Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-158/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müdafiəçi- Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 10.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10.01.2022-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsində olarkən davamlı olaraq ünvansız söyüşlər söymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 10.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10.01.2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 4 ünvanında polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 10.01.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X6 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, 10.01.2022-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində bir nəfər şəxsin nalayiq söyüşlər söydüyü aşkar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona sakit olmasını bildirmiş və ondan nizam-intizamlı olmasını tələb etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq söyüşlər söymüşdür. Buna görə də polis əməkdaşları onu 18-ci Polis Şöbəsinə dəvət edən zaman o, polis şöbəsinə getməkdən imtina edərək müqavimət göstərmişdir. Polis əməkdaşları ona fiziki qüvvə tətbiq edib polis şöbəsinə gətirmişlər. Daha sonra onun izahatı alınmış və tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Eyni zamanda qeyd etmişdir ki, Şəxs X5 Xidmətinin inzibati binasının qarşısına məqsədli olaraq öz şirkətinə məxsus tırları işçiləri vasitəsi ilə saxlatdırmışdır. Baxmayaraq ki, o, şirkətdən çıxsa da, faktiki olaraq şirkətin bütün işlərini özü görür və işçilər də ancaq onun təlimatına əsasən işlər görürlər. X5 Xidmətindən gələn şikayət əsasında Şəxs axtarmışlar. Hətta onun evinə belə getmiş və qapını keçmiş həyat yoldaşı açmışdır. Daha sonra X5 Xidmətinin inzibati binasının qarşısındakı tırlar oradan götürülmüşdür. Buna görə də Şəxs inzibati binanın qarşısında bunu edənlər barəsində ünvanlı söyüşlər söyərək, cəmiyyətə qarşı açıq, kobudca hərəkətlər etmişdir. Şəxs məqsədli şəkildə "xxxx" MMC-dən çıxmış və guya bu işlərdə onun əli yoxmuş kimi qələmə vermişdir. Halbuki, məqsədli olaraq, X5 Xidmətinin inzibati binasının qarşısında tırları saxlatdırmamışdan qabaq 21 dekabr 2021-ci ildən şirkətdən çıxmış və ondan sonra işçilərə təlimat vermişdir. Həmin işçilər də izahatlarında Şəxs təlimat aldıqlarını qeyd etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, bu deyilənləri ilk dəfədir ki, eşidir. O, 2021-ci ilin dekabr ayının 21dən şirkətdən çıxmışdır. Polislərlə heç vaxt arasında narazılıq olmayıb. Şirkətin hal-hazırkı direktoru bibisidir. Heç vaxt polisin qanuni göstərişinə tabesizlik etməmişdir. X5 Xidmətinin qarşısında tırların saxlanılması ilə bağlı suallar verilmiş və o, bunun onunla heç bir əlaqəsinin olmadığını, şirkəti bibisinin idarə etdiyini bildirmişdir. X5 Xidmətinin qarşısında heç vaxt söyüş söyməmiş, nalayiq ifadələr işlətməmişdir. X5 Xidmətinin qarşısına tır avtomobillərini kimin yerləşdirdiyini, kimin həmin tır avtomobillərini oradan uzaqlaşdırdığı barədə məlumatı yoxdur. Sadəcə şirkətdən bibisi ondan xahiş etmişdir ki, Vüqar Rəcəbov desin ki, şirkətin vəkilini götürərək polis şöbəsinə aparsın. O da Vüqara sadəcə bunu demişdir. Bildirmişdir ki, iki övladı var və bir övladı onun himayəsindədir və ona dayənin köməkliyi ilə baxır. Keçmiş arvadı ilə birlikdə yaşamır. Polis əməkdaşları onun evinə gedən zaman qapını hansı xanımın açdığını bilmir. Polislərin onu axtardığı barədə heç bir məlumatı olmamışdır. Onu 10 yanvar 2022-ci il tarixdə Polis İdarəsinin rəis müavini Habil müəllim idarəyə dəvət etdikdə o, dərhal idarəyə getmişdir. 10 yanvar 2022-ci il tarixdə saat 11:00-da polis şöbəsində olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, himayəsində azyaşlı övladı vardır. Uşağın himayəsi eyni zamanda məhkəmə qətnaməsi ilə də ona verilmişdir. Sonda əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X12 izahatında göstərmişdir ki, 10.01.2022-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində bir nəfər şəxsin nalayiq söyüşlər söydüyünün şahidi olmuşlar. Ona yaxınlaşaraq özlərini təqdim edərək, ondan sakit olmasını və nizam-intizamlı olmasını xahiş etmişlər. Lakin Şəxs onların dediklərinə məhəl qoymayaraq onlara əl-qol hərəkətləri etmişdir. Həmin şəxsi 18-ci PŞ-nə dəvət etdikdə isə onlara tabesizlik göstərmişdir. Ona qarşı fiziki qüvvə tətbiq edərək 18-ci PŞ-nə gətirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Agentlik qarşısında tırlar saxlanılmış və yol hərəkətinin iflic olmasına səbəb olmuşdur. Bunu araşdırdıqda Şəxs bunu etdirdiyini bilmişlər. Daha sonra tırları oradan götürmüşlər. Hacı Məmmədov küçəsində Şəxs tırlarını götürənlərə qarşı ünvanlı söyüşlər söydüyünü görüb ona yaxınlaşmış və sakit olmasını bildirmişlər. Bundan əvvəl də Şəxs axtarmış və onun evinə kimi gedib çıxmışlar. Evin qapısını keçmiş arvadı açmış, birlikdə yaşadıqlarını bildirmiş və Rəmişin harada olduğunu bilmədiyini qeyd etmişdir. Rəmişi ona görə axtarırlarmış ki, Agentlik qarşısında tırları niyə saxlatdırığını öyrənib bu barədə tədbir görsünlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 digər şahid X12 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şəxs ilə cavabdeh X11 arasında Sumqayıt ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 02.04.2018-ci il tarixdə 758 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 28.07.2018-ci il təvəllüdlü X13 atası Şəxs, 15.11.2020-ci il təvəllüdlü X8 anası X2 himayəsində qalması qət edilmişdir. Müdafiə tərəfi məhkəmə iclasında çıxış edərək xüsusən qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iki övladı olmaqla, bir övladı (28.07.2018-ci il təvəllüdlü X13) məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra onun himayəsinə verilmişdir. Əlavə olaraq bildirmişlər ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrinin sanskiyasında inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi də nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Odur ki, Rəmiş Zakarovun əməlində ümumiyyətlə inzibati xətanın tərkibinin olmaması və eyni zamanda barəsində inzibati həbs növündə tənbehin tətbiq olunmasının istisna olunduğunu bildirmişlər. Məhkəmə müdafiə tərəfinin çıxışı ilə bağlı, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək, protokolda qeyd edilən hərəkətlərə yol verməməsi ilə bağlı izahatına hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı olaraq məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinin tələbinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki iş üzrə həm məhkəmə qətnaməsindən, həm də ki, müdafiə tərəfinin çıxışından görünür ki, Şəxs Zakar oğlu ilə X11 arasında bağlanmış nikah pozulduqdan sonra 28.07.2018-ci il təvəllüdlü X13 atasının himayəsinə verilmişdir. Bundan aydın olur ki, X13 atasının himayəsinə verilməsinə baxmayaraq həmin uşağın tərbiyə olunmasında və inkişafından anası X11 iştirak edir. Başqa sözlə desək X11 oğulları X3 ayrı yaşasa da o, valideynlik hüquqlarından məhrum edilməmiş, o, R.Cəfərli ilə ünsiyyət qurur, onun uşağın tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak edir. Göründüyü kimi Şəxs Zakar oğlu 28.07.2018-ci il təvəllüdlü X9 təkbaşına deyil uşağın anası X11 ilə birlikdə tərbiyə edir, böyüdür. Qanunvericiliyin məzmunundan isə aydın olur ki, inzibati həbsin tətbiq edilməsini istisna edən hal on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərdən bəhs edilir. Odur ki, hazırki mərhələdə Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin tətbiqini istisna edən hal məhkəmədə müəyyən olunmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 yanvar 2022-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-158/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-158/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver