Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1556/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərvin oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Şamxal Ariflinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirketinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakı ilə, «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirketinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirketinin Azərbaycan Respublikasındakı Filialıbarəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirketinin Azərbaycan Respublikasındakı Filialı 37310.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 37310.00 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 izahatında bildirdi ki, 21 aprel 2021-ci il tarixdə “X10” ASC-də olan hesabdan 37310.00 ABŞ dolları məbləğində pul vəsaiti “X8 Sis.San.Paz.İnş.Tur.İç.və Dış.Tic.LTD şirkətinə köçürülmüşdür. Qeyd edilən məbləğ “X8 Sis.San.Paz.İnş.Tur.İç.və Dış.Tic.LTD şirkəti tərəfindən geri qaytarılmışdır. Ödənişin geri qaytarılması ilə bağlı bank hesabından çıxarışı məhkəməyə təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Şamxal Arifli çıxış edərək bildirmişdir ki, protokolda qeyd olunan 37310.00 ABŞ dolları məbləğində pul vəsaitinin ölkə ərazisinə geri qaytarılması ilə bağlı bank hesabından çıxarışla tanış olmuşdur. Həmin geri qaytarılan məbləğin protokol tərtib olunan müqavilə ilə bağlı olduğu qeyd olunmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirketinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin və Mərkəzi Bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş “X9” tərəfindən verilmiş çıxarışdan görünür ki, 21 aprel 2021-ci il tarixdə “X8 Sis.San.Paz.İnş.Tur.İç.və Dış.Tic.LTD şirkətinə köçürülmüş 37310.00 ABŞ dolları «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirkətinin Azərbaycan Respublikasındakı Filialına geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən “«X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1 X7 X5 Sanayi ve Ticaret LDT» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1556/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1556/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver