Məhkəmə qərarları › İş №3(005)-1586/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1586/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1586/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X3 iştirakı ilə, X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarına əsasən, onun tərəfindən Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəciəri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) və 342.2.2-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmişdir. Qeyd edilən halla bağlı o, Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsinə aparılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən qərarla razı deyil. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin “Nəqliyyat vasitələrinin nasazlıqları" siyahısında hansı halların nasazlıq olduğu açıq qeyd edilmişdir. Həmin siyahının İİİ bölməsində (Xarici işıq cihazları) xarici işıq cihazlarının miqdarı ipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nasazlıq hesab edilir. Lakin həmin tələbə qeyd bölməsində qeyd edilir ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. İş materiallarından da göründüyü kimi, ona məxsus olan, istehsal ili 2018-ci il olan **-BS-*** dövlət qeydiyyat nömrəli “Lada Priora” minik markalı avtomobil istehsaldan 2018-ci ildə çıxarılmışdır və hal-hazırda Rusiya Federasiyasında istehsal olunmur. Yəni qeyd edilən marka avtomobilin zavod tərəfindən istehsalı dayandırılmışdır. Ona məxsus olan avtomobilin ön xarici işıq cihazı sıradan çıxdığından həmin işıqlar yeni, zavod istehsalı olan yeni ön xaric işıq cihazı ilə əvəz edilmişdir. Yəni öz faralara sonradan led işıq saçan lampalar quraşdırılmamışdır. Avtomobilə quraşdırılan yeni ön faraların işıq saçan lampaları zavod istehsalı olaraq faraların içinə pərçimlənmiş şəkildədir. Yəni fara üzərində gələn lampa sökülərək yeni led işıq saçan lampa ilə əvəz edilməmişdir. Bunu şikayətinə əlavə edilmiş faraların şəkillərindən də görmək olar. Şəkildən də göründüyü kimi, avtomobilinin üzərinə quraşdırılmış faralar qanunun tələblərini pozmur. Yəni o, avtomobilinin üzərinə qanunla qadağan edilən və nasazlıq sayıla biləcək ön xaric fara quraşdırmamışdır. Yəni avtomobilinin üzərində olan faralar başqa marka və model üçün istehsal edilmiş faralar deyil. Bu faralar sırf “Lada Priora” minik markalı avtomobil üçün istehsal olunub. “Lada Priora” minik markalı avtomobil üçiın istehsal olunan faraların quraşdırlması normativ tələblərin pozulması avadanlığın quraşdırılması sayıla bilməz. Göründüyü kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və barəsində qəbul edilən qərar qanunsuz və əsassızdır. Məhz bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında X6 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, avtomobilin öz aksesuarları olduğu halda başqa avtomobilin aksesuarı yerləşdirilmişdir. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilə baxış keçirilən zaman mütəxəssis dəvət edilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X6 tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozmasına və nəqliyyat vasitəsinin istismarına görə İXM-nin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2023-cü il tarixdə İXMin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X3 15 may 2023-cü il tarixdə tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozmasına və nəqliyyat vasitəsinin istismar etməsi müəyyən etmək mümkün deyildir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən X4 məxsus avtomobilə baxış keçirilən zaman xüsusi biliyə malik olan şəxs, yəni mütəxəssis dəvət edilməmiş, sadəcə olaraq polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərək protokol tərtib edilmişdir. Bununla da avtomobildə nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozulmasının polis əməkdaşları tərəfindən müəyyən edilməsi mümkünsüzdür. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, TP ******* nömrəli, 15 may 2023-cü il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş TP ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar