Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1566/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldaroğlununsədrliyi, X2katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Tərxanoğlu İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarındanşikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o, taksi fəaliyyəti ilə vöen və fərqlənmə nişanı olduğu halda, hətta portalda icazəsi olduğu halda xx xxxxx 2020-ci il tarixində heç bir xəbərdarliq olunmadan karantin qaydalarının tələblərini pozduğuna görə 100 AZN cərimə edilmişdir. Saray postu müşayiət eskort bölüyü YPX inspektoru baş serjant X5 tərəfindən səbəb olaraq həmin tarixdə yəni bir neçə saat əvvəl heç bir məlumati olmadan icazəsi ləğv edilməsidir. Ona cərimə yazılan vaxtı o, müvafiq icazəni və vergi sənədlərini inspektora təqdim etsə də onun qanuni dövlət sənədlərinə əhəmiyyət verilməmişdir. Vergi ödəyicisi olduğu üçün də bu karantin dövründə heç bir yardım ala bilməmişdir və əlavə olaraq taksi fəaliyyətindən başqa da heç bir gəliri olmadığından dolana bilmir. 100 AZN cəriməyə görə hazırda maşınını texniki baxışdan keçirə bilmir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məlum olur ki, X6 xx.xx.2020-ci il tarixdə saat 13:36 radələrində karantin rejimi qaydalarını pozmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 13:36-da Bakı- Quba yolunun 23-cü kilometrliyində “Volksvagen Jetta” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinə əməl olunub-olunmaması məqsədi ilə saxlanılmış və İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən şikayətçinin qeyd olunan tələblərə riayət edilmədiyi müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbinin pozduğu qeyd olunmaqla inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla şikayətçiyə 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri əsassızdır, belə ki, onun polis əməkdaşı tərəfindən saxlanıldığı vaxtda ölkə ərazisində hərəkətinə icazəsi mövcud olmamış, yəni ləğv olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, X1 İXM-in 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 İ Tağım Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1566/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1566/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver