Məhkəmə qərarları › İş №3(005)-1579/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1579/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1579/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X3, Şikayət verən şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7149090 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X6 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7149090 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2091/2025 saylı xx.xx.2025-ci il qərarı ilə X6 Azərbaycan Respublikası DİN Nərimanov RPİ DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7149090 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon X11 Şöbəsi tərəfindən qərəzli şəkildə barəsində TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 17:05-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində idarə etdiyi “Toyota Prius minik” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Svetoforun və ya nizamlayıcımn qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Nərimanov rayon DYPŞ-nin polis kapitanı X2 tərəfindən İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, qeyd edilən protokolla razı deyil və istinad olunan inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində hərəkətdə olarkən Təbriz küçəsi ilə kəsişmədə (dördyol ayrıcında) svetoforun yaşıl işığı verilərkən yolu keçmiş, lakin qarşıda piyada keçidində piyadaların hərəkətini görüb piyada keçidinin qarşısında dayanmalı olmuşdur. (Qeyd edilən hal hadisə yerində quraşdırılmış TŞ kameralarında öz əksini tapmışdır). Bu zaman Təbriz küçəsi ilə hərəkətdə olan “Chevrolet Cobalt minik” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun piyadaların hərəkətinə yol verdiyini gördüyü halda avtomobilin sürətini artıraraq, əyləcə basmadan sağ arxa istiqamətdən vuraraq onunla toqquşmuşdur. Hadisə yerinə piyada gələn yol polisi Nəbiyev Zülfüqar “mənim gözüm tərəzidir” deyərək digər nəqliyyat vasitəsinin sürücüsünü alkotestrdən keçirməmiş və onun sərxoşluq vəziyyətini yoxlamamışdır. Bundan əlavə, hadisə nəticəsində onun avtomobilinə 1090 AZN məbləğində maddi zərər dəymişdir. İnzibati tənbehvermə haqqında qərar xx.xx.2025-ci il tarixdə ona rəsmi qaydada təqdim edilmişdir. Odur ki, barəsində Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə2 şikayətə uyğun çıxış edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X4 qərarın qanunauyğun olduğunu bildirərək, X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyini söyləmişdir. Bu barədə video görüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7149090 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədə tədqiq edilən DVD disk görüntüsündən aydın olur ki, X6 idarə etdiyi Toyota Prius minik” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nizamlayıcının qadağanedici işarəsi verilərkən avtomobilini saxamamış və yol hərəkəti qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X6 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X6 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7149090 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X6 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar