Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-156/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Səlahiyyətli orqan- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2, X1 vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alındığı vaxtdan etibarən şirkətin qanuni nümayəndəsi olaraq direktor vəzifəsinə təyin olunmuşdur. Bu illər ərzində qanunla qadağan olunmayan, şirkətin Nizamnaməsinə əsasən kommersiya fəaliyyəti ilə məşğul olurlar. Bu fəaliyyət nəticəsində əmək müqaviləsi əsasında bir neçə işçi şirkətlərinə işə qəbul olunmuşdur. Bəzi vaxtlarda isə yaranmış zərurətlə əlaqədar müvafiq işlərin görülməsi üçün müxtəlif podrat müqavilələri əsasında (mülki hüquqi xarakterli müqavilələr) fiziki şəxslərlə əlaqələri yaranmışdır. Lakin ötən ilin sonlarında direktor olduğu şirkətin əməkdaşlıq etdiyi şirkətə xidmət göstərilən zaman AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tikinti sahəsində yoxlama aparılmışdır. Həmin yoxlama qeyri- peşəkar qaydada, səriştəsi olmayan şəxslər tərəfindən aparılmış və tikinti sahəsində aparılan işlərin icrası zaman guya bəzi şəxslər qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuşdur. Maraqlısı odur ki, xx.xx.2020-ci il tarixli. 00193 nömrəli Yoxlama Aktında (kod: KY 201543298) göstərilir ki, Dövlət X4 X10 münasibətlərinin monitorinqinin təşkili sektorunun müdiri vəzifəsini icra edən E. Hüseynov, baş məsləhətçiləri E. Bayramov, R. Cəfərova və digər vəzifəli şəxsləri imza edərək göstərmişlər ki, direktor olduğu “xxxx” MMC-nin adından tikintidə çalışan 5 nəfər işçilərin əmək müqaviləsinin olmaması göstərilmişdir. Ancaq işləmək üçün icazə verən mülki hüquqi xarakterli müqavilələrin mövcudluğu ümumiyyətlə araşdırılmamış və öyrənilməmişdir. Qeyd edir ki, direktor olduğu şirkətin “xxxx” MMC ilə podrat müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən tərəflərindən müvafiq işlər görülməlidir. Bu işlərin görülməsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Qarabağ və N. Quliyev küçələrinin kəsişməsində yerləşən tikintidə olan çoxmərtəbəli yaşayış binasında və onun ətrafında olan ərazidə aparılmışdır. İşlərin görülməsi üçün tərəflərindən cəlb olunan işçilərə aid olan sənədlər, həmçinin müvafiq podrat müqavilələri təbii ki, ərazidə yox, şirkətin inzibati ofisin yerləşdiyi ünvanda saxlanılır. Yoxlama haqqında ofisə məlumat daxil olmuş və şirkətin adından işə cəlb olunmuş şəxslərin əmək müqavilələrin soruşulduğu onlara bildirilmişdir. Buna cavab olaraq yoxlama aparan şəxslərə məlumat verilmişdir ki, 5 nəfər şəxslərlə xx.xx.2020-ci il tarixli podrat müqavilələri bağlanılmış və həmin müqavilələrin icrası ilə əlaqədar həmin şəxslər tikintidədirlər. Lakin xx.xx.2020-ci il tarixində hamının qüruru olan Qələbə Paradının keçirilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində yoxlama aparılan zaman Bakı şəhərində çoxsaylı və davamlı avtomobil tıxacları yaranmış, bu vəziyyəti də xüsusən həmin gün güclü yağışın yağması ilə çətinləşdirmişdir. Bu səbəbdən qısa müddət ərzində ofisdə saxlanılan podrat müqavilələrin tikinti aparılan ünvanına çatdırılması mümkünsüz olmuşdur. Beləliklə, yoxlamada iştirak edə bilməmişdir və həm şirkətin, həm də onun hüquqları kobud surətdə pozulmuşdur. Maraqlısı odur ki, yoxlama aparan şəxslərin, eləcə də daha sonra inzibati xəta icraatı aparan vəzifəli şəxs AR Dövlət Əmək Müfəttişliyinin rəis müavini O.Hüseynzadə həmin tikinti sahəsində orada çalışan şəxslərin sırasında azı digər 5 nəfər əməkdaşların müqavilələrin olması nədənsə nəzərə alınmamış və özlərində hər hansı müqaviləsi olmamış şəxslərin guya ümumiyyətlə müqavilə olmadan çalışan şəxslər kimi səhv olaraq qəbul olunmuşdur. Halbuki, Dövlət Əmək Müfəttişliyində inzibati xəta icraatı başlandıqda tərəfindən 5 nəfər şəxsə aid olan bütün podrat müqavilələrin surəti onlara təqdim olunsa da, həmin sənədlər nəzərə alınmamış və sonradan ona məlum olmuşdur ki, barəsində xx.xx.2020-ci il tarixli MN 041879 nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra isə protokola əsasən MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuş və həmin Qərara əsasən o, AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş hesab olunaraq 4.500 manat məbləğində cərimə olunmağım qərara alınmışdır. Hesab edir ki, barəsində aparılmış inzibati xəta icraatı əsassız başlanılmış, işin halları, eləcə də təqdim etdiyi sübutlar ümumiyyətlə nəzərə alınmamış, onlara hüquqi qiymət verilməmiş, onun prosessual hüquqları kobud surətdə pozulmaqla aparılmışdır. Bundan başqa qeyd edir ki, cərimə məbləği da maddədə nəzərdə tutulmuş ümumi cərimə məbləğinin də yuxarı həddində verilibdir. Halbuki, hər hansı bir ağırlaşdırıcı hallar mövcud deyil. Bu da bir daha sübut edir ki, inzibati xəta icraatını aparan Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri ona qarşı qərəzli olmuş və təqdim etdiyi sübutları, işin hallarını ümumiyyətlə nəzərə almamışdır. Nəticə etibarı ilə əsassız olaraq barəsində inzibati xəta icraatı aparılmış və daha sonra qanunsuz qərar qəbul olunmuşdur. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X4 Monitorinqi Mərkəzi tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2020-ci il 7 noyabr tarixli **********29 nömrəli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən tikinti obyektinin podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2020-ci il 11 noyabr tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində “xxxx” MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 25 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 1 nəfərin isə kənar şəxs olduğu müəyyən edilmişdir. Tikinti obyektində “xxxx” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən “xxxx” MMC ('VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 43 nəfərlə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində “xxxx” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən “xxxx” MMC (VÖEN:**********) tərəfindən işə cəlb edilmiş 3 nəfərlə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində “xxxx” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən “xxxx" MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 2 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində “xxxx” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən “xxxx” MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 5 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 5 nəfərlə isə əmək və ya xidməti (mülki) müqavilə bağlanılmadığı müəyyən edilmişdir. Bir sözlə X15 tərəfindən AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Odur ki, çıxışında qeyd olunanlara dair müvafiq sənədlər təqdim edib, verilmiş şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkili X20 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, MMC tərəfindən 2020-ci ilin dekabr ayında köçürmələrlə bağlı sənədləri əmək müfəttişliyinə təqdim etmişlər. Səlahiyyətli orqanın gəldiyi nəticə tamamilə əsassızdır. Bu səbəblə də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, X15 məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X15 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4500 manat məbləğində cərimə edilmişdir. “Sifarişçi” “xxxx” MMC ilə “podratçı” Yusubov Mövluddin Mustafayeviç oğlu arasında bağlanmış 02.11.200-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə podratçı xxxx MMC-nin sifarişi əsasında xxxx MMC-yə məxsus yaşayış binalarında rəngləmə işləri görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Sifarişçi” “xxxx” MMC ilə “podratçı” X13 arasında bağlanmış 02.11.200-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə podratçı xxxx MMC-nin sifarişi əsasında xxxx MMC-yə məxsus yaşayış binalarında rəngləmə işləri görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Sifarişçi” “xxxx” MMC ilə “podratçı” X11 arasında bağlanmış 02.11.200-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə podratçı xxxx MMC-nin sifarişi əsasında xxxx MMC-yə məxsus yaşayış binalarında rəngləmə işləri görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Sifarişçi” “xxxx” MMC ilə “podratçı” X12 arasında bağlanmış 02.11.200-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə podratçı xxxx MMC-nin sifarişi əsasında xxxx MMC-yə məxsus yaşayış binalarında rəngləmə işləri görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Sifarişçi” “xxxx” MMC ilə “podratçı” X8 arasında bağlanmış 02.11.200-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddətdə podratçı xxxx MMC-nin sifarişi əsasında xxxx MMC-yə məxsus yaşayış binalarında rəngləmə işləri görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci tarixli 00193 saylı Yoxlama Aktından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “xxxx” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən tikinti obyektində aparılmış monitorinq zamanı müəyyən edilmişdir ki, tikinti obyektində 84 nəfər yoxlanılmış, onlardan 78 nəfər şəxslə əmək müqaviləsinin bağlanılması təmin olunmuş, 5 nəfər şəxs isə əmək müqaviləsi olmadan işə cəlb olunmuşdur. Həmçinin ərazidə 1 nəfər kənar şəxs müəyyən olunmuşdur. Əmək müqaviləsi olanlardan 25 - “xxxx” MMC, 43 nəfər “xxxx” MMC-nin, 3 nəfər “xxxx” MMC-nin, 2 nəfər “xxxx” MMC-nin, 5 nəfər isə “xxxx” MMC-nin işçiləridirlər. Əmək müqaviləsi olmadan isə cəlb olunan 5 nəfər “xxxx” MMC-yə məxsusdur. Qeyd olunan şirkətlərin podratçı “xxxx” MMC ilə müqavilələri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən tikinti obyektində “xxxx” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən “xxxx” MMC tərəfindən 5 nəfər şəxslə - X13, X8, X11, X6 və X12 ilə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadan müxtəlif növ işlərə cəlb edilmişlər. Monitorinqin aparılmasından doqquz gün əvvəl tarixə tərtib olunmuş xx xxxxxx 2020-ci tarixli podrat müqavilələri isə digər sübutlarla müqayisədə əsaslı şübhə doğurduğundan inzibati xəta faktını istisna edən sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş CD disk və yoxlama aktı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən tikinti obyektində X13, X8, X11, X6 və X12 ilə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadan müxtəlif növ işlərə cəlb edilmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh edilməsi haqqında Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN 04661718 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-156/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-156/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver