Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1576/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Bakı şəhəri Dövlət X4 əməkdaşı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Dövlət X4 əməkdaşı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baki şəhər DYPİ-nin əməkdaşı X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 18.48 radələrində qəbul edilmiş TP ******* nömrəli qərara əsasən o, xüsusi karantin zamanında Bakı şəhərində icazəsiz hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Hesab edir ki, bu qərar əsassızdır. Belə ki, o, karantin qaydalarını pozmamışdır. Həmin qərar qəbul edilməmişdən 08 dəqiqə əvvəl o, “Denta Cool” stamotoloji klinikasının həkiminin, xx xxxx 2020-ci il tarixli ******* saylı, saat 18.40-da tərtib edilmiş qaimə fakturasına görə həmin klinikadan müalicə olunaraq çıxmışdır. Həmin arayışı DYP əməkdaşına təqdim etsə də, həmin əməkdaş bunu nəzərə almamışdır. Belə ki, məlum olduğu kimi xüsusi karantin qaydaları qüvvədə olduğu müddət ərzində xəstəliklə əlaqədar nəzərdə tutulmuş icazənin alınmasına ehtiyac yoxdur. Eyni zamanda bildirir ki, həmin qərardan DYPİ-nə də şikayət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı X2 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 18:48-də «VOLKSWAGEN PASSAT» minik markalı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Denta Cool” Stomatoloji Klinikası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturanın surətindən görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 17.00-18.40 arası “Denta Cool” Stomatoloji Klinikasında müalicə almışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X3 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 təxirəsalınmaz tibbi zərurətlə və ya hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk edə bilmək üçün icazə almasını təsdiq edən sms bildiriş olmadan evdən çıxaraq “Denta Cool” Stomatoloji Klinikasına getmişdir. “Denta Cool” Stomatoloji Klinikası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* nömrəli qaimə fakturanın surətindən də göründüyü kimi X3 xx xxxx 2020-ci il tarixdə saat 17.00-18.40 arası “Denta Cool” Stomatoloji Klinikasında müalicə almışdır. Məhkəmə qeyd edir ki, X3 təxirəsalınmaz tibbi zərurətlə və ya hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar sms bildiriş əsasında yaşayış yerini tərk etməli, müalicə prosedurunun müddəti uzandığı təqdirdə isə ona həkim tərəfindən geri qayıtma müddətini göstərən arayış verilməli idi. Belə olan halda, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən barəsində TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” qəbul edilmişdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Bakı şəhəri Dövlət X4 əməkdaşı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X1 verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Dövlət X4 əməkdaşı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ın ləğv edilməsinə dair X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1576/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1576/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver