Məhkəmə qərarları › İş №3(005)-1594/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1594/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1594/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədovun 27 aprel 2022-ci il tarixli qərarından və AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.04.2022-ci il tarixdə saat 15:40 radələrində İXM) 327.8-ci maddəsinin və Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq avtomobil yolunu keçən piyada X4 vurmuş, piyada R.Hacıyev “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, Şəxs izahat verərək bildirmişdir ki, 10.04.2022-ci il tarixdə saat 15:40 radələrində o etibarnamə ilə idarə etdiyi, 1995-ci il buraxılışlı Mercedes Benz 230 minik markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə atası ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə F.Yusifov küçəsi istiqamətindən üzü Ə.Rəcəbli küçəsi istiqamətində sol zolaqda hərəkət edirdi. Təbriz küçəsinin A.Neymətulla küçəsi ilə kəsişməsində yerləşən yol ayrısıcısı sfetoforun yaşıl işığında keçib, yol ayrıcısım biritdikdən sonra hərəkətini 30 km/saatla düzünə davam etdirdiyi zaman qarşısında bir nəfər azyaşlı oğlan uşağının avtomobil yolunu sağdan sola keçdiyini görmüşdür. O piyadanın yolu keçdiyini gördükdən dərhal sonra əyləcdən istifadə edərək avtomobili saxlamağa çalışmışdır. Buna baxmayaraq, hadisənin qarşısını ala bilməmiş, nəticədə avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan həmin piyadanı yüngül vurmuşdur. Bundan dərhal sonra o avtomobili saxlayıb yerə enmiş və həmin piyadaya yaxınlaşaraq, ondan hər hansı bir xəsarət alıbalmadığı barədə soruşub, onu müayinə etdirmək üçün xəstəxanaya aparmaq istəmişdir. Bu zaman yaxınlıqda xidmətdə olan PPX əməkdaşları onlara yaxınlaşaraq, avtomobili hadisə yerindən tərpətməməsini tələb edib, piyada üçün isə TTYS-nin həkim briqadasının həkimlərini dəvət etmişlər. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nin həkimləri piyada uşağı xəstəxanaya aparmışlar. O isə hadisə yerində dayanaraq, həmin ünvana gəlmiş təhqiqatçı tərəfindən aparılan araşdırmada iştirak etdi. Əlavə suallara cavab olaraq, hadisə nəticəsində heç bir xəsarət almadığını bildirib MTE-dən keçməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və digər zərərçəkmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/7224 nömrəli, 10 aprel 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır; Aparılan araşdırma zamanı piyada X6, anası X1 iştirakı ilə izahat verərək bildirmişdir ki, 10.04.2022-ci il tarixdə saat 15:30 radələrində o Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən avtomobil yolunda Ağa Nemətulla küçəsi ilə kəsişməsində yerləçən hissədə üzü Nərimanov istirahət parkı istiqamətinə keçən zaman sonuncu zolaqda hərəkəti davam etdirərkən həmin küçə ilə üzü Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkətdə olan “Mersedes” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ö hissəsi tərəfindən vuulmuşdur.Hadisədən sonra sürücü maşını saxlayıb yerə enmiş və ona yaxınlaşaraq xəstəxanaya aparmaq istəmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq TTYS-yə məlumat vermişdirlər. Bir qədər sonra hadisə yerinə gələn TTYSninm əməkdaşları onu KTM-ə aparmışlar və müayinə etmişdirlər Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AD 116735 nömrəli 29.05.2015-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B, C kateqoriyalı sürücüdür; 13.01.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AC 553770 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 230” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X8 18.04.2022-ci il tarixli 354 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət ounan şişkinli qançırı, sol diz oynağının və sol baldırın yumşaq toxumalarının əzillməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 10.04.2022-ci il tarixə uyğun gəlir,törənmə dərəcəsinə görə , sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən 27 aprel 2022-ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar