Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1564/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi X3 oglunun katibliyi, Tələbkar hüquqi şəxs Fostanpak MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs və onun müdafiəçisi “Fortiori” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Naxçıvan MR. anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2628/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2012/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121 )-2016/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədiləri üzrə boclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra edilməsi nəzərdə tutulmuş, lakin icra edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Belə ki, təqdim olunan protokoldan göründüyü kimi borc məbləğləri Fiesta Group MMC ilə əlaqədardır. O, hazırda müəssisənin rəhbəri olsa da bütün müqavilələr onun direktor təyin olunduğu tarixdən əvvəlki tarixlərdə bağlanılmış və ödənişlər icra olunmamışdır. Onun rəhbər təyin olunduğu dövrdə şirkət fəaliyyətini tamamilə dayandırmış, hesabda olan vəsait və aktivlərlə mümkün borclar bağlanılmışdır. Şirkətin bu hala düşməsinə səbəb keçmiş direktorlar İbrahim Xəlilov və Seymur Məmmədov olmuşdur. Onlar tərəfindən yol verilmiş qanunsuz hərəkətlərlə bağlı hüquq mühafizə və məhkəmə orqanlarına müraciətlər edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-679/2024 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-208/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Seymur Məmmədov tərəfindən 299 241,37 manat vəsaitin Fiesta Group şirkətinə ödənilməsi qət edilmişdir. İş Nizami rayon İcra şöbəsində olmasına baxmayaraq hər hansı icra hərəkəti icra edilməmişdir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında təqsirləndirilən şəxs Seymur Məmmədovla bağlı cinayət işi mövcuddur. Fiesta Group MMC həmin işdə zərərçəkmiş şəxsdir və şirkətə vurulmuş zərərin məbləği 448 515 manat təşkil edir. İbrahim Xəlilov barəsində də cinayət işi başlanılması na baxmayaraq istintaqdan yayınmış və ölkədən qaçmışdır. S.Məmmədov və İ.Xəlilov tərəfindən şirkətə vurulmuş zərərlər qeyd olunan hallarla da məhdudlaşmır. Hazırda tərəfindən bu məbləğlərin şirkətə bərpa olunması istiqamətində bütün tədbirlər görülür. Bu borclar onun tərəfindən yox ayrıca subyekt olan hüquqi şəxs tərəfindən ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri Şəxs müdafiəçisi X5 bildirmişdir ki, müəssənin borcu olması səbəbilə hesaba köçürlən hər bir məbləğ borca çıxılır və şəxsin əlində pul qalmadığı üçün o icra sənədlərini icra edə bildir. Bundan başqa qeyd edilən məhkəmədə iş müsbət nəticələndikdə tez bir zamanda borclar ödəniləcək, icra səndələri üzrə öhdəliklərr tam şəkildə icra ediləcəkdir. Məhkəmə iclasında Tələbkar hüquqi şəxs Fostanpak MMC-nin nümayəndəsi X7 şikayətçi olduğunu və Şəxs cəzalanmasını tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2628/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 2568.34 manat, 370 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2012/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 44000 manat məbləğində pul vəsaiti və 722 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121 )-2016/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC (VÖEN **********) ilə "xxxx" MMC (VÖEN **********) arasında mediator X2 bağlanmış xx.xx.2023-cü il traixli Barışıq sazişi təsdiq edilməlidir.İcra sənədləri müxtəlif tarixlərdə şöbənin icraatına daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun ünvanına, məlumat üçün isə tələbkarlara və məhkəməyə göndərilmişdir.Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş, bank hesablarında pul vəsaiti olmadığından inkasso srəncamları icra edilməmişdir.xx.xx.2024-cü il tarixdə borclunu əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir.Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icra edilməsi barədə müxtəlif tarixlərdə xəbərdarlıq göndərilmiş. Lakin icra sənədləri icra edilməmişdir.Bununlada borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2628/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin könüllü şəkildə icra edilməsi barədə məlumat verilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2016/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü şəkildə icra edilməsi barədə məlumat verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2628/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2012/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121 )-2016/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Belə ki, o hazırda müəssisənin rəhbəri olsa da bütün müqavilələr onun direktor təyin olunduğu tarixdən əvvəlki tarixlərdə bağlanılmış və ödənişlər icra olunmamışdır. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu cəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2628/2024- 028 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2012/2024-030 nömrəli, xx.xx.2024-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2016/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1564/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1564/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver