Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1569/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə2, "xxxx" MMC-nin vəkili “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 15 may 2024-cü il tarixli, MN seriyalı 193265 nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə və iş icazəsi alınmış Şahid3, Şahid4, Şahid2, Şahid5, Şahid6 və Şahid1 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Nəticədə adları qeyd edilən şəxslərin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin xidmətlərin yerinə yetirməsinə cəlb olunduğu müəyən edilmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X7 protokola uyğun ifadə verərək, protokolun əsaslı olduğunu, müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin vəkili Nümayəndə1 protokola etiraz edərək bildirmişdir ki, qeyd edilən protokolda inzibati xətanın törədilməsi ilə Şahid3, Şahid4, Şahid2, Şahid5, Şahid6 və Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin xidmətlərin yerinə yetirməsinə cəlb olunması qeyd edilmiş, lakin qeyd olunan şəxslər iş üçün şirkətə müraciət etmişlər və daha sonra iş şəraiti ilə tanış olmaq üçün Qarabağ ərazisinə keçmişlər, iş şəraiti qane etmədiyindən geri qayıtmışlar. Müəsissə xx.xx.2024-cü il tarixdə həmin şəxslərin portaldan çıxarılması üçün müraciət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərtib edilmiş protokolun əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-1569/2024 saylı qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilən X6 tərəfindən xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Şahid4 tərəfindən xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Şahid2 tərəfindən xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Şahid5 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Şahid6 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Şahid1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə iclasında tədqiq edilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1675/2024 saylı qərarında məhkəmə iclasında dindirilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən həər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən ona tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onu qane etmədiyindən işə qəbula razılaşmamışdır. Məhkəmə tərəfindən adları qeyd olunan şəxslərin məhkəmə iclaslarında iştirakını təmin etmək məqsədilə onlarla əlaqə saxlanılsa da tərəflərindən hazırda Qarabağ-Şərqi Zəngəzur iqtisadi zonasında olduqlarından məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, notarial qaydada verilmiş ərizələrinin nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 15 may 2024-cü il tarixli, MN seriyalı 193265 nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, həmçinin "xxxx" MMC tərəfindən hansı tarixdə müraciətin edilməsi, protokolda adları sadalanan şəxslərin hansı tarixlərdə “Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonları”na giriş və çıxış etmələri dəqiqləşdirilmədən səthi araşdırılma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, X1 Şahid2 X4 X2 Eltac Pəsi oğlu Şahid1 işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar "xxxx" MMC tərəfindən hər hansı bir işlərin görülməsinə cəlb edilməmiş, MMC tərəfindən onlara tapşırıq verilməmişdir. Belə ki, işlə əlaqədar "xxxx" MMC müraciət etmiş, lakin şərait və şərtlər onları qane etmədiyindən geri qaytımışlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxsin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunmaması araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 15 may 2024-cü il tarixli, MN seriyalı 193265 nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1569/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1569/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver