Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1583/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* nömrəli protokollar üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Bakı şəhəri Bakı Şəhər X7 İdarəsi tərəfindən EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* nömrəli protokollar üzrə qəbul edilmiş qərarların ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi ** FO *** dövlət nişanlı Nissan X-Trail markalı avtomobilini 14 iyun 2021 tarixində növbəti texniki baxışdan keçirərkən ümumi məbləği 419 manat təşkil edən 7 ədəd qərarlı cərimə protokolu olduğunu öyrənmişdir. Bu cərimələr guya ki, 1 il bundan əvvəl texniki baxışdan avtomobilini keçirmədiyi üçün 1 il ərzində tətbiq edilmişdir. Texniki baxış məntəqəsində ona bildirildi ki, cərimələr ödənilməsə texniki baxıdan keçmək mümkün olmayacaq və bu səbəbdən cərimələri məcburi olaraq yerində ödəmişdir. Həmin texniki baxış məntəqəsində araşdırma göstərdi ki, 08.07.2020 tarixdə o, avtomobili ilə texniki baxışda olmuşdur, lakin əməkdaş dövlət nişanında səhvə yol verib ** FO *** əvəzinə talonda 90 FO401 yazıb. Eyni zamanda talonda onun telefon nömrəsi düzgün yazılıb və ona dərhal SMS vasitəsilə texniki baxışdan keçdiyi haqda bildiriş gəlmiş və o, avtomobilin texniki baxışdan müvəffəqiyyətlə keçdiyini zənn edib texniki baxış məntəqəsini tərk etmişdir. Bu il yenidən texniki baxışdan keçərkən aşkar olunub ki, o, 1 il avtomobili texniki baxışsız idarə etmişdir. Cərimələr haqda heç bir məlumat, xəbərdarlıq almamışdır. 1 il ərzində 7 sayda EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı cərimə protokolları tətbiq edilmiş və cərimələr ödənilmədiyi üçün əlavə peniya hesablanıb. Cərimələrin ümumi məbləği 419 manat təşkil edib və onun tərəfindən ödənilib. Texniki baxış məntəqəsinin rəis müavininin qəbuluna düşmüş və ona bildirmişdir ki, bu məbləği geri qaytarmaq mümkün olmayacaq, çünki, həmin səhvi buraxan əməkdaş artıq işləmir. Bakı şəhəri Bakı Şəhər X7 İdarəsi tərəfindən EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* nömrəli protokollar üzrə qəbul edilmiş qərarların ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş barəsində Bakı şəhəri BPİ-nin X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş barəsində Bakı şəhəri BPİnin X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan SMS mətndən çıxarışdan görünür ki, 08.07.2020-ci il tarixdə, saat 16:41-də AsanPay vasitəsilə 90FO401 nömrəli nəqliyyat vasitəsi 08.07.2020-ci il tarixdə, 11389106 talon nömrəsi ilə texniki baxışdan keçmişdir. İş materiallarında olan DİN BDYPİ-nin əməkdaşı Xəlilov İlqar tərəfindən verilmiş MF 11389106 nömrəli elektron talondan görünür ki, 90FO401 qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı nəqliyyat vasitəsinin texniki baxışa təqdim olunma müddətinin başlanğıcı 08.07.2021-ci il, sonu 28.07.2021-ci il tarixdən müəyyən edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 müraciətində və izahatında nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirdiyi göstərmiş və bunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmaması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X3 məxsus nəqliyyat vasitəsinin 08.07.2020-ci il tarixdə texniki baxışdan keçirildiyinə və növbəti texniki baxışın sonunun 28.07.2021-ci il tarixə düşməsinə baxmayaraq, dekabr 2020-ci il tarixdən aprel 2021-ci il tarixinə kimi ona İXM-in 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokolllar tərtib edilərək inzibati cərimələr tətbiq etmişdir. İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərarlar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. İş üzrə yenidən araşdırma aparılmalı, X3 məxsus nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilib keçirilmədiyi, İXM-in 339.1-1-ci maddəsinin tərkibini yaradan halların mövcudluğu yoxlanılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* nömrəli protokollar üzrə qəbul edilmiş qərarlar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhəri X7 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* nömrəli protokollar üzrə qəbul edilmiş qərarlar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1583/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1583/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver