiş, lakin həmin ödənişə əsasən göndərilməli olan “Mallar” “Alıcfi’ya “Satıcı” tərəfindən göndərilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, analoji halla tək "xxxx" MMC-nin törəmə müəssisəsi olan Şəxs MMC deyil, həmçinin holdinqin digər müəssisəsi olan "xxxx" MMC də zərərçəkmiş hüquqi şəxsdir. TOO “EBpo Topr 1” şirkətinin "xxxx" MMC-nin törəmə müəssisələri olan Şəxs MMC-yə və "xxxx" MMC-yə qarşı xüsusilə külli miqdarda dələduzluq cinayəti özünü bir çox əməllərdə aydın şəkildə ifşa edir. Şəxs MMC qeyd olunan cinayətkar əməllə üzləşdikdən sonra Qazaxıstan Respublikasının vəkili X1 “Hüquqi xidmətlərin göstərilməsinə” dair xx.xx.2020ci il tarixli “Müqavilə” bağlamış və qeyd olunan vəkil tərəfindən Almatı şəhər Prokurorluğuna və Almatı şəhər Polis Departamentinə “Ərizələr”lə müraciətlər edilmişdir. xx.xx.2020-ci il tarixdə Medeus rayon Polis Bölməsi tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 190.3-cü maddəsi üzrə dələduzluq cinayəti barədə məhkəməyədək təhqiqat başlanılmışdır. Təəssüflər olsun ki, hazırkı vaxtadək göstərilən məsələ ilə bağlı təhqiqat başlanılsa da, “Alıcı” Şəxs MMC-yə qarşı xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş cinayətkar şəxslər hazırkı vaxtadək məsuliyyətə cəlb edilməmişlər. Qeyd olunmalıdır ki, tərəfimizdən göstərilən cinayət hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət edilmiş və AR-nın Baş Prokurorluğu baş vermiş hadisə ilə bağlı AR-nın Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə (xüsusilə külli miqdarda ziyan vurulduqda) cinayət işinə başlamış, “Sun Food'’ MMC zərərçəkmiş hüquqi şəxs qismində tanımış, həmçinin göstərilən cinayət hadisəsini törədən şəxslərin dairəsinin müəyyən edilməsi ilə əlaqədar müvafiq istintaq hərəkətlərinin aparılmasından ötəri aidiyyəti üzrə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən həyata keçirilən ödəniş dələduz şəxslərin cinayətkar əməlləri nəticəsində mənimsənilmiş və ödənişin müqabilində göndərilməli olan “Mallar” “Alıcf’nm ünvanı olan Azərbaycan Respublikasına göndərilməmişdir. Bununla da Şəxs MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” EP № ******* saylı, xx.xx.2022-ci il tarixli “Protokol” tərtib edilərkən Şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokolun məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır. inzibati xəta haqqında işə baxılması vaxtı və veri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və isin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 7387 nömrəli məktubdan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 114000.00 ABŞ dolları məbləğində pulu ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASCyə müraciət etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə, Şəxs MMC ilə “EBpo Topr 1” şirkəti arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, ET1/111-2020 nömrəli müqaviləyə əsasən Satıcı (“EBpo Topr 1”) göstərilən malları Alıcıya (Şəxs MMC-yə) təhvil verməyi öz öhdəsinə götürsə də, sonuncu tərəfindən müqavilə üzrə öhdəliklərinə riayət edilməməsini, bu barədə Şəxs MMC tərəfindən müvafiq müraciətlərin edilməsini, lakin ödənilmiş vəsaitin geri qaytarılmasına nail olmamasını nəzərə alaraq Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində tərtib olunmuş EP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 19 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar