Məhkəmə qərarları › İş №3(005)-1584/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1584/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1584/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar hüquqi şəxsin vəkili 14 saylı Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs "xxxx" MMC-nin borclu olduğu icra sənədi üzrə tələb vəzifəli şəxs kimi tələb olunmuş, lakin Şəxs tələbi icra edə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs öhdəliklərini icra etmir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Tələbkar hüquqi şəxsin vəkili Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" MMC onların mağazasına məxsus malların icazəsiz satışı ilə məşğul olur. Buna dair onlara irad bildirilsə də qanunsuz əməllərinə davam edirlər. Hazırda da icra sənədi üzrə öhdəliklərini icra etmirlər. Bu səbəbdən barəsində ən ağır inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək protokolla razı olmadıgını,hazırda məhkəmə qətnaməsinin tələblərinə tam olaraq rəayət edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)~789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tələbkar Vileroy & Boch A.G.-nə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı borclu "xxxx" MMC-nə qadağan edilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına baxış keçirilmiş, qeyd edilən ünvanda qab-qacaq məhsullarının satıldığı bölmədə olan zaman həmin məhsulların "xxxx" MMC tərəfindən satıldığı müəyyən olunmuş, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs qab-qacaq məhsullarının satışı qadağan olunduğu halda hansı səbəbdən "xxxx" MMC-nə satılmasının səbəbləri soruşulmuş, Şəxs bildirdiyinə görə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra satılması qadağan olunmuş “Vileroy & Boch” A.G.-nə məxsus qab-qacaq məhsullarının "xxxx" MMC-nə satılmış, bununla bağlı Şəxs sənədlər tələb olunmuş, təqdim edilmiş alqı-satqı müqaviləsinin xx.xx.2023-cü il tarixli olduğu Şəxs nəzərinə çatdırılmış, Şəxs alqı-satqı müqaviləsində texniki səhvə yol verildiyini, müqaviləyə əlavədə qeyd olunmuş məhsulların siyahısında xx.xx.2023-cü il tarixi əks olunduğunu, bununla da texniki səhvin baş verdiyinin aşkar göründüyünü, hal-hazırda "xxxx" MMC-nin “Vileroy & Boch” A.G.-nə məxsus həmin nişan altında hər-hansı qab-qacaq məhsullarını idxal etmədiyini və ya satılmadığını, qeyd edilən ünvanda "xxxx" ticarət nişanının məhz hamam aksessuarlarının satışına görə yerləşdirildiyini və məhkəmə qərarını icra etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər və icra materialları araşdırılarkən icra sənədi üzrə tələbin borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən pozulduğu qənaətinə gəlinmiş, lakin Şəxs icra qurumunun mövqeyi ilə razılaşmamış və akta imza etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)~789/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tələbkar Vileroy & Boch A.G.-nə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı borclu "xxxx" MMC-nə qadağan edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişlərin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar