Məhkəmə qərarları › İş №3(005)-1591/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1591/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1591/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsi tərəfindən 18 may 2022ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı T.Məmmədovun rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin tələbini pozaraq “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə toqquşub. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymişdir. Hadisə zamanı YPX inspektorları X3 və X6 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 10 may 2022-ci il tarixli, HK-1 N 520 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:45-də Bakı şəhər BPİ DYPİ-nin N/H-dən Hacıyev məlumat verərək, AK.H.Əliyev və K.Rəhimov küçələrin kəsişməsində YPX-473 patrul avtomaşının digər avtomobil tərəfindən vurulması nəticəsində YPX inspektorlarının xəsarət almalarını bildirmişdir. 10 may 2022-ci il tarixli, HK-2 N 5629 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:40-da KTM-dan tibb bacısı İskəndərova məlumat verərək bildirmişdir ki, Ak.H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində baş vermiş YNH ilə əlaqədar 1991-ci il təv. X1 diz oynağı və sol qulağın əziyi, 1989-cu il təv. X6 isə qapalı kəllə-beyin travması, sağ dirsək oynağının əziyi və boyun əzələsinin əziyi xəsarətləri ilə müraciət etmələrini bildirmişdir. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 02:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ə.Əbdülrəhimov küçəsi istiqamətində saat da 50-60 km sürətlə hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə K.Rəhimov küçəsi ilə Ə.Əbdülrəhimov küçələrinin kəsişməsində olan zaman geriyə dönərək yaşayış binasının qarşısı ilə Ak.H.Əliyev küçəsi istiqamətində hərəkətə başlamışdır. Həmin vaxt yorğun olması səbəbindən o, sükan arxasında yuxulamışdır. İdarə etdiyi avtomobil ilə Ak.H.Əliyev küçəsinə çatdıqdan sonra qoşa xətti tapdalayaraq yolun əks istiqamətinə keçmək üçün avtomobillərin azalmasını gözləməyə başlamışdır. O, idarə etdiyi avtomobil ilə AK.H.Əliyev küçəsi 85 ünvanının yaxınlığında qoşa xətti tapdalayaraq yolun əks istiqamətinə keçmək istəyən zaman Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində hərəkət edən “BMW” minik markalı **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilini görməmiş və nəticədə idarə etdiyi avtomobilin sağ yan orta hissəsi ilə “BMW” minik markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, idarə etməni itirmiş və avtomobili yerində fırlanaraq beton səkiyə çırpılmışdır. Bundan sonra o, dərhal avtomobildən düşərək həmin YPX əməkdaşlarına yaxınlaşaraq xəsarət alıb-almadıqlarını soruşmuşdur. Onlar da, ona heç bir cavab verməmişlər. Həmin vaxt ətrafdan təsadüfi keçən şəxslər və TTYS-nin həkim briqadası hadisə olmuş yerə gələrək onlara köməklik göstərmişlər. Bundan təxminən bir qədər sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 02:42 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “BMW 330İ” minik markalı **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30-40 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt idarə etdiyi avtomobildə iş yoldaşı X6 da sağ ön oturacaqda sərnişin qismində əyləşmişdir. O, idarə etdiyi avtomobil düzünə hərəkətdə olduğu zaman Ak.H.Əliyev küçəsi istiqamətindən “Kia Rio” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü onların gəldiyini görməmiş və qoşa xəttin tələbini pozalaq əks zolağa yəni onun hərəkət etdiyi zolağa daxil olaraq F.X.Xoyski küçəsi istiqamətində hərəkətə başlamışdır. Bu zaman “Kia Rio” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan orta hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün onlara yaxınlaşmışlar. Bundan sonra isə onlar birlikdə xəstaxanaya müraciət etmişlər. Xəstəxanada müayinə olunduqdan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 02:42 radələrində X2 yol vərəqəsi əsasında idarə etdiyi “BMW 330İ” minik markalı **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən üzü K.Rəhimov küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30-40 km sürətlə düzünə hərəkət edirmişlər. Həmin vaxt avtomobildə o, sağ ön oturacaqda sərnişin qismində əyləşmişdir. Onlar avtomobil ilə düzünə hərəkətdə olduqları zaman Ak.H.Əliyev küçəsi istiqamətindən “Kia Rio” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü onların gəldiklərini görməmiş və qoşa xəttin tələbini pozaraq əks zolağa yəni onların hərəkət etdikləri zolağa daxil olaraq F.X.Xoyski küçəsi istiqamətində hərəkətə başlamışdır. Bu zaman “Kia Rio” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan orta hissəsi ilə onların avtomobilin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün onlara yaxınlaşmışlar. Bundan sonra isə onlar birlikdə xəstaxanaya müraciət etmişlər. Xəstəxanada müayinə olunduqdan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 460 nömrəli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması, sol qulaq seyvanının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 459 nömrəli ekspert rəyindən görünür ki, X4 almış olduğu xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, boyun əzələ və bağ aparatının gərilməsi, təpə-ənsə nahiyəsinin və sağ dirsək oynağının şişkinli hematomaları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 may 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar